Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                     Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir .....                 

Cənnətdən qovulmuşlar... - "Burada ağacın da ömrü yoxdur..."
Tarix: 1-03-2018, 12:57 | Çap et
Cənnətdən qovulmuşlar...
Yenicag.az-ın reportyor qrupu şuşalıların məskunlaşdığı qəsəbədən reportajı sizə təqdim edir:

Kürdəmir rayonunun ərazisində, rayon mərkəzinin bir neçə kilometrliyində 26-sı Şuşadan, 4-ü isə Laçından olan 30 ailə yaşayır.

Qəsəbəyə doğru hərəkət edirik. Qarşımıza bir kişi çıxır. “Bura şuşalıların yaşadığı qəsəbədir?”, deyə, sual veririk. Kişi maraqla üzümə baxıb, “düz gəlmisiniz, bala” deyir. Sonra davam edir, “kimsən, kimlərdənsən?” Jurnalist olduğumuzu deyirik. Deyir, “azıf gəlifsiniz, yoxsa göndəriflər, ay bala?”. Deyirəm, “ay dayı, nə azmışıq, nə də göndəriblər, eşidib, öyrənib gəlmişik”. “Qınamayın, a bala, ilk dəfədir bura jurnalist gəlir, ona görə birinci özüm sorğu-suala tutdum. Xoş gəlmisiniz”, deyib əl uzadır.

Məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış yeri baxımından müəyyən bir inkişaf mərhələsi keçib; əvvəlcə çadır, bir neçə il sonra qamışdan, qarğıdan hörülən otaq, kərpic daxma və ən sonda daşdan ev… Ancaq burada çadırdan başqa digər mərhələlər qalmaqda davam edir. Daxmalarda, kərpic, daş evlərdə yaşayan ailələr var. Belə bir yerdə nəinki asfaltın, doğru-düzgün yolun olacağını düşünmək belə axmaqlıq olardı.

30 evin 1 məktəbi, daha doğrusu bir sinif otağı var. Qəsəbədəki uşaqlar orada ibtidai sinifi bitirənə qədər oxuyur, daha sonra ya rayona, ya da yaxın kəndlərdəki məktəblərdə təhsillərini davam etdirməyə gedirlər.

Qəsəbə sakinlərinin içməli suyunu Kürdəmir rayon icra hakimiyyəti təmin edir. Qış aylarında ayda 1 dəfə, yayda isə ayda 2 dəfə qəsəbə sakinlərinə içməli su verilir. Çimmək, əl-ayaq, pal-paltar və heyvanlar üçün su isə arxdan götürülür. Qazdan söhbət belə gedə bilməz. İşığın olduğuna da inanmırdım, ta ki qonaq olduğumuz evdən çıxanda uşaqların “uraaa” deyə qışqırdıqları ana qədər… Lampalar azacıq közərirdi…

Dağdan, sərin meşələrdən, buz bulaqlardan, təmiz havadan çıxıb, Kürdəmir kimi isti bir iqlimə malik olan rayonda yaşamağın necə bir dəhşət olduğunu Xosrov Abbasov nəql edir.

“Şuşa kimi yerdən gəlib, burada yaşaya biliriksə, demək, insan hər şeyə qadirdir. Burada ağacın da ömrü yoxdur. Ağacı əkirik, bir müddət sonra quruyur. Heyvanların da ömrü qısadır. İşimiz heyvandarlıqdır. Pensiya, çörəkpulundan başqa gəlir yerimiz yoxdur”.

Müsahiblərimin sözlərinə görə, son zamanlar Kürdəmirdə yeni yaşayış binasının tikiləcəyi barədə xəbərlər yayılıb. Deyilənə görə, qəsəbə sakinləri də oraya köçürüləcək. Ancaq onları narahat edən başqa məqamlardır.

