Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                 

Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Tarix: Bu gün, 10:27 | Çap et
Qarabağ erməniləri üçün Rusiya nümunəsi
“Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər”. Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində belə deyib.

Prezident daha sonra deyib: “Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz "Dağlıq Qarabağ respublikasında" yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib. Məsələ məhz bundan ibarətdir. Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq".

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Prezident Qarabağdan köçən ermənilərin Azərbaycanın heç bir təklifini qəbul etmədiklərini ən yüksək səviyyədə bir daha dilə gətirib: “Bir daha bəlli olur ki, Azərbaycan dövləti erməni əhalinin köçüb getməməsi üçün qanuni təkliflər irəli sürüb. Ermənilər Azərbaycanda qalıb yaşamaq istəmədilər. Qarabağdan köçən ermənilərlə Ermənistandan deportasiya edilən azərbaycanlıların arasında fərq budur ki, erməniləri Azərbaycan deportasiya etmədi, zorla çıxarmadı, əksinə, dəfələrlə müraciətlər edildi ki, onlar köçməsinlər. Azərbaycan dövləti ermənilərin etdiyi bütün cinayətlərə rəğmən onlara vətəndaşımız kimi qalıb yaşamaq çağırışı etdi”.

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin fikirləri həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın məsələsinin Azərbaycan dövlətinin və dövlətin başçısının diqqətində olan prioritet məsələlərdən biri olduğunu bir daha təsdiqləyir: “Prezident İlham Əliyev beynəlxalq mediaya, nüfuzlu telekanallara müsahibələrində, nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlərdə qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunduğu və soydaşlarımızın öz tarixi torpaqlarına geri qayıtmasının vacibliyini intensiv şəkildə bəyan edir. Eyni zamanda dövlətimiz bununla kifayətlənmir. Azərbaycanda Qərbi Azərbaycan İcması yaradılıb, bu icmanın fəaliyyətinə dövlətin xüsusi qayğısı var. Ancaq hələ ki İrəvan bu müraciətlərə, bu suallara rəsmi cavab verməyib. Ermənistanın 1980-ci illərin sonları, 1990-cı ildə 300 min azərbaycanlını tarixi torpaqlarından deportasiya etməsi beynəlxalq konvensiyaların, insan hüquqlarının açıq-aşkar pozulması faktıdır. Bu faktı inkar etmək mümkün deyil, bu baş verib. Bu deportasiya faktı Ermənistan dövlətinin üzərindəki ləkə və cinayətlərdən biridir. Üzərindən 35 il keçməsi o demək deyil ki, Ermənistan yaxasını kənara çəkməlidir. Ermənistan bu cinayətinə görə cavab verməlidir və cavab verəcək. Ermənistanın bu məsələdə yeganə ən düzgün seçimi o ola bilər ki, Azərbaycanın qaldırdığı məsələyə adekvat cavab versin. Adekvat cavab isə deportasiya etdiyi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşünə, reinteqrasiyasına şərait yaradılması, azərbaycanlıların hüquqlarının tanınmasıdır. İrəvan bilməlidir ki, Azərbaycan dövləti bu məsələdə öz haqlı, ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkiləsi deyil. Azərbaycan bu gün Ermənistan adlanan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın məsələsini artıq beynəlxalq müstəviyə, BMT səviyyəsinə qədər çıxarıb və bu prosesi daha da dərinləşdirməkdə qərarlıdır. Çünki haqlı tərəfdir, ədalətin bərpasını istəyir. Ona görə də Ermənistan gec-tez qərbi azərbaycanlılar məsələsində Azərbaycan dövlətinin haqlı tələbini qəbul etməli olacaq. Qərbi Azərbaycana qayıdış sülh layihəsidir, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunmasını ehtiva edir”.

Politoloq qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış həm də Azərbaycan xalqının qarşısında duran milli vəzifələrdən biridir: “Zaman-zaman müxtəlif təzyiqlərə, təqiblərə məruz qalan xalqımız ona aid olan tarixi coğrafiyalardan müxtəlif yollarla çıxarılıb, etnik təmizləmə siyasətinin qurbanı olub, deportasiya olunaraq hüquqları tapdalanıb. Qərbi azərbaycanlılar tarix boyu 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1950-ci və 1987-1991-ci illərdə tarixi yurdlarından bu və ya digər formada təqib olunaraq, təzyiqlərə məruz qoyularaq çıxarılıb. Biz heç zaman bizə aid olan tarixi torpaqlarımızı unutmamışıq, bu gün də unutmuruq. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi vətənlərinə qayıdışına nail olmaq məsələsi artıq Azərbaycanın milli məsələsinə çevrilib. Növbəti mərhələdə Qərbi Azərbaycana qayıdışla bağlı yeni mübarizə forması və metodları müəyyənləşdirilib. Bir neçə həftə öncə Bakıda Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans keçirilib. Konfransda 51 ölkənin nümayəndəsi iştirak edib. İnsan hüquqları üzrə ekspertlər qərbi azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar hüquqi mexanizmlərin səfərbər edilməsi məqsədilə fikir mübadiləsi apardılar. Beynəlxalq hüquqda qayıdışın mexanizmlərinin araşdırılması ilə bağlı müzakirələrin nəticəsi olacaq. Prosesin müsbət sonluqla bitməsi üçün gələcəkdə dövlətimizin bütün lazımi addımları atacağı şübhəsizdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru