Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                 

Binəqədi qəsəbə bələdiyyəsi vətəndaşların evlərinə aparan yolu necə satır? - GİLEY
Tarix: 18-08-2021, 09:58 | Çap et
Binəqədi qəsəbə bələdiyyəsi vətəndaşların evlərinə aparan yolu necə satır?
Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanında yaşayan bir qrup sakin tərəfindən həmin vətəndaşların evlərinə gedən yolun bağlanması ilə bağlı redaksiyamıza müraciət daxil olub. Müraciətdə deyilir:
“Hörmətli redaksiya, mən Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpus ünvanında yaşayıram. Sizə özümün və daha iki qonşumun adından müraciət edirəm.Sevinc adlı bir xanım bələdiyə sənədi əsasında sahibi olduğunu iddia etdiyi torpaq sahəsini hissələrə bölərək satmaq məqsədilə bizim evə gələn yeganə (!) yolun hesabına qanunsuz olaraq genişləndirir. Nəticədə mənim və daha iki qonşunun evinə gələn yolun eni hazırda 5 metrdən azdır. Sevinc xanım isə yenə də yolu daraldır. Bu barədə iyul ayının sonlarında FHN-ə (112) üç qonşu məlumat vermişik. İyul ayının sonu, avqust ayının əvvəlində FHN-dən Binəqədi RİH başçısının müavini V.İsmayılovun adına 740 saylı məktub ünvanlanıb. Məktubda bizim evlərin qarşısına gələn yolun yanğınsöndürən texnikanın keçə biləcəyi endə saxlanılmasının təmin edilməsi xahiş olunur. Lakin Sevinc xanım hələ də bələdiyyənin guya ki, göstərişinə istinad edərək yolu zəbt etməkdə davam edir. Belə çıxır ki, Binəqədi qəsəbə bələdiyyəsi Sevinc adlı xanıma torpaq sahəsi ayırarkən həmin sahənin arxa hissəsində qalan əraziyə, ev və həyətlərə giriş üçün avtomobil yolunun saxlanmasının vacibliyini qətiyyən nəzərə almır. Həm də bu qanun pozuntusu aşkar şəkildə, hamının və hər kəsin gözü qarşısında baş verir. Bu isə fövqəladə hal yaranacağı təqdirdə böyük fəsadlara səbəb ola bilər. Xahiş edirəm, bu məsələyə Binəqədi Rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək üçün rəsmi sorğu göndərəsiniz.
Xüsusi olaraq vurğulamaq istəyirik ki, əgər bizim evlərimizin yerləşdiyi ərazidə günü bu gün yanğın və ya digər fövqəladə hal baş verərsə, hətta indiki vəziyyətdə belə həmin əraziyə yanğınsöndürən və digər xüsusi texnikanın daxil olması böyük çətinliklə və yubanma ilə mümkün ola bilər. Yolun bundan sonra azacıq daha da daralması isə ümumiyyətlə texnikanın girişini qeyri-mümkün edəcək. Xahiş edirik, bu vəziyyəti müraciətimizi ictimailəşdirmək yolu ilə bütün aidiyyatı olan qurumların diqqətinə çatdırasınız.”

Öz növbəmizdə biz müraciətin mətnini Binəqədi Rayon İcra Hakimiyyətinə göndərdik. Məktuba cavab olaraq, Binəqədi Rayon İcra Hakimiyyətindən elektron poçtumuza belə bir məlumat daxil olub: “Məlumat üçün qeyd edirik ki, sözügedən ünvan Neft Şirkətinin balansında olan torpaqlardır. O ərazi ilə bağlı heç bir səlahiyyət Rayon İcra Hakimiyyətinə məxsus deyildir.”

Lakin bu cavab sakinləri qətiyyən qane etmir. Məsələ bundadır ki, əgər sözügedən ərazi həqiqətən də Neft Şirkətinin balansındadırsa, bu zaman həmin ərazidəki torpaqların bölünməsi və satılması ilə Binəqədi qəsəbə bələdiyyəsi hansı haqqla məşğul olur? İkinci bir tərəfdən, həmin ərazidə artıq uzun illərdir ki, məskunlaşma var və hal-hazırda da 6-7 evin tikintisi gedir. Əraziyə rəsmi olaraq, elektrik, qaz, su, telefon və internet xətləri çəkilib. İnsanlar neçə illərdir ki, rəsmi qaydada, abonent kodları əsasında ödəmələr həyata keçirirlər. Yeri gəlmişkən, həmin ərazidə inşa olunan evlərin tikintisinə Binəqədi RİH-nin memarlıq şöbəsi tərəfindən razılıq verilir. Həmçinin sonradan sakinlərə qeydiyyata düşmək üçün yaşayış ünvanı da məhz RİH-nin qəsəbə nümayəndəliyi tərəfindən verilir. Rayon İcra Hakimiyyəti isə deyir ki, ərazi ilə bağlı heç bir səlahiyyət onlara məxsus deyil.

Nəhayət ən əsası, konkret baxılan məsələdə söhbət bilavasitə insanların təhlükəsizliyindən gedir. Əgər Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə bələdiyyəsinin qanunsuzluqlarının qarşısını almaq səlahiyyətinə malik deyilsə, bu zaman ən azından yerli icra hakimiyyəti olaraq, sakinlərin həyati təhlükəsizliyinin təmin edilməsi üçün konkret addımlar atmağa borcludur. Bir daha xatırlatmaq istəyirik ki, şikayət edən sakinlərin sözlərinə görə, məsələ yaşayış olan əraziyə fövqəladə hallar yarandığı təqdirdə xüsusi texnikanın girişinin qəsdən əngəllənməsindən gedir! Həm də bu əngəlləmə bir vətəndaşın yerli bələdiyyə orqanı ilə əlbir olması nəticəsində həyata keçirilir! Kim zəmanət verə bilər ki, bu hərəkətlər həqiqətən də müəyyən müddətdən sonra törədilməsi planlaşdırılan təxribat xarakterli əməllərə hazırlıq məqsədilə həyata keçirilmir?!
bir daha bütün əlaqədar qurumları bu problemi həll etməyə çağırırıq. Əslində bu, elə də çətin bir iş deyil. Sadəcə ərazini zəbt etmiş vətəndaşın öz torpağının yalnız bir tərəf istiqamətində hüdudunu cəmi 1 metr geri çəkməsinə, daha doğrusu əvvəlki hüduduna çəkilməsinə nail olmaq lazımdır. Yaxşı olardı ki, əlaqədar qurum rəhbərləri Ölkə Prezidenti cənab İlham Əliyevin: “Bizim üçün hər şeydən önəmli insanlarımızın həyatıdır” – kəlamını bu məsələnin həllində əldə rəhbər tutsunlar. Çünki bu gün kiminsə artıq 30-40 kvadratmetr torpaq sahəsi satmaq imkanı əldə etməsi, sabah hətta insan ölümünə səbəb ola biləcək fəlakətə yol açmamalıdır!
//aktualxeber.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru