Heydər Əsədovun taxıl müəmması - İTTİHAM VAR
Tarix: 18-04-2017, 11:46 | Çap et
“Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir”. Bu sözləri APA-ya hələ iki il əvvəl kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyev demişdi. Nazir müavinin sözlərinə inansaq, “Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 mln. ton təşkil edir.
Ötən il isə ölkədə taxıl istehsalı 2,8 mln tona bərabər olub... Tələbatı tam ödəmək üçün 200-300 min ton idxalın payına düşür ki, bu da artıq ölkəyə gətirilib”. Və bu ilin aprelin 12-də isə Kənd Təsərrüfatı Nazirliyində 4-cü Donor Əlaqələndirmə Görüşü keçirilib. Nazir müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçirilən görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetirilib. Onun sözlərinə görə, Dünyanın hər yerində kənd təsərrüfatı riskli sahə hesab edilir və o, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb, əlavə edib ki, dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verilir. “Təkcə son 10 ildə Azərbaycanda banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb”. Fikir verirsinizmi, ölkəmizdə aqrar sahəyə nə qədər əzizləmə var, başqa sözlə, dövlət fermerlərin başına maddi dəstəyi ilə kifayət qədər sığal çəkir, amma nəticə yoxdur-taxılı, bir çox məhsulları yenə də kənardan alırıq. Bəs buna səbəb nədir? Əgər kənd Təsərrüfatı Nazirliyi Dövlət büdcəsindən alınan yüz milyonlarla manat pulu həm özünün idarəetmə aparatının saxlanılmasına, həm də fermerlərin maraqlandırılmasına sərf edir və ortada tutarlı bir nəticə görünmürsə, daha bu nazirlik kimə lazımdır? Heç uzaq tarix də deyil: təxminən bir il əvvəl Kənd Təsərrüfatı Nazirliyində “Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda aidiyyəti dövlət orqanlarının, Dövlət Taxıl Fondunun, alimlərin, ekspertlərin, iri taxıl istehsalçılarının, tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinin iştirakı ilə təntənəli müşavirə keçirildi... Bu dəfə isə nazir müavini İlham Quliyev Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, ölkədə aparılan islahatlardan danışıb, kənd təsərrüfatının qarşısında duran əsas vəzifənin ölkəni ərzaq məhsulları ilə təmin etməkdən, taxılçılığın ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğunu diqqətə çatdırıb, bunu dəfələrlə vurğulayıb... Nazir müavinin dediklərindən sitat: “...Aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün görülmüş tədbirlər sayəsində 2015-ci ildə bu sahədə əldə edilən nailiyyətlərin növbəti illərdə də daha da inkişaf etdirilməsi... , məhsuldarlığın artırılması və yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənilməsinin təmin ediləcəyi proqnozlaşdırılır”.
Bir-birini təkzib edən vədlər və taxılçılıqdakı əyintilər...
Yəqin yuxarıda iki nazir müavinin çıxışlarına və taxılçılığın inkişafı ilə bağlı verdikləri vədlərə diqqət kəsildiniz. Amma Azərbaycan əhalisinə taxıl vədi yox, gerçək məhsuldarlıq və yerli taxıl, qısası, çörək lazımdır. Axı niyə ölkə rəhbərliyi nazir Heydər Əsədovun əvəzinə taxıl dərdi çəkməli, hər il nefti xaricə satıb taxıl almalıdır? Bunun bir sonu olmalıdırmı?
Nazir Əsədov niyə fermerin əlini sıxmır, bəs o, kimin naziridir?
Yeri gəlmişkən: srağagün nazir Heydər Əsədov fermerlərə yeni texnikanın açarlarını təqdim edirdi, bunun üçün bütün TV-lər səfərbər olunmuşdu. Nazir açarları təqdim etdiyi fermerlərin birinin də əlini sıxmadı. Niyə? Nazirin əlini sıxmadığı fermer həmin nazirə taxıl istehsal edərmi? Prezident İlham Əliyev bölgələrə səfər edəndə ictimaiyyət nümayəndələri ilə, yaxud hansısa müəssisə kollektivi ilə görüşəndə bir-bir onların əlini sıxır, təmas qurur, gerçəkdən xalqın prezidenti olduğunu canlı sübut edir... Nazir Əsədov isə bununla onu sübut etmir ki, o, fermerin, mexanizatorun naziri deyil?!
