Kəlbəcər rayonunun Çıraq və Tövlədərə kəndlərinin birgə layihələndirilməsi işləri aparılacaq. Bu barədə İqtisadiyyat.az Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Dövlət Xidməti layihə işlərinin icrasını “PBA” QSC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, Çıraq kəndinin (Tövlədərə kəndi ilə birlikdə) layihələndirilməsi 594.861,60 manata başa gələcək.
Qeyd edək ki, Tövlədərə kəndi Çıraq kənd inzibati ərazi dairəsində yerləşir.