Rövşən Bağırov üçün "Relax" düyünü... - İDDİA
Tarix: 27-08-2019, 11:32 | Çap et
Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının "Relax" İstirahət və Turizm Mərkəzində yoxlamalar aparmaq istəyən Vergilər Nazirliyinin əməkdaşlarına qarşı qanunsuz və kobud hərəkətlərindən sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ciddi tənqid olunmağa başlayıb.
Buna səbəb icra başçısının Lerikdə deputatın qanunsuz əməllərinə indiyədək göz yumması olub.
Əksər Lerik sakinləri də düşünür ki, deputat İqbal Məmmədovun rayondakı biznes fəaliyyətinə indiyədək rayonun icra başçısı Rövşən Bağırov yaxından dəstək verib. Hətta, sözügedən istirahət mərkəzi ilə bağlı indiyədək mövcud olan haqlı şikayətləri və insanların narazılığını Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov gizlətməyə çalışıb. Nəticədə də "Relax" İstirahət və Turizm Mərkəzi ötən illər ərzində bu qədər vergidən yayına bilib.
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, "Relax" İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilib.
Sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib.
""Relax" istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər", - məlumatda deyilir.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.
Hazırda "Relax" İstirahət və Turizm Mərkəzində vergi nəzarəti tədbirləri davam edir.
Məlumdur ki, Lerikdəki istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarına qarşı törədilmiş qanunsuz hərəkətlərdən sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq baş verən bu cür xoşagəlməz hadisəyə görə təkcə deputata deyil, həmçinin, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova da "yuxarılar" tərəfindən ciddi xəbərdarlıq edilib. İcra başçısına ölkə Prezidentinin harınlamış məmurlarla bağlı söylədiyi tənqidi fikirləri və onlara qarşı görülən cəza tədbirləri barədə xatırlatma edilib. Buradan belə düşünmək olar ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da ölkə başçısının yaxın vaxtlarda vəzifədən azad edəcəyi məmurlar arasında yer alır.
Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında göstərilir ki, "Relax Resort and Spa Hotel"in (2018-ci ildə rəsmi qeydiyyatdan keçib) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğludur.
"Relax Lerik"-in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İqbal Məmmədovun qardaşı olduğu deyilən Məmmədov Çingiz Nəriman oğludur. (Demokrat.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
|