Allahşükür Paşazadə 2008-ci ildə vəhabilərdən pul almasını etiraf edib – FAKT QOYDULAR
Tarix: 1-02-2014, 11:28 | Çap et
DİA.AZ: - Məlum olduğu kimi, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin açıq şəkildə vəhabiləri və nurçuları hədəfə çevirməsinin ardından ona qarşı hücumlar intensivləşib. Təkcə DİA.AZ-ın e-mail ünvanına bu qəbildən olan qüzlərlə material göndərilir. Həmin materialda Allahşükür Paşazadə ayrı-ayrı vaxtlarda vəhabilərdən maliyyə yardımı almaqda ittiham olunur.
Bildirək ki, son olaraq bu məsələ ilə bağlı danışan ruhani idarənin nümayəndələri iddia olunanları inkar etdilər. Hətta Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə Şeyxə qarşı bu tipli hücumların olacaqlarını ehtimal etdiklərini də vurğuladılar. Yəni deyilənlər yalandır.
Amma buna rəğmən əks cinah ortaya faktlar qoymağa başlayıb. Məsələn Şeyxin özünün şəxsən 2008-ci ildə mətbuata verdiyi açıqlamasını. Xatılrladaq ki, həmin ərəfədə vəhabilərin Bakıdakı “Əbu-Bəkr” məscidi bağlanmışdı və bu məsələdə Şeyxin də adı hallandırılırdı və iddia olunurdu ki, Şeyx vəhabilərdən pul alsa da, onlara şərait yaratmayıb. Həmin materialı, daha dəqiqi, həmin dönəmdə Şeyxin mətbuata verdiyi açıqlamanı olduğu kimi diqətinizə təqdim edirik:
“Şeyxülislam xarici təşkilatlardan alınan pulları mənimsəməsi barədə məlumatlara aydınlıq gətirdi
“And olsun Tanrıya və Qurana ki, indiyə kimi Qafqaz Müsəlmanları İdarəsinə cəmi iki dəfə köməklik edilib. Bunlar maliyyə köməkliyidir və hər iki halda gizlədiləsi heç nə yoxdur. Çünki bu köməkliklərdə bir dənə də qanunsuzluq yoxdur. Məni dünya çapında tanıyırlar, hamı məni şeyx kimi qəbul edir, sizin şeyxinizə inanırlar, siz də inanın”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə adının “Əbu -Bəkr” məscidinin fəaliyyətindəki qanunsuzluqda, rüşvət almaqda və digər məsələlərdə hallandırılmasına münasibət bildirərkən deyib.
Şeyx bu vaxta qədər İslam İnkişaf Bankından 132 min dollar həcmində vəsait aldıqlarını gizlətmir. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin adına gələn həmin vəsaitə inzibati bina tikilib. Bundan sonra isə bankın nümayəndələri vəsaitin hara xərclənməsi ilə bağlı dəfələrlə yoxlama aparıblar: “Amma heç nə tapa bilmədilər. Çünki hər şey qanun çərçivəsində həyata keçirilib. Sənədlərimiz indi də yerindədir, istəsələr, yoxlaya bilərlər”.
Hacı Allahşükür Paşazadə deyir ki, Azərbaycanda universitet tikmək üçün ikinci maliyyə yardım almaq barədə Küveytlə sənəd imzalanıb. Hətta universitet binası tikmək üçün Bakıda müvafiq yer də ayrılıb və bundan sonra QMİ-yə 200 min dollar verilib: “O vaxt bütün proses şəffaf keçirilib və biz nəzərdə tutduğumuz işi həmin yerdə gördük. Amma Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra bu işləri dayandırdı. Dedilər ki, guya vəhhabilərə yuva tikdiririk. Bundan sonra universitet binası üçün ayrılmış yeri də bizdən aldılar. Amma pulu xərcləmişdik, tikinti işlərinin bir hissəsi görülmüşdü, hətta təməlqoyma mərasimində şəxsən iştirak etmişdim. Həmin pulların tikintiyə sərf olunduğu haqqında əlimizdə sənəd də var”.
