"Vaşinqton və ətrafında yaşayan bir qrup soydaşımızla bərabər Azərbaycanın və Qazaxıstanın Amerikadakı səfirliklərini ziyarət edərək məlum təyyarə faciəsində həyatlarını itirən soydaşlarımızın xatirələrinə ehtiram olaraq gül buraxdıq". "DİA-AZ" xəbər verir ki, bu barədə hazılrda ABŞ-də yaşayan ictimai-siyasi fəal Zaur Bayramlı açıqlama verib. O daha sonra bildirib: "Azərbaycan səfirliyində keçirilən görüşdə icmamızın nümayəndəsi Azal-ın keçmiş işçisi, vurulan təyyarəmizin qəhrəman ekipaj üzvləri ilə bir yerdə işləmiş Firudin Məcidov onlarla, xüsusi ilə mərhum Milli Qəhrəmanımız Hökümə Əliyeva ilə bağlı xoş xatirələrini bölüşdü. Qazaxıstan səfirliyində bizi mehribanlıqla qarşılayan baş konsul Yusip Orunbay və səfirliyin Siyasi Məsələlər üzrə katibi Alem Bolatova Qazaxıstan dövləti və qardaş Qazax xalqının təyyarə faciəsi zamanı göstərdikləri qardaş köməyinə və dəstəyə görə təşəkkür etdik. Eyni zamanda həmin təyyarədə həyatlarını itirən Qazaxıstan vətəndaşları üçün başsağlığı verdik". Açıqlamasının sonunda Z.Bayramlı tədbirin təşəbbüskarı kimi çıxış edən dəyərli soydaşımız Tural Ağalıya və iştirakçılara təşəkkürlərini də çatdırıb.