Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Tarix: 6-01-2025, 17:29 |
Çap et
Ləğv olunmuş Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin keçmiş müavini Əflatun Quliyev vəfat edib.
Modern.az xəbər verir ki, bu haqda mərhumun Neftçaladan olan həmyerliləri bildiriblər.
Qeyd edək ki, Əflatun Quliyev VİP-dən əvvəl Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) mətbuat xidmətinin rəhbəri postunu tutub.
O, 2015-ci ilin parlament seçkilərində “Azadlıq-2015” seçki blokunun 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi olub.
Allah rəhmət eləsin.