O ki qaldı “Əbu-Bəkr” məsdinin fəaliyyətinə, şeyx deyir ki, söhbət məciddən yox, ayrı-ayrı adamlardan gedir: “Bu işlərdə məscidin günahı yoxdur, heç kəs onu sökə bilməz. Mən nəinki hansısa məscidin, hətta erməni kilsəsinin sökülməsinin əleyhinə olmuşam. Əgər bir məbəd tikilirsə, onun sökülməsinə heç vaxt razı ola bilmərəm. Onda gərək mən şeyx olmayam. Amma bu gün bəzi adamlar bu məsələni qarışdırırlar. Söhbət o şəxslərdən gedir ki, onlar “Əbu-Bəkr” məscidindən istifadə edib, öz şəxsi məsələləri, şəxsi imkanları üçün çalışırlar, onlar Allahı qıraqda qoyub, başqa işlər görürlər. Onlar qanunları, konsitutusiyanı, vicdan azadlıqlarını pozurlar. Bizim isə borcumuz vicdan azadlığını bərpa etməkdir. Sadə dindarların heç bir günahı yoxdur, onlar gəlib namaz qılıb, ibadət eləyib, gedirlər”.
Hacı Allahşükür Paşazadə deyir ki, “Əbu-Bəkr” məscidini o vaxt kimlərsə qanunsuz tikdirib. Amma bu heç də o demək deyil ki, məscid ləğv olunmalıdır. “İndi məscid tikilib, necə illərdir fəaliyyət göstərir. İmkanları vardısa, o vaxt qoymayadılar tikilsin. Amma bu gün gecdir. Biz gözləyirik ki, inşallah, istintaq qurarsın və yəqin ki, məcid fəaliyyətini davam etdirəcək” - deyə, QMİ sədri bildirib.
Məscidin ərazisində yaşayış binası tikilməsi barədə məlumatlara gəlincə, şeyx buna inanmadığını söyləyir: “Şəxsən mən məscidin sökülməsinin əleyhinəyəm. Nə olursa-olsun, mən məscidlərin, kilsələrin, məbədgahların sökülməsini istəmirəm. Belə olmaz”.
Şeyx deyir ki, məscidin qanunsuz tikilməsinə baxmayaraq, QMİ-nin orada ibadət edən dindarlarla münasibəti həmişə normal olub: “Bizim həmişə onlarla əlaqələrimiz olub, Qamətlə də görüşmüşük. Mən Bakı Dövlət Universitetinin yaxınlığındakı məscidin necə tikildiyi ilə maraqlananda dedilər ki, bizim işimizdir, siz qarışmayın. Bəli biz qarışmadıq, məscidi tikdilər, axundu-imamı qoydular. İndi də soruşurlar ki, şeyx hara baxır?!”
Şeyx bildirir ki, Şəhidlər Xiyabanı yaxınlığındakı məscid tikiləndə də QMİ- nin rəyi soruşulmayıb: “Heç bizdən kağız da istəmədilər. Amma tikdilər. Hətta bir dəfə minarənin o şəkildə tikilməsinin əleyhinə də çıxdım, dedim ki, gəlin minarəni milli ənənəmizə uyğun tikək. Amma eşidən olmadı. İndi də zəng eləyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi niyə buna imkan verib?! Axı bəzən elə olur ki, aşağı vəzifəli məmurlar bəzi səhvləri eləyirlər və onun günahını bizim boynumuza qoyurlar. Mən o məscidi kim tikdirdiyini, kiminlə nə danışdıqlarını adbaad bilirəm. Qafqaz Müsəlmanları İdarəsi heç vaxt heç vaxt qanunsuz işlərə girməyib. O şey ki, qanuni olub, onlara dəstək vermişik”.
Hacı Allahşükür Paşazadə “Əbu-Bəkr” məcidinin qapadılması məsələsində onun adının hallandırılmasını da haqsız hesab edir. “Şeyxə bu qədər ad qoymaq olmaz. Çünki mənim haqqımda danışılanların heç biri düz deyil””.
Hər halda, ortadakı məqamlar kifayət qədər incədir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02 |
|
|
|
|