Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                 

"Rektor tərslik edir, amma…" - İTTİHAM VAR
Tarix: 6-10-2017, 12:27 | Çap et
"Rektor tərslik edir, amma…"
Azərbaycan Dövlət İqtisad Universiteti və bu ali təhsil ocağının rəhbərliyinin idarəetmə metodu ətrafında pedoqoji kollektivin narazılığı davam etməkdədir. «Təzadlar»ın ötən saylarında xəbər verildiyi kimi, bu narazılıqların ən vacibi rektorun Türkiyənin bəlli universitetlərində təhsil almışlara «gənc kadrlar» adı altında üstünlük verməsi ilə digər müəllimlərə «keçmişin qalığı» kimi münasibət bəslənilməsini ortaya qoymaqdadır. Və çox təəssüflər olsun ki, bu nəzərlərin hər gün Domokl qılıncı kimi onların başının üstünü kəsdirməsi, əmək haqlarına, digər imtiyazlarına təsir etməsi fakt olaraq qaçılmazdır. «Təzadlar»a zəng edərək bu barədə fikirlərini bildirən müəllimlərin dərdini başa düşmək çətin deyil… Məcburuq bu ifadəni də işlədək, islahatçı rektorun nəzərlərində qocaman sayılan professor-müəllim heyəti hələ də bir suala cavab axtarır: axı necə oldu ki, 30-40 il müəllimlik fəaliyyəti ilə məşğul olan, onlarla, yüzlərlə elmi kadrlar hazırlayan müəllimlər dura-dura, rektor Ədalət Muradovun yaxın dostu, bir dəfə də olsun auditoriyaya daxil olaraq dərs deməmiş sabiq maliyyə naziri Əvəz Ələkbərov «Əməkdar müəllim» Fəxri adına layiq görüldü?
«Rektor bir tərəfdən ADİU-ni Türkiyə universitetlərində oxumuş gənc kadrların ixtiyarına verir, digər tərəfdən isə görünməmiş bir addım atır, sabiq maliyyə nazirini əvvəlcə ADİU-da kafedra müdiri təyin edir, ardınca isə onu «Əməkdar müəllim» etdirir? Bun ə öhdəlikdir görəsən? İstərdik ki, rektor Ədalət Muradov bu suala cavab versin. Xatırladırıq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 20-də imzaladığı sərəncamla ADİU-nun ötən il təyin edilmiş kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verilib. Bu hadisə isə uzun müddətdir burada çalışan professorları qəzəbləndirmişdir və onların Prezident İlham Əliyevə ünvanladıqları müraciətlərində deyilirdi: «Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar durra-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə «Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, «…Ə.Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib», -deyən müəllimlər əlavə edirlər: "Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?».

Azərbaycan Dövlət İqtisad Universiteti necə UNEC ola bilər?-Rektor tərslik edir, amma…

Narazı müəllimlər bu dəfə yazırlar: «Hörmətli redaksiya! Rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunmuşdur. Bu məqalədəki bəzi ifadələr Rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rektor təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Diqqətinizə həmin sərəncamı çatdırırıq: “Ə.C.Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.

Niyə rektorun tərsliyi tutub?

İnd idə rektor Ə.Muradovun “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında dərc edilmiş «“Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi. Sitat: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır».
Məqalənin sonunda rektorun imzası təqdim edilir: «Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Diqqət etdinizmi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” yazılsa da, rektor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə, digər kütləvi tədbirlərdəki təqdimatlarda) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir. Sonda: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun I fəsil, Ümumi müddəalar, “Maddə 1. Əsas anlayışlar” hissəsində deyilir: “Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)”.
Hörmətli redaksiya! Bu o demək deyilmi ki, rektor Ədalət Muradov 86 yaşı olan qocaman Ali təhsil ocağına sahibkar gözü ilə baxır və əmtəə kimi diqqət yetirir?! Axı rektorun inadkarlığının səbəbi nədir? O, niyə tərslik edir? Məgər universitetin başqa dərd-səri yoxdur?».
Qarşı tərəfin də mövqeyini dinləməyə və «UNEC» məsələsinə dair əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru