Muxtar Babayev meşə fondunun torpaqlarını Qubada kimlərə peşkəş edib - İTTİHAM VAR!
Tarix: 1-03-2023, 09:57 | Çap et
“Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır.” Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.- deyə Prezident vurğulayıb.- Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar,dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Prezidentin sözlərinə görə, siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə məmurları işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.
Xatırlatmaq istərdik ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin regionlarda yol verdiyi özbaşınalıqlardan bəhs edən araşdırma yazı vermişdik. Burada söhbət Quba meşəbəyliyinin 96 və 97 -ci kvartalında yerləşən 30 ha meşə sahəsinin 2020-ci ildə 49 illik icarə müqaviləsi adı altında nazir Muxtar Babayevin kürəkəni Elçinə şəxsən “hədiyyə” etməsindən gedirdi. İctimaiyyətə məlumat kimi təqdim etdiyimiz məqalədən sonra bizimlə əlaqə saxlayan rayon sakinləri məsləni xırda detallarına qədər açıqladılar. Rayonda olan nümayəndəmiz də faktı yerində bir daha təsdiq etdi. Beləliklə, məlum oldu ki, ETSN Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin balansında olan və Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında, Sudax kəndi yaxınlığında yerləşən sıx meşə fondunun 210 ha- torpaq sahəsi ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, alma armud) adı altında qanunsuz olaraq 2020-ci ildə icarə müqaviləsi bağlayaraq pul qarşılığında satilmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəni Elçinə, 30 ha-nı isə dostu və özünü nazirin əmisi oğlu kimi ictimaiyyətə sırımağa çalışan ETSN Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru olmuş Fizuli Babayevin Azərbaycan Beynəlxalq Bankın Quba filialında şöbə müdiri vəzifəsində işləyən Murad adlı kürəkəninə peşkəş etmişdir. Qalan meşə sahəsinin 150 ha isə ayrı-ayrı pullu və imkanlı yerli biznesmenlərə pulla icarəyə verilmişdir. Məsələn, imkanlı şəxs olan Ərəbov Manafa 15 ha meşə təhvil verilmişdir ki, bu adam da icarə müqaviləsi bağlamağına baxmayaraq həmin ərazidə qanunsuz soyuducu və anbarlar inşa etdirmişdir. Xatırladaq ki, 210 ha meşə fondu Quba-Xudat yolunun sol tərəfində, Qusarçayı keçdikdən sonra, asfalt zavodun yaxınlığında yerləşən hissəsinin yol kənarından Fizuli Babayev üçün də 3 ha sahə ayrılmışdır. F.Babayev şosse yolun kənarında yerləşən həmin ərazidəki bütün meşə cinsli ağacları kökündən çıxarıb təmizlətmiş, əvəzində heç bir ağac əkməmişdir. Hazırda həmin 3 ha ərazini 100 min manata satışa çıxarmışdır. Yəni, kimin pulu varsa, F.Babayevi görüb dövlətin torpağını ala bilər. Meşə fondunun digər böyük ərazisi də uzun müddət Quba Regional Vergilər İdarəsində vəzifədə işləmiş Şöhrət müəllim tərərəfindən icarəyə götürülmüşdür. Məlumatlı mənbənin verdiyi açıqlamalardan məlum olur ki, sözügedən 210 ha meşə fondu torpağının təxminən 3/2 hissəsi sıx formada qorunaraq saxlanılmış palıd, vələs, qovaq, zoğal, və s. qiymətli meşə cinsli ağaclardan ibarət olmuşdur. Qalan 70 ha ərazidə isə ETSN tərəfindən qoz bağı və tinglik ağaclar salınmışdır. 10 ildən çoxdur ki, bu bağın saxlanması- suvarılması, kultivasiya işləri, mühafizəsi və s. üçün dövlət büdcəsindən hər il üçün 110 min manat vəsait ayrılıb xərclənmişdir. Və çox təəssüflər olsun ki, bu qədər maya dəyəri qoyulmuş on hektarlarla qoz bağı və tinglik sahə bir andaca ağır texnikanın köməkliyi sayəsindən kürünərək məhv edilmişdir. Eləcə də yabanı sıx meşə ağaclarının hamısı ( iri diametrli qovaq və palıd ağacları da daxil) yer üzündən silinmişdir. Əvəzində isə naziri və dostu F.Babayevin kürəkənlərinin hər birinə 30 ha olmaqla, qalanları da pullu adamlara satılmaqla geniş gilas, armud, ərik, armud bağları salınmışdır. Və maraqlısı budur ki, icarəyə götürülən bu yerlədən məhsul götürüb satan işbazlar dövlət büdcəsinə bir qəpik də olsa ödəniş etmirlər. Elə nazirin kürəkəni Elçin də daxil olmaqla. Sanki, nazir dövlətin deyil, öz dədsinin meşəsi kimi bu torpaqları “hədiyyə” edibmiş.
Bəs qanunvericilikdə nə deyilir?
Torpaq sahələri bütövlüklə Dövlət Əmlak Komitəsinin balansındadır. Meşə fondu torpaqları isə Dövlət Əmlak Komitəsinə aid olmadığından icarəyə verilə bilməz. Meşə fondları torpaqlarının icarəyə verilməsi” haqqında AR Prezidentinin 2016-cı ildə qəbul etdiyi Sərəncamda isə göstərilir ki, “Meşə fondu torpaqlarının yalnız açıq sahələri uzunmüddətli icarəyə verilə bilər.” Yəni, yalnız seyrək kol kosdan ibarət olan meşə fondlarının icarəyə verilməsindən söhbət gedə bilər. Amma nazir Muxtar Babayev 2019-cu ildən Şəkidə Göynük meşəbəylində icarəyə vermiş 1500 ha, 1361 ha isə Layısqı meşəbəyliyi ərazisindən, Oğuz rayonun Daşağıl meşəbəyliyində icarəyə vermiş 840 ha sıx meşə ərazisinin Qəbələdə verdiyi və icarə müqaviləsi baş tutmayan 1300 ha çoxu yeniyetmə ağclardan ibarət sıx meşəliyi hüquqi və fiziki şəxslərə verməklə Prezidentin tapşırıq və göstərişlərinə qarşı qanunsuz hərəkətlərə yol vermişdir. Milli təbii sərvətlərimiz maddi maraqların təmin olunması qarşılığında buldozerlərin altında birdəfəlik məhv edilmişdir. Bir sözlə, ETSN rəhbərinin birbaşa qanunsuz göstərişi sayəsində Azərbaycanın son min illik tarixində görünməmiş ekoloji terror törədilmişdir. 2019 və 2020-ci illərdə Regional Meşə Təsərrüfatı Mərkəzlərində hüquqi və fiziki şəxslərlə bağlanan müqavilələrin 1-ci səhifəsində Ekologiya Nazirliyinin möhürü ilə icarə müqaviləsi öz təsdiqini tapmışdır. Bu da o anlama gəlir ki, nazir Muxtar Babayevin birbaşa göstərişləri əsasında Azərbaycanın müxtəlif regionlarında minlərlə ha sıx meşə fondu kürünərək məhv edilmiş, ekoloji cinayətlər törədilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il yaydığımız araşdırma yazısı hal hazırda Baş Prokurorluğun göstərişinə əsasən aidiyyatı üzrə araşdırılmaqdadır. Araşdırmanın nəticələri barədə dəyərli oxucularımıza əlavə məlumatlar veriləcəkdir.
Aktualinfo.org-un araşdırma qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30 |
|
|
|
• Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22 |
|
|
|
• İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14 |
|
|
|
• Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09 |
|
|
|
• Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06 |
|
|
|
• Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02 |
|
|
|
• Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50 |
|
|
|
• “Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42 |
|
|
|
• Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36 |
|
|
|
• Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33 |
|
|
|
• Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30 |
|
|
|
• Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26 |
|
|
|
• Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24 |
|
|
|
• Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23 |
|
|
|
• Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20 |
|
|
|
• Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18 |
|
|
|
• AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06 |
|
|
|
• Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00 |
|
|
|
• Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55 |
|
|
|
• AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50 |
|
|
|
• Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45 |
|
|
|
• Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32 |
|
|
|
• Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27 |
|
|
|
• “TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24 |
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
|