Bu qədər artım, məhsuldarlıq varsa, niyə inşil xaricdən 1,3 milyon ton, bu il də elə o qədər taxıl alırıq?
Bəli, Heydər Əsədov fermerlərin naziri deyil ki, bu qədər maliyyə yardımları, güzəştli-havayı texnika və gübrə paylanmasının əvəzində ortaya məhsuldar iş qoyulmur. Təsəvvür edirsinizmi, Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdi. Bəli, Prezident etimad göstərir, ilimizi kənd təsərrüfatına həsr etməyi qarşıya vəzifə kimi qoyur, dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan bu sahəyə yüz milyonlarla manat halal vəsait səfərbər olunur, amma nazirin gördüyü işin nəticəsinə baxanda adam dilxor olur. Budur, rəsmi rəqəmlərə və rəsmilərin çıxışlarına istinad etsək, bəlli olur ki, guya “Kənd təsərrüfatı ilin”də “... aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülmüşdür və...”. Və budur: “...2015-ci ildə 2999,0 min tona taxıl istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur...”. Belə çıxır ki, 2014-cü ildə vur-tut 2 milyon 159.280 ton taxıl tədarük olunub. Çox təəssüflər olsun ki, nazir Heydər Əsədovun rəsmiyyətdə söylədiyi “...aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülmüşdür və...”sinin ardınca, 2015-ci ildə respublikaya 296 milyon 831,8 min ABŞ dolları dəyərində 1,3 milyon ton buğda idxal olunmuşdur. İndi necə başa düşək: nazir bir tərəfdən deyir ki, ölkənin taxıla olan tələbatı təxminən 3 milyon tondur, ilbəil artım var, o biri tərəfdən isə 2 milyon 999 min ton taxıl istehsal edilib, hələ bir xaricdən 1 miyon 300 min ton da idxal edirik... Bəs təlabatımızdan artıq 1,2 milyon ton taxılı neyləyirik???
Heydər Əsədovun taxıl istehsalında “Bermud üçbucağı”
Apardığımız təhlil göstərir ki, rəsmiyyətin etirafına görə, ümumiyyətlə, Azərbaycanda əhalinin ərzaq buğdasına olan tələbatı 1,7 milyon tondur. Özümüz 3 milyon ton taxıl istehsal ediriksə, bəs bu qədər taxıl niyə təlabatımızı ödəmir? Ortada nə sirr var? Bəlkə ortada sirrli “pripiska”var? Adının çəkilməsini istəməyən sahə mütəxəssisi isə bildirir ki, əvvəla, taxılçılıq ölkənin kənd təsərrüfatında çalışan məmurlar üçün yaxşıca korrupsiya mənbəyidir: “Əvvəla, sual yaranır, niyə ölkə əhalisinin ərzaq buğdasına olan 1,7 milyon ton tələbatı hər il istehsal olunan 3 milyon ton taxılla ödənilmir? Cavab belədir: ya 3 milyon ton məsələsi yalandır, ya da... Həmin taxıl yeməyə yaramır... Məsələn, mən özüm maraqlanmışam, yüz milyonlarla manat xərc çəkilib istehsal olunan taxılımız iri tədarükçülər tərəfindən alınmır, ona görə də həmin qiymətli, maya dəyəri yüksək taxıl heyvan üçün yemə çevrilir, sonradan isə xaricdən taxıl alırıq... Mətbuatda da yazılır ki, yerlərdə icra hakimiyyətləri ilə bələdiyyələr və fermerlər birləşib hər hektara verilən subsidiyanı basıb yeyirlər, faktiki saxta rəqəmlər ortaya çıxır, sonra isə bəhanə edirlər ki, hava quraqlıq oldu. Texnika çatışmadı və s”. Bəli, yaxşı xatırlayırıq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yenidən vəd vermişdi ki, cari ildə (2016) 3 milyon ton taxıl istehsal olunacaq! Bu hələ harasıdır, nazir ölkənin taxıla olan təlabatının məhz yerli istehsalla təmin olunacağını bildirmişdi. Bəs sonra nə oldu? Elə ötən il Azərbaycan xaricdən 1,3 milyon ton ərzaq buğdası aldı, tələbatımız isə 1,7 milyon tondur. Və nazirdən bu günə kimi kimsə soruşmur ki, bəs niyə verdiyiniz vədə əməl edilmədi? Hanı o 3 milyon ton? Əgər keyfiyyəti aşağı idisə, bəs hanı sənin institutlarının başbilənləri, rayonlardakı “aqroprom”direktorları? Hansı ki, təkcə Abşeron rayon kənd təsərrüfatı idarəsinin yeni, qəttəzə inzibati binasına çəkilən xərcə yüz min tonlarla taxıl almaq olardı? Rayonlardakı eyni idarələrin inzibati binasına da oxşar xərc səpələnib. Vallah, o binalara baxanda və ölkənin nefti satıb xaricdən taxıl almasını göz önünə gətirəndə adam nazir Heydər Əsədovun yerinə və vəzifəsinə təəssüf edir. Axı Prezident İlham Əliyev daha nə etməlidir ki, bu ölkənin Kənd təsərrüfatı Nazirliyi öz adına uyğun iş görsün, “pripiska”lardan tamamilə kənar-ərzaq təhlükəsizliyimizin bel sütunu olan keyfiyyətli taxıl istehsal olunsun! Görünür, keyfiyyətli məmur və nazir olmaq lazımdır ki, keyfiyyətli də taxıl istehsal etmək mümkün olsun...
A.Məmmədli \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
• Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik - Xaçikyan
Bu gün, 10:01 |
|
|
|
• “Anam deyir ki, adımı bədnam etmisən” - Aktrisadan maraqlı AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
• Ağdamın bu kəndində qeyri-yaşayış binaları tikiləcək - 7 mln. manatlıq layihə
Bu gün, 09:57 |
|
|
|
• Mərkəzi Bank sığortaçı seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 09:56 |
|
|
|
• Bakı metrosunda BÖYÜK YEYİNTİ ŞÜBHƏSİ: "TAİS İKF" MMC-yə ötürülən milyonlar... - Zaur müəllimə SUAL VERMƏYİN...
Bu gün, 09:53 |
|
|
|
• Erməni simasının üç üzü: Ter-Petrosyan, Koçaryan, Sarqsyan - İNCƏLƏMƏ
Bu gün, 09:45 |
|
|
|
• Soydaşlarımız Amerikada təyyarə terroru qurbanlarını YAD ETDİLƏR - FOTO
Bu gün, 09:43 |
|
|
|
• “Böyükşor Avtonəqliyyat” mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:39 |
|
|
|
• Azad olunmuş iki dağ kəndi layihələndiriləcək - yarım milyon ayrıldı
Bu gün, 09:34 |
|
|
|
• "Bildim də kim idi bunu edən, amma demərəm..." - VİDEO
Bu gün, 09:32 |
|
|
|
• Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır... - "Protez ayaqla yüz kiloluq boru çevrələrini daşıyır..."
Bu gün, 09:27 |
|
|
|
• BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... - ŞOK FAKTLAR
Bu gün, 09:20 |
|
|
|
• Müştərisi az qala zəhərlənəcəkdi... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:13 |
|
|
|
• Cavid Qurbanov yenidən gündəmdədir... - Onun təkrar olaraq...
Bu gün, 09:03 |
|
|
|
• "Mənə qanunsuz olaraq imtina cavabı verilib..." - MÜRACİƏT
Bu gün, 08:57 |
|
|
|
• İşçilər bəzən bilmirlər ki... - Ekspert danışır...
Bu gün, 08:55 |
|
|
|
• Meğri planı ilə bağlı yeni detallar - Bakıdan cavab: Danışıqlar olub, amma…
Bu gün, 07:27 |
|
|
|
• Azərbaycanlılara qarşı KQB planı - DETALLAR
Bu gün, 07:22 |
|
|
|
• Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Bu gün, 06:11 |
|
|
|
• AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq - TASS
Bu gün, 06:09 |
|
|
|
• Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03 |
|
|
|
• Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17 |
|
|
|
• “Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14 |
|
|
|
• Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40 |
|
|
|
• Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37 |
|
|
|
• "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32 |
|
|
|
• Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27 |
|
|
|
• Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24 |
|
|
|
• Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22 |
|
|
|
• Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16 |
|
|
|
• "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23 |
|
|
|
• Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18 |
|
|
|
• Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15 |
|
|
|
• Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11 |
|
|
|
• Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16 |
|
|
|
• Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13 |
|
|
|
• Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09 |
|
|
|
• "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35 |
|
|
|
|