Qəzadan dərhal sonra hadisə yerindən yayılan foto və videolarda təyyarəyə kənardan müdaxilə edilməsi versiyası dominantlıq təşkil edirdi.Təbii ki, istintaq orqanları bununla bağlı araşdırmalar aparırlar. İstənilən halda son qərarı gözləməliyik".
Bu sözləri Sitat.info-ya açıqlamasında təyyyarə qəza ilə bağlı açıqlama verən millət vəkili, AMİP sədri Arxuxan Əlizadə bildirib.
Deputat vurğulayıb ki, artıq “Caliber.az “ saytında və digər KİV-lərdə verilən məlumata əsasən, təyyarəyə hava hücumundan müdafiə sistemi vasitəsilə kənar müdaxilə edilib: "Bir məsələni də qeyd etmək lazımdır ki, təyyarənin istiqamət götürdüyü Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da belə bir məlumat yayıb ki, dünən səhər saatlarında, təyyarənin Qroznu hava limanına enməsinə az qalmış, Ukrayna pilotsuz uçuş aparatları tərəfindən Çeçenistan ərazisinə hücumlar olunub. Həmin dronlar Çeçenistanın müdafiə qurğuları tərəfindən vurulub, heç bir tələfat yoxdur deyə informasiya yayılıb".
A. Əlizadə hesab edir ki, bu məlumatın özü də təyyarənin kənar hücumlara məruz qaldığını təsdiqləmiş oldu: "Təbii ki, istintaqın nəticələrini gözləyərək hadisənin təfərrüatlarını qabaqlamaq istəməzdim, amma hesab edirəm ki, təyyarənin vurulmasında qərəz olmaya bilər. Təyyarənin duman səbəbi ilə Çeçenistanın Qroznu şəhərinin hava limanına enməsinə icazə verilməyib, ardınca da yaxınlıqda olan Mahaçqala hava limanına da eniş üçün icazə verilməyib. Bütün bu yaşananlar ciddi sualların yaranmasına səbəb olur. Güman edilir ki, təyyarənin naviqasiya sisteminə də təsir edilib və təyyarə hansı istiqamətdə hərəkətdə olmalıdırsa, əks istiqamətə hərəkətə keçib. Belə bir versiya da mövcuddur ki, təyyarə həmin zədə səbəbi ilə Aktauya çatmaya da bilərdi, dənizə də düşə bilərdi. Bu zaman bütün izlər aradan qaldırıla bilərdi. Təyyarənin dənizin dibinən çıxarılması, qəzanın səbəblərinin araşdırılması olduqca çətin məsələyə çevriləcəkdi. Nə üçün təyyarəyə yaxın hava limanlarına enişə icazə verilməyib sualına yəqin ki, istintaqla cavab veriləcəkdir”.
Ekspert bildirir ki, istintaqın nəticələrindən sonra kənar müdaxilənin olması meydana çıxsa, günahı olan, buna səbəb olan və bu barədə qərar verən kimliyindən aslı olmayaraq ciddi surətdə cəzalandırılmalıdır:” Biz bunu gözləyək.
Həmçinin məlumdur ki, qəbul edilən qərara əsasən Qroznıya, Mahaçqalaya, Mineral Nvodu istiqamətində uçuşlar təxirə salınıb.
Deputat onu da əlavə edib ki, istintaq başa çatana qədər, eyni zamanda Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı qərar qəbul edilə bilər: "Ukrayna hava məkanı müharibə və təhlükəsizlik səbəbilə təyyarələr üçün bağlanıb. Hesab edirəm ki, Rusiya hava məkanı da eyni qərarla bağlanmalıdır. Rusiya tərəfi bu məsələ ilə bağlı qərar verməlidir. Rusiyanın tək, sərhəd və mərkəz şəhərləri yox, kənar şəhərləri də artıq Ukrayna tərəfinin pilotsuz uçuş aparatları tərəfindən zərbələrə məruz qalır. Belə bir təhlükəli zonaya təyyarələrin enməsi də dayandırılmalıdır. Bununla da bağlı müvafiq qərarın verilməsini gözləməliyik. İstintaqın nəticələrinə asılı olaraq Azərbaycan tərəfi yekun və doğru qərar verəcək. Təyyarə qəzasında rəhmətə gedənlərə Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirik".