Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna xərcləyəcəyi vəsait açıqlanıb. İqtisadiyyat.az xəbər verir ki, sözügedən vəsaitin məbləği 1 569 400 manat müəyyənləşib.
Bu vəsait “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinə yönəldilib.
Agentlik texniki dəstək və digər xidmətləri “R.İ.S.K.” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.