“Burada torpağımız, mal-qaramız, əkinimiz var. Binada boş ev verəcəklər, iş yox, güc yox, camaat nə ilə dolanacaq? 4 divar arasında nə etmək olar? Əgər bizi oraya köçürtsələr heç olmasa torpağımıza dəyməsinlər. Torpaqdan başqa gəlir yerimiz yoxdur”. Bunları isə Əsgər Quliyev deyir.

Həyətdə oynayan balaca uşaqları görürəm. “Xosrov dayı, bu uşaqlar şuşalıdır, laçınlıdır, yoxsa kürdəmirli?”, deyə soruşuram.

Xosrov kişi başını mənalı-mənalı tərpədərək cavab verir:

“Şuşalı olanlar deyir, “şuşalıyıq”; laçınlı olanlar da “laçınlıyıq”, deyirlər. Uşaqları elə öyrətmişik”.

Şuşada doğulan erməni uşaqları…

Vətən doğulduğun yerə deyilir. Bu gün Şuşada erməni uşaqları doğulub-böyüyür. Görəsən onlar daha çox şuşalıdır, yoxsa Kürdəmirdə doğulan uşaqlar? Biz niyə bu qədər gecikirik? Bu gecikmənin çox pis nəticəsi olacağanı niyə anlamırıq?

Məktəbin müəllimi Zeynəb İslamova ilə söhbət edirik. Əvvəlcə Şuşadan, necə didərgin düşmələrindən danışır:

“Şuşa gözəl idi, dağlar, buz bulaqlar… Düzdür, ölkəmizin hər yeri vətəndir, ancaq bura öyrəşə bilmirik. Hələ də ümidlə yaşayırıq. Burada hamının şəraitinə baxa bilərsiniz, görün insanlar harada, nə gündə yaşayırlar? Şuşadan çıxanda çöp də götürmədik, elə bildik qayıdacağıq, açığı o hiss hələ də ölməyib. Neçə illərdir ki, buradayıq, hələ torpağın dilini tam bilmirik, heyvanlarımız tələf olur, arılarımız ölür. Biz Şuşada harada görmüşdük toyuq-cücəyə, mal-qaraya, arıya dərman verərlər?”.

Öyrənirəm ki, 26 ildir Kürdəmirdə məskunlaşmaqlarına baxmayaraq, rayon camaatı ilə qohumluq əlaqələri yoxdur. Qız köçürüb, oğul evləndirmək üçün ancaq özlərinə üz tuturlar.

Zeynəb müəllimə şagirdlərindən razılıq edir. Deyir ki, şərait olmasa da uşaqlar dərsə can yandırır:

“Məsuliyyət başqadır, üstəlik müəllim daha məsuliyyətli və vicdanlı olmalıdır. Mənim məsuliyyətim isə daha çoxdur, bu uşaqlar şagirdlərim olmaqla yanaşı həm də öz qohum-əqrabamın balalarıdır, ona görə də üstlərində daha çox əsirəm. Hamısı da yaxşı oxuyur, ibtidai sinifi bitirib, rayona getdikdə oradakı müəllimlər də razı qalırlar. Bu qəsəbədən bir neçə uşaq universitetə daxil olub. Hazırda məktəbdə 9 şagird təhsil alır”.

Söhbəti bitirdikdən sonra qəsəbəni gəzməyə çıxırıq: heyvana ot qoyan kim, itə yal verən kim, at üstündə kəndlisini səsləyən kim…

Qəsəbədə kimin necə yaşadığı ilk baxışdan bəllidir: daxmalarda lap kasıb, kərpic evlərdə orta təbəqə, daş evlərdə isə nisbətən imkanlı şuşalılar yaşayır.

Buradakı insanların tək gəlir yeri var: o da torpaqdır. Torpağından didərgin düşənlər, torpağa tapınıblar. Sanki bir alın yazılar var: ancaq torpaq!!!

İtirəcəksən, yaşamaq üçün işlədəcəksən, işləyəcəksən, ölüb qovuşacaqsan…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru