"Pulunuz və əsəbləriniz gedəcək..." - Narazı vətəndaş UYARDI!
Tarix: 7-10-2023, 10:40 |
Çap et
DİA.AZ: - "Şikayətim "Push30" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səriyə Əliyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Mobil tətbiqdə göstərilən xidmətlərə pulu aldıqdan sonra "bizlik deyil" deyə bildirirlər... Elə bil dövlət idarəsidir, heç kimin qəbuluna düşmək olmur....
Yeri-yurdları da bəlli deyil. Bu qədər də məsuliyyətsiz işçiləri olan ikinci bir şirkət tanımıram.
Menecerləri Fərhan Əliyev ümumiyyətlə əlçatmaz bir varlıqdır. Heç kim onlardan idman paketləri almasın, pulunuz və əsəbləriniz gedəcək..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...