Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin dekabrın 18-də Dmitri Kiselyova müsahibəsində sülh müqaviləsi ilə bağlı iki bənd və iki şərtlə bağlı söylədiyi fikirlərə öz aləmində guya konstruktiv cavab verib. Əslində isə yenə sözün başına ip salaraq, oynadıb.
Yada salaq ki, srağagün İlham Əliyev ilk dəfə olaraq sülh müqaviləsi layihəsinin 17 bəndinin razılaşdırılmayan iki bəndindən danışmışdı. Bunlar: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq səviyyədə məhkəmə iddialarından imtinası. 2.Üçüncü ölkə nümayəndələrinin sərhəddə yerləşdirilməməsi, o sırada Avropa Birliyinin müşahidə missiyasının fəaliyyətinin dayandırılması.
Prezident həmçinin rəsmi Bakının 2 məlum şərtini təkrarlamışdı: 1. Ermənistan Konstitusiyası dəyişməli, oradan Azərbaycana qarşı torpaq iddiası haqda müddəa çıxarılmalıdır; 2. İrəvan ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verilməlidir, çünki ATƏT-də belə məsələlər konsensusla həll olunur.
Yəni məntiqlə sənəd mətninin 16 və 17-ci bəndlər razılaşdırılsa belə (qarşılıqlı iddialardan imtina və sərhəddən AB missiyasının yığışdırlması), sülh müqaviləsi yenə imzalanmayacaq, ta ki, Ermənistan Konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılıb MQ rəsmən ləğv olunmayınca. Başqa sözlə, iki bənd və iki şərt içində ən “ağır” gələni məhz kapitulyant ölkənin konstitusiyası ilə ilgilidir...
Bir gün sonra Prezidentin təklif və açıqlamasına Nikol Paşinyandan reaksiya gəldi. Amma necə? Bəlli oldu ki, erməni baş nazir yenə konstitusiyanı dəyişməyə ehtiyac görmür. Qısası, yenə də vaxtı süni şəkildə uzatmaq cəhdi. Hansı məqsədlə? O da bəlli: havadar dövlətlər hesabına Azərbaycana qarşı hücum ordusu yaratmaq şansı əldə eləmək.
Keçək konkretliyə.
Paşinyan bildirib: “Biz Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu məntiqlidir. Çünki demarkasiyadan dolayı bu hissələrdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalır. Beləliklə, sərhədin tam demarkasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası bu məntiqi təklif edir”.
Yenə “atı arabanın arxasına qoşmaq” cəhdi. Daha dəqiqi, “yox” kimi “hə”.
Əvvəla, uzağa getməyək, Azərbaycanla Gürcüstan arasında sərhədlərin heç də hamısı delimitasiya və demarkasiya olunmayıb. Amma həmin hissələrdə məgər hansısa üçüncü dövlətin (Rusiyanın, ABŞ-ın) hərbi qüvvəsi və ya müşahidə missiyasımı yerləşdirilib? Xeyr. O zaman AB missiyası İrəvanın nəyin lazımdır?
Yaxud Nikol “yaxa cıraraq” deyir ki, əgər Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları olsaydı, onda Qarabağdan könüllü köç etmiş ermənilər qaçqın statusu almazdı.
“Sentyabrın 26-da qəbul edilmiş qərarda (Ermənistan Konstitusiya Məhkəməsinin qərarı nəzərdə tutulur – red.) qeyd edilib ki, Konstitusiyanın preambulasında İstiqlal Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində hərfi təsdiqini almış müddəalara aiddir. Ermənistan Konstitusiyasının heç bir maddəsində isə birbaşa və ya dolayısı ilə Qarabağa istinad yoxdur. Əgər biz Konstitusiyanın məzmununu Azərbaycanın şərh etdiyi kimi qəbul etsək, o zaman sual yaranır ki, Qarabağ niyə 1995-ci ildə keçirilən Konstitusiya referendumunda iştirak etmədi? O vaxt Qarabağda heç bir seçki dairəsi açılmadı və insanlar (Qarabağda o vaxt yaşayan ermənilər – red.) Konstitusiya məsələsinə səs vermədilər”.
Bu da onun sitatıdır.
Yenə sual yaranır, madam Ermənistanın Müstəqillik Aktının Ermənistan Konstitusiyasına dəxli yoxdur, həmin konstitusiyadan Müstəqillik Aktına istinadı çıxarmağa nə mane olur? Bu nə çətin işdir ki, rəsmi İrəvan 4 ildir ondan israrla yayınır? Axı Azərbaycanın Konstitusiyasında Ermənistana ərazi iddiası yaradacaq analoji istinad yoxdur.
Başqa yandan, nədən Ermənistan çıxarılmış azərbaycanlı qaçqınların haqqını rəsmi İrəvan tanımaq istəmir? Tutaq ki, Qarabağdan gedən ermənilər qaçqın statusundadır, Ermənistandan zorla qovulmuş soydaşlarımız necə, İrəvandan ötrü qaçqın sayılmırmı? Axı beynəlxalq hüquq, təməl insan haqları bu məsələdə də bir “güzgü” (ədalət) prinsipi tələb edir...
Və ya Nikol Vovayeviçin Minsk Qrupu haqda ilk baxışda qulağa xoş gələn sözləri: “Biz belə başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var? İrəvan Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk Qrupunun buraxılması ideyasına konstruktiv yanaşır”.
Amma İrəvan bunu sülh müqaviləsindən sonra mümkün hesab edir. Niyə? Məgər Qarabağ konfliktini bitmiş saymır?
Sitatın ardı da var: “Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır və onun, məsələn, Qərbi Azərbaycan adlanan yerlə bağlı diskursu inkişaf etdirmək istəyi, Azərbaycanın Ermənistan ərazisinə qarşı təcavüzkar siyasət həyata keçirməkdən ibarət deyil”.
Yalançının yaddaşı olmaz. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir qarışına da iddia etmir. Ən əsası, bizdə qonşu ölkəyə qarşı torpaq iddiasını təsdiqləyəcək heç bir hüquqi sənəd, qanunverici akt mövcud deyil.
Qərbi Azərbaycan İcması isə sırf qeyri-hökumət təşkilatı olmaqla, sadəcə, Ermənistandan qovulan söydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına və yerli qanunlar əsasında təhlükəsizlik yaşamasına nail olmağı hədəfləyib. Paşinyan getsin öncə qurumun nizamnaməsini oxusun. “Qərbi Azərbaycan” anlayışı isə yuridik termin yox, tarixi anlayışdır və özündə təbii ki, torpaq iddiasını ehtiva eləmir.
Müxtəsəri, Ermənistan rəhbəri bu dəfə də sülhpərvər, konstruktiv görünmək istəyib, amma alınmayıb. Həmişəki kimi...
Z.SƏFƏROĞLU - musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Bu gün, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Bu gün, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
|