"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                 

Beyləqanda dövlət büdcəsi "rəsmi qaydada" talan olunur KORRUPSİYA
Tarix: 10-01-2014, 15:29 | Çap et
Beyləqanda dövlət büdcəsi "rəsmi qaydada" talan olunur
DİA.AZ: - Məlum olduğu kimi, artıq tarixə çevrilmiş 2013-cü il Azərbaycanda həm də «İnformasiya-kommunikasiya texnologiyaları ili» kimi yadda qaldı. Odur ki, ötən ilin yekun hesabatlarında məhz İKT sahəsində görülən işlər, yerinə yetirilən xidmətlər barədə məlumatların çox olacağı gözləniləndir.

Sözsüz ki, ölkə başçısı tərəfindən neft sektorundan sonra perspektivinə görə ikinci əhəmiyyətli sahə hesab olunan İKT sektoruna yönəldilən investisiyaların artmasını, bu sahənin inkişafını, əldə olunan gəlirləri xarakterizə edən rəqəmlər tez-tez sadalanacaq, Azərbaycanın az qala dünyanın İKT mərkəzinə çevrildiyi təsəvvürü yaradan məlumatlar qabardılacaq, Bakının ev sahibi olduğu İKT sərgiləri xatırlanacaq. Ən başlıcası, Azərbaycanın süni peykinin kosmosa buraxılması möhtəşəm nailiyyət kimi təqdim olunacaq. Bütün bu informasiyalar arasınla «əcəb qəşəngi», ən «əttökəni» əlbəttə bu olacaq ki, keçən ilin sonunda Tarif Şurası yanacağın qiymətini qaldırdığı halda, bəzi rabitə xidmətlərinin qiymətini aşağı salıb.

Nə isə, qiymətlər məsələsinin üstündə çox dayanıb qanınızı qaraltmaq istəmirik. Onu vurğulamaq istəyirik ki, əhali uğurlar barədə eşitməkdən daha çox, həmin uğurların bilavasitə öz həyat tərzinə müsbət təsirini görmək istəyir. Məsələn, Beyləqan vətəndaşları üçün ən yaxşı «İKT müjdəsi» o olardı ki, rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsi Ramiz Sadıqovun əsarətindən qurtulsun. Hərçənd, bu, onlara əlçatmaz görünür. Hətta Beyləqanda el içində belə birzərb-məsəl yaranıb: «Sadıqovları atarsan dənizə, balıq olub çıxarlar üzə».

Söz yox, böyük qardaş Tofiq Sadıqovun Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini necə yerinə yetirməsi barədə söz-söhbətlər son vaxtlar bir az səngisə də, TKB rəisi Ramiz Sadıqovun yarıtmaz fəaliyyətindən narazılıqlar artmağa başlayıb. Bu narazılqları ifadə edən məlumatlar redaksiyamızın poçtuna daxil olmaqda davam edir. Aidiyyəti üzrə həmin şikayət xarakterli məlumatları və onların əsasında hazırladığımız materialları biz də öz növbəmizdə aidiyyatı üzrə Rabitə və İnformasiya Texnologiya Nazirliyinə, şəxsən cənab nazirin özünə yönləndirmişik. Ancaq nədənsə bütün bu səylərimiz gözlənilən, beyləqanlıları sevindirəcək nəticəni vermir. Ramiz Sadıqov barəsində nə RİTN, nə də rayon rəhbərliyi təsirli tədbir görmür, heç bir ölçü götürmür. Ola bilsin ki, RİTN keçən il ümumi «İKT ili» atmosferini korlamamaq üçün nazirliyin tabeliyində olan müəssisə rəhbərləriylə sərt davranmaqdan çəkinib. Bir də nəzərə almaq lazımdır ki, 2013-cü il həm də Azərbaycanda prezident seçkiləri ili idi və bütün dünya siyasətinin gözü ölkəmizdə idi. Yerlərdə informasiya siyasətini həyata keçirmək. Çoxsaylı seçki məntəqələrini rabitə vasitələri, veb-kameralarla, İKT avadanlıqları ilə təmin etmək və onların qüsursuz işləməsinə cavabdeh olmaq məhz TKQ vəzifələrinə etibar edilmişdi. Buna görə də nazirliyin bu şəxslərlə mülayim rəftarı haradasa başa düşülənir.

Beyləqan rayon rəhbərliyinin Ramiz Sadıqova münasibətinə gəlincə, Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin TKQ rəisinə qarşı iş barəsində tələbkar mövqe sərgiləyəcəyi ağlabatan görünmür. Çünki bildiyimiz qədərincə, R.Sadıqov hazırki vəzifəyə gəlmək üçün V.Abdullayevin təqdimatını almaqdan ötrü başçıya yetərincə böyük kəmiyyətlə rüşvət verib və kəsdikləri şərtə sadiq qalaraq, hər ay üçün razılaşdıqları məbləği də vaxtlı-vaxtında ödəməkdə davam edir.

Daha əvvəllər də bildirdiyimiz kimi Beyləqanda rayon telekommunikasiya qovşağının xidmətindən təkcə sadə vətəndaşlar deyil, ictimaiyyət nümayəndələri, rayonun aktivi, idarə, müəssisə və təşkilat rəhbərləri və funksionerləri də narazıdırlar. Rayonda internetə çıxış imkanları, internet xidmətinin keyfiyyəti, sürəti çox aşağıdır. Beyləqanlı dövlət qulluqçuları, hökumət məmurları bu problem ilə əlaqədar öz narazılıqlarını gizlətmir, subordinasiya qaydalarını pozmaqdan belə çəkinqməyərək, TKQ-nın fəaliyyətindən şikayətlərini başçının kabinet iclaslarında səsləndirirlər. İş o yerə çatıb ki, öz səhlənkarlıqları və ya hər hansı başqa bir səbəbdən elektron hesabatlarını yuxarı instansiyalara ötürməyi təmin etməyən idarə rəisləri də günahı TKQ-nın qeyri-məqbul işində görürlər. Beyləqanın sosial-iqtisadi göstəricilərini əks etdirən rüblük, yarımillik, illik məlumatların da başqa rayonların statistikasına nisbətən kiberməkanda xeyli gec yayılmasının səbəbini də məhz bu problemdə axtarmaq lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru