“Prezidentdə müraciət elədiyimizə görə bizi işdən qovdular” - Qalmaqallı direktorun dəhşətli əməlləri
Tarix: 22-10-2021, 12:19 | Çap et
“Direktor Nərmin Qaralovanın qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət etdiyimizə görə, bizə qarşı az qala terrora əl atırlar, müxtəlif iyrənc üsullarla bizi işdən uzaqlaşdırırlar”. Bunu Bakupost.az -a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimləri deyib.
Onların sözlərinə görə, baş verən haqsızlıqlar, müəllimlərin kütləvi şəkildə qanunsuz olaraq işdən uzaqlaşdırılması ilə bağlı etdikləri müraciətlərə heç bir reaksiya verilmir: “Biz müxtəlif yerlərə müraciət edirik, ərizə və şikayət məktubları göndəririk. Amma səsimizə səs verən yoxdur. Biz cənab Prezident İlham Əliyevə, Birinci vitse-Pprezident Mehriban xanım Əliyevaya, Təhsil Nazirliyinə, Prezident Administrasiyasının Humanitar Şöbəsinin müdiri Fərəh Əliyevaya, Milli Məclisə müraciətlər göndərmişik. Amma hələ bu günə qədər heç bir cavab yoxdur. Təhsil Nazirliyinin şöbələrinin müxtəlif işçilərinin qəbulunda olmuşuq. Nərmin Qaralova 2020-ci il dekabr ayında, pandemiya dövründə, əlbəttə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rektoru Ceyran Mahmudovanın göstərişi, təklifi, Təhsil Nazirliyinin razılığı ilə Humanitar Kollecə direktor təyin olunduğu gündən, kollec işçilərinin qara günü başlayıb. Gəldiyi ilk gündən etibarən qul-kölə psixologiyası ilə çalışır. Humanitar Kollecin hər bir işçisini, yaşlısını, cavanını, təcrübəlisini, təcrübəsizini, savadlısını, savadsızını qula çevirmək üsulu ilə fəaliyyət göstərir. “Biz ağayıq, biz hər kəsdən üstünük, mən hər kəsdən üstünəm, müavinim də hə kəsdən üstündür”, deyərək birinci iclasda təhqiramiz sözlərlə kollektivə müraciət edib. “Hamınızın dalından təpik vuracam, hamınızı bayıra atacam” və sairə deyib. Onun kollektivlə, tələbələrlə hansı əcaib ifadələrlə danışdığını bütün cəmiyyət bilir, onun yayılan səsi ölkədə hamıya məlumdur. Bütün bu təhqirlərə dözənlər dözüb, dözməyənlər - biz 2020-ci ilin aprel ayında Prezident İlham Əliyevə, nazirliklərə, digər aidiyyəti təşkilatlara ünvanlanmış şikayət məktubu yazmışıq, qol çəkmişik. Bu qolu çəkən zaman Prezidentin “artıq zaman dəyişib, kimdən şikayət olunursa, o məktublar həmin şikayət olunan şəxsə deyil, aidiyyəti orqanlara göndəriləcək və həmin orqanlar da araşdıraraq günahkarı cəzalandıracaq” sözlərinə əsaslanmışıq və şikayət ərizəsi yazmışıq. Şikayət ərizəsini, Fərəh Əliyevanın rəhbərliyi ilə Prezident Administrasiyası Prezidentin sözlərinə etinasızlıq göstərərək, Dövlət Mədəniyyət və İncəsənət universitetinin rəhbərliyinə göndərib. Oradan da həmin ərizəni Ceyran Mahmudova imzalarla birlikdə Nərmin Qaralovaya göndərib. Həmin gündən Nərmin Qaralova o şikayət ərizəsinə qol çəkənlərin hər biri ilə ayrı-ayrılıqda düşmən münasibəti və prinsip aparır. Kimi ki, qorxudub, kimə ki təzyiq göstərə bilib, onları çağırıb, hədə-qorxu ilə, işdən çıxarmaq hədəsi ilə təkzib məktubları yazdırıb. Guya, məktubdan xəbərləri olmayıb, qolu, şəxsiyyət vəsiqələrinin pin kodunu guya, gözüyumulu göndəriblər və sairə. Nərmin Qaralova buna əsaslanaraq şikayət ərizələrinin arxasına həmin ərizələri tikərək, “yuxarıya” göndərib və bununla da ”təmizə çıxıb”. Amma bugünkü gündə bu qədər kütləvi şəkildə işdən çıxarılma, qeyri-qanuni şəkildə şöbələrin ixtisarı, qeyri-qanuni şəkildə fənn komissiyalarını ixtisar edərək, humanitar fənn adı altında Azərbaycan dili Ədəbiyyat, İngilis dili, Rus dilini birləşdirmək əvəzinə, humanitar fənn adı altında Azərbaycan Tarixi, Ədəbiyyat və birdə Sosiologiya fənnini birləşdirib. Eləcə də İctimai Elmlər Fənn Birliyinin sədri şikayət məktubuna qol çəkdiyi üçün həmin İctimai Elmlər Fənn Birliyini parçalayaraq tarix hissəsini verib humanitar fənn biriliyi adı altında ədəbiyyatçıya, halbuki tarixdən xəbəri yoxdur və iqtisadiyyat, coğrafiyanı da təbiət elmləri adı altında verib riyaziyyata. Çünki onların hər ikisi Nərmin Qaralovanın tərəfdarları, tərifləyənləri idi”. Müəllimlər bildirib ki, aylardı küçələrdə haqlarını müdafiə etmək üçün çalışırlar: “Bizim bu gün əsas şikayətimiz odur ki, şikayət edirik, deyirik ki bu qədər qanunsuzluqlar baş verib. Bizə deməkdən ki, Nərmin Qaralova günahkardı cəzalandırılacaq, deyirlər gözləyin, görək nə olur. İxtisara düşən şöbə müdirlərinin hər biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının hüquqları pozulub, Azərbaycan vətəndaşı 3 aydı küçələrdədir. Gecə-gündüz, yağış, külək bilmir, payızın bu soyuq günlərində bütün aidiyyəti təşkilatların qapısını döyürlər, Nərmin Qaralovanı cəzalandırmaq, vəzifəsinən uzaqlaşdırmaq yerinə deyirlər siz işlə təmin olunacaqsız. Söhbət işlə təmin olunmaqdan da getmir. Bu gün maddi-mənəvi dəyən ziyanı kim ödəyəcək bəs? Hansı işlə təmin edəcəklər? Nə üçün bizi başqa kolleclərdə və yaxud başqa təhsil müəssisələrində işlə təmin etməlidirlər? Bizim illərlə çalışdığımız kollecdə iş, dərs saatı ola-ola nə üçün kənardan kollecə başqa müəllimlər gətirilir, kollecdə illərlə işləyən müəllim çıxarılır? Bu kollec niyə bir ərköyün adamın şəxsi mülkü kimi idarə olunmalıdır? Nazirlik də deyir ki, sizi başqa yerdə işlə təmin edəcəyik. Nə üçün, səbəb nədir? Bunu kim izah edəcək bizə? Azərbaycan vətəndaşına dəyən o maddi- mənəvi ziyanı kim ödəyəcək? Nərmin Qaralova niyə cəzalandırılmır? Niyə işindən uzaqlaşdırılmır? Niyə Təhsil naziri Nərmin Qaralovadan qorxur? Bu suallarımıza cavab istəyirik”. Qeyd edək ki, bir müddət əvvəl Nərmin Qaralova 67 müəllimin işdən çıxarılması barədə qərar qəbul edib. Onlara bildirilib ki, ya bir illk müqaviləyə qol çəksinlər, ya da işə buraxılmayacaq. Bundan narazı qalan müəllimlər isə ondan şikayət ediblər. Sonradan bəzi müəllimlər direktorun təkliflə razılaşmağa məcbur olublar. Digər müəllimlər isə işdə adı getsə də auditoriyaya buraxılmır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Bu gün, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Bu gün, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
|