2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
"Dünən Mərkəzi Bankın sədri ilə 12 iqtisadçı-ekspertin 3 saatdan çox davam etmiş ənənəvi görüşü bitdi. Həmişə olduğu kimi səmimi və açıq söhbət oldu". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış ekspert Əkrəm Həsənov çıxış edib.
O daha sonra əlavə edib: "Pul siyasəti, faizlər, milli valyuta, kreditlər, kartlardan oğurlanan vəsait, kredit təşkilatlarına nəzarət, lombardlar, ləğv prosesində olan banklar və digər məsələlər ətrafında geniş müzakirələr oldu. Taleh Kazımov suallara dolğun cavablar verirdi, ekspertlərlə razılaşdığı və razılaşmadığı məqamları birmənalı bildirirdi, buna görə kiçik mübahisələr də oldu. Təbii ki, əsas mövzulardan biri növbəti ildə manatın məzənnəsi idi. Müzakirə zamanı səsləndirilmiş rəqəmlərdən və baş bankirin arqumentlərindən görünür ki, 2025-ci ildə devalvasiya gözlənilmir. Mən də böyük ehtimalla bu inamı bölüşürəm..."