İşəgötürən tərəfindən - İşçiyə maddi ziyan vurulduğu halda, İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə - ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin bu ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilməzsə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz ",Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Azər Quiyev Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.link)