Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sədr təyin ediləcəyi gözlənilir.
Bu barədə RealMediaaz.space-a xanım direktorun yaxın çevirəsindən məlumat daxil olub.
Məlumata görə, Nurəngiz Bəşirovanın "Beyləqan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru vəzifəsindən Sabunçu Tibb Mərkəzinə təyinat alması da, məhz onun TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilməsi ilə bağlıdır.
Bildirilir ki, Nurəngiz Bəşirovanın rayon xəstəxanasından Sabunçu Tibb Mərkəzinə təyinat alması ilə bağlı göstəriş Prezident Adminstrasiyasından gəlib.Və yaxın aylarda Nurəngiz Bəşirovanın TƏBİB sədri postuna təyin olunacağı dəqiqdir.