Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin İdarənin maliyyə-iqtisadiyyat sektorunun eks-müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 8-nə təyin edilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Zərərçəkmiş qismində Azərbaycan Gənclər və İdman Nazirliyi tanınır.
Qeyd: Hər iki şəxs külli miqdarda mənimsəmədə ittiham edilir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıb.