Xəzərin GÜL kimi AĞAsı idi, indi də oğlu üçün çalışır... - İDDİA
Tarix: 20-08-2019, 11:49 | Çap et
Teref.az yazır ki, dövlət məmurlarının özlərinə deyil, xalqa xidmət etməli olduqları barədə ölkə rəhbərinin xəbərdarlıqları hamıya məlumdur. Bu xəbərdarlıqdan nəticə çıxarmayanlar həm xalqa, həm də dövlətə və onun başçısına xəyanət edirlər. Təəssüf ki, dövlət qulluğunun verdiyi səlahiyyətləri xalqa deyil, özünə və qohum-əqrabasına xidmətə həsr edən məmurlar az deyil. Onlardan eləsi də var ki, uzun illər vəzifə başında olub, yığıdığını yığıb, xərclədiyini xərcləyib, indi də “müdrik ağsaqql” obrazında ortada gəzib dolaşır, özünü dünyanın xoşbəxti sanır. Düz iyirmi üç il bir rayonun icra hakimiyyətinin başçısı olan, bu müddətdə özünü kurort zonası sayılan həmin ərazinin sahibi kimi aparan, vətəndaşlarla qanunvericilik çərçivəsində deyil, qoçuluq, qoluzorluluq prinsipi ilə davranan, hektarlarla torpaq sahəsini saxta və qanunsuz sənədlərlə talayan, qohum-əqrabasına paylayan, hacı titulu daşımasına baxmayaraq alqkoqollu içkilər istehsalçısı kimi tanınan sabiq məmurun kimliyindən xəbərdarsınızmı? Əlinizin altında İnternet varsa, açıb axtarış portalında Gülağa İslamov ad-soyadını yazın, görün, nə qədər şikayət, korrupsiya faktarı haqqında məlumat, ifşaedici material çıxacaq... O, Abşeron yarımadasında ən geniş ərazini əhatə edən keçmiş Əzizbəyov, indiki Xəzər rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə 1995-ci ilin yanvarında təyin edilib və bir də 2018-ci ilin dekabrında həmin vəzifədən azad olunub. Dövlət qulluğuna keçdikdən, böyük bir rayona rəhbərlik etməyə başladıqdan sonra da özünün biznes maraqalarını hər şeydən üstün tutan bu adamın idarəçiliyi qoçuluq prinsipləri ilə həyata keçirdiyi rayon camaatının yadından çıxmır. Oğlunu rayonun kurort-istirahət zonalarından birinin – Şüvəlannın bələdiyyə sədri vəzifəsinə seçilməsinə nail olan, qudasını isə Qala qəsəbəsinə icra nümayəndəsi təyin edən Gülağa İslamovun özünün sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olduğu, Xəzər rayonunda hektarlarla torpaq sahələrini bu “təhlükəsizlik reketi”n və onun cinayətkar generallarına peşkəş etdiyi barədə məlumatları ölkə mediası uzun müddət gündəmində saxlayıb və təkzib edilməyib... (http://sozcu.info/problem/749-eldar-mahmudovla-gulaa-slamovu-hans-tellr-balayr.html) Yetmiş yaşında vəzifə kürsüsündən düşürülən sabiq başçının Xəzərdə sahibləndiyi var-dövləti, mal-mülkü, deyilənə görə, sayıb qurtarmaq mümkün deyil. Buraya çoxsaylı daşınmaz əmlak və torpaq sahələri bir yana, çoxlu biznes strukturları – daş karxanaları, istixana təsəsrrüfatları, ticarət obyektləri, hətta pivə istehsalı müəssisəsi daxildir. Deyilənlərə görə, vaxtilə dövlət başçısının qoyduğu qadağaya baxmayaraq Xəzər dənizi sahilindəki ərazilərin vəzifəli və imkanlı şəxslərə satışından əldə edilən vəsait, hədiyyə verilməsindən qazanılan hörmət-izzət Gülağa İslamovun bundan sonra hələ yetmiş il də bəsidir. Ən qəribəsi isə budur ki, torpaq sahələrinin verilməsi haqında sərəncamların bir çoxu, əslində, mövcud qanunvericiliyə uyğun şəkildə rəsmiləçdirilməyib və sonradan saxta sənəd kimi qəbul edilərək bir sıra vətəndaşların maddi və mənəvi ziyana düşməsinə səbəb olub. Xəzərdə “Gülağa İslam dövrü”nün hələ də bitmədiyi, onun təməlini qoyduğu “ənənələr”in davam etdiyi, hətta rayonda hakimiyyətin tezliklə yenidən İslamovlara qayıdacağı ehtimal olunur. https://araz.az/index.php/zhuend-m/3687-kh-z-rin-goynunda-talanan-kh-z-r-rayonu-zhuelazha-islamovun-ganunsuz-s-r-ndzamlar-ndan-ziyy-t-dz-k-nl-r-dzar-sizdir Hacının yerinə təyinat zamanı onun özünün “yetişdirdiyi” kadra üstünlük verilməsi belə ehtimallara zəmin yaradır. Rayonun indiki rəhbəri kənar şəxs deyil – Gülağa İslamovun irəli çəkdiyi adamdır. Atası rayonun Ağsaqqallar Şurasının sədridir. Qırx iki yaşlı təzə başçı dörd il ərzində rayon icra hakimiyyətində təsərrüfat müdiriliyindən başçının birinci müavinliyinə yüksəlib. Sonra da başçı kürsüsünü tutub.
Bu kürsünün yenidən Hacının ailəsinə - bu dəfə oğul İlham İslamova həvalə olunacağını ehtimal edənlərin arqumenti çox sadədir: otuz altı yaşlı bu cavan oğlan 14 ildir ki, Şüvəlan bələdiyyəsinin sədridir. Atasından öyrəndikləri bir yana, özü də “uğurlu idarəçilik” sahəsində xeyli təcrübə qazanıb. Xüsusən də, boş ərazilərin kimlərə, necə və hansı şərtlərlə verilməsi üzrə... Hər halda atalar və atalarının hesabına qanunlara kəllə atan məmur oliqarx oğulların olduğu və bu problemin vaxtaşırı qabardığını biz "Relax"-sda baş verən İqbal Məmmədovun oğlunun qanunları necə ceynədiyinin nümunəsində şahid oluruq. Yuxarıda mediada gedən və təkzib olunmayan bəzi xırda məlumatılarla ictimaiyyəti tanış etdik. Məmur övladlarının təkcə bahalı saatları, zəngin həyat tərzləri, tələfxərclikləri, təmtəraqlı məclisləri, sadə vətəndaşlara qarşı tərbiyəsizlikləri barədə məlumatlara deyil, həm də onların “yolunu davam etdirən” balalarının əməlləri ölkə ictimaiyyətində ciddi narazılıq yaradır. Xəzərdə olduğu kimi... Bu narazılıqları diqqətə alan möhtrəm cənab Prezidentdə məmurlara ciddi təpinmişdi. Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
|