ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR
Tarix: 6-04-2012, 11:41 | Çap et
“REKTORUN XOŞUNA GƏLMƏDİYİNDƏN ƏTRAFINI MƏNƏ QARŞI QALDIRDI”
DİA.AZ: - Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: “...məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev «Gündəm xəbər»ə çox maraqlı müsahibə verib. Professor ömrünün 60 ilini həsr etdiyi ADİU-da rektor Şəmsəddin Hacıyevin qanunsuz əməllərindən, ona qarşı repressiv fəaliyyətdən, rektorun ətrafının bir tikə çörək naminə ona qarşı kampaniyaya qoşulmasından, barəsində hakim dairələrə yalan məlumatlar məruzə edilməsindən və sair məqamlardan danışıb. İlk öncə o, DİA.AZ-a müsahibəsində Şəmsəddin Hacıyevlə münasibətlərinin gərginləşməsi səbəbinə aydınlıq gətirib:
- Mətləbə keçməzdən əvvəl özüm haqda onu deyim ki, universitetdə ömrümün 60 ilini keçirmişəm. Rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 5 ay əvvələ qədər isə rektorun müşaviri və «İqtisadi Kibernetika» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, deyim ki, Şəmsəddin Hacıyev akademik Əli Abbasov rabitə naziri təyin edildikdən sonra rektor təyin olunub. Etiraf edim ki, yeni təyin olunduğu vaxtlarda onun akademik Əli Abbasovun universitetdə yaratdığı sağlam mühiti davam etdirəcəyinə çox inanırdım və hətta onu açıq şəkildə müdafiə də edirdim. Lakin zaman-zaman onun işlədiyi bütün vəzifələrdən qovulanları, əsasən də özünün və həyat yoldaşının yerlilərini toplayıb, universiteti korrupsiya yuvasına çevirməsini gördüm. Bununla barışa bilmədim. Dəfələrlə vəzifə səlahiyyətlərimə uyğun olaraq, ondan bir qrup rüşvətxorların universitetdə yaratdığı ağır duruma diqqət etməsini, onlara qarşı tədbir görülməsini xahiş etdim. Təəssüf ki, o, tam əksinə addım atdı. Rüşvət mexanizmində onun maraqlarına cavab verməyənləri sıxışdırdı, nəticə etibarı ilə daha yaxşı pul toplayanları ətrafında mövqe sahibi etdi. Onları ömürlərini elmə, təhsilə vermiş alimlərin üzərinə yönəltdi. Bu isə mənim prezident İlham Əliyevə rəsmi müraciət etməyimə səbəb oldu. Bu isə rektorun xoşuna gəlmədiyindən ətrafını mənə qarşı qaldırdı. Təbii ki, indi olduğu kimi o zaman da qarşıma çıxa bilmədi.
- Prezidentə hansı faktlardan söz açmışdınız ki, rektor onları belə aqressiv qarşıladı? - Prezidentə universitetdəki rüşvət və korrupsiya haqda dəqiq faktlardan, o cümlədən, baldızını mühasibatlıqda işə götürməsindən, orada bir əməliyyatla 2 milyon 500 min manatın hara sərf olunmasından, təmir-tikinti işlərindəki maxinasiyalar, universitetdəki rüşvət mexanizminin detalları və qanunsuz tələbə köçürmələrindən bəhs etmişdim. Rektor təbii ki, bunlardan xoşlana bilməzdi. Ona görə də təzyiqləri artırıb, qanunsuz şəkildə məni işdən azad etmək yolunu seçdi. Yəqin bundan sonra universitetdə qanunsuz əməllərini rahat davam etdirəcəyini düşündü.
- Yəni ölkə prezidentinə müraciətinizdən sonra işinizi də itirdiniz? - Bəli, rektor prezidentə müraciətə belə qiymət verdi. Rektorun prezidentə münasibəti, onun siyasətinə qarşı əlimdə təkzibolunmaz məlumatlar var. Sadəcə bunlari mətbuata demək fikrim yoxdu. İnsallah, gec-tez prezidentin qəbuluna düşüb, bunlara aydınlıq gətirəcəyəm. Hələki özümlə bağlı bildirim ki, prezidentə muraciətimdən sonra ötən ilin noyabr ayının 4-də məni müşavir, 11-də isə kafedra müdiri vəzifəsindən azad etdi. İşə bərpa ilə bağlı məhkəməyə müraciət etmişəm. Şəmsəddin Hacıyev də bundan sonra saxta protokol və aktlar tərtib etdirib ki, guya mən universitetdə kimlərisə təhqir etmişəm. Çox təəssüf ki, vaxtilə atalarından belə görmədikləri yaxşılıqları etdiyim bir neçə universitet əməkdaşı da məcburən bu çirkin kampaniyada yer alıblar. Indi özlərinin tərtib etdikləri qondarma akt və protokolların əsasında məni məhkəməyə verib, susdurmağa çalışırlar. Belə bir fakt əsasında Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə məni 400 manat cərimə də ediblər. Guya mən Damət Bağırov, Əsəd Mirzəyev və Zəfər Bayramov kimi nanəcibləri təhqir etmişəm. Amma eyni sənədlərdə daha ağır təhqir olunmağıma baxmayaraq, Səbail Rayon Məhkəməsinin digər hakimi mənim iddia ərizəmi icraata belə qəbul etmədi. Yəqin düşünürlər ki, bunlardan sonra mən qorxub, susacam. Yanılırlar, mən susacaq adam deyiləm. Bunu bildiklərindən universitetdə tez-tez yığıncaqlar keçirərək, orada məni təhqir etdirir, sonra isə onun əsasında protokol tərtib etdirib, müəyyən yerlərə də göndərirlər. Guya kollektiv mənə qarşıdır. Bununla Şəmsəddin Hacıyev özünü sığortalayacağını proqnozlaşdırır. O, bu məsələdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir neçə ay rəisi işləmiş və yarıtmazlığına görə qovulmuş, hazırda isə prorektor qoyduğu Damət Bağırovdan, həmyerlim Əsəd Mirzəyevdən istifadə edir. Ancaq belə tipi olanlar məni yolumdan döndərə bilməz. Artıq onun çirkin kampaniyasında iştirak edən bir neçə müəllim mənə zəng edib, bir neçəsi evimə gəlib, məndən üzr istəyiblər. Etiraf ediblər ki, onlar təhdid edilərək, mənə qarşı qaldırılıblar. Mən onları başa düşür və bağışlayıram.
- Hazırda bir-birinizə qarşı məhkəmə iddialarının olduğunuzu deyirsiniz. Artıq işlər yekunlaşıbmı? - Elədir, vəni işdən azad edən qanunsuz əmrlər, təhqiramiz protokol və aktlarla bağlı məhkəmə işləri davam edir. Bəziləri apellyasiya mərhələsinə qədəm qoyub. Açığı, Azərbaycan məhkəmələrini bu qədər acınacaqlı durumda olduğunu düşünməzdim. Əgər bu gün məhkəmələr bir professorun, Azərbaycanda bir elmi sahənin (kibernetika) yaradıcısının şikayətini araşdırmadan, heç bir əsas olmadan qarşı tərəfin xeyrinə həll edirsə, o zaman həqiqətən bu sahədə çox ciddi islahatların aparılmasına böyük ehtiyac var. Bu faktdır ki, hakimlərin boyunu pul və mandat qarşısında qıldan nazik olub. Məhkəmə işimlə istənilən hüquqşünasın tanış olmasına şərait yaratmağa hazıram. Onlar işi araşdırmaqla, hakimlərin necə kobud qanun pozuntularına yol verdiklərini görə bilərlər. Çox təəssüf ki, Şəmsəddin Hacıyev taladığı milyonlar hesabına məhkəmələrə də «yol» tapıb, onları da pulunun və mandatının gücü ilə qanunları tapdalamağa məcbur etməkdədir. Bununla bağlı prezidentə və Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Ümid edirəm ki, rektorun təzyiq və təsiri ilə Səbailin hakimlərinin əleyhimə çıxardıqları əsassız məhkəmə qərarlarına obyektiv qiymət veriləcək. Əks halda digər məhkəmə instansiyalarını aşıb, Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacam.
- Bəs, rəsmi orqanlara müraciətinizə hansı cavablar gəlib? - Təxminən iki ay əvvəl Baş Prokurorluq rektorun korrupsiyaya söykənmiş əməllərindən bəhs edən ərizəmə cavab verib. Daha dəqiqi, Baş Prokurorluğun tapşırığı ilə Səbail rayon Prokurorluğunun məndən aldığı izahatlar əsasında toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əvəzinə, Təhsil Nazirliyinə göndərilib. Hələki bu nazirlikdən xəbər yoxdur. Yəqin yaxın günlərdə müsbət nəticəsi olar. Möhtərəm prezidentimiz təhlükəsizliyimin qorunması üçün Daxili İşlər Nazirliyinə tapşırıq verib və bunun əsasında az əvvəl DİN-də məni yüksək səviyyədə qəbul edib, təhlükəsizliyimə zəmanət verildi.
- Bəyəm həyatınıza təhlükə var idi ki? - Bəli, rektor və ətrafı bir nəfəri məni güllələməyə təhrik edir. O adamın – Alixan Əliyevin elmi rəhbəri olmuşam, onu işə götürmüşəm, elçiliyini etmişəm və s. O, övladını bizim universitetə «perevod» edərkən rektorun «haqqı»nı çatdırmayıb. Ona görə də, onu «tor»a salıb, mənə qarşı qaldırıblar. Əks halda özünü işdən, övladını isə universitetdən qovacaqları ilə hədələyiblər. Bu zəif adam da rektorun təkidiylə məni məhkəməyə verib. Guya ona «mavi» demişəm. Hansı ki, bu ifadə Şəmsəddinin özü tərəfindən səslənib və məcburi mənim rektora yazdığım təkliflərə daxil edilib. Mən işdən azad olunandan və prezidentə müraciətimdən sonra rektor iclas çağırıb. O iclasda rektorun ətrafı Alixana «sən kişi deyilsən, kişi olsaydın, ya Bədirxan Musayevin, ya da öz başına bir güllə çaxmalıydın», - deyib, onu məni öldürməyə təhrik ediblər. Bu, ifadə universitetin 01 noyabr 2011-ci il tarixli rəsmi protokolunda əks olunub. Belə təhdid və təhriklər çox olduğundan tədbir görülməsini xahiş etmişdim.
- 5 ay əvvələ qədər rektorla bir yerdə işləmisiniz, onun müşaviri olmusunuz. Görüşüb aranızdakı problemləri masa arxasında həll etmək mümkün deyildi ki? - Görüşmək də, həll etmək də olardı. Açığı, görüs ücün mən tərəfdən indi də problem yoxdu. Lakin o, dəfələrlə istəyimə baxmayaraq, qaçıb gizləndi. Bir sözlə, görüşdən yayındı. Üstəlik, prezidentə müraciətimdən sonra barəmdə əsassız məlumatlar yaymağa başladı. Sonra da kafedra müdirliyi seçkimə kobud müdaxilə etdi. Kafedra üzvlərinin 67 faiz səs çoxluğu ilə seçilsəm də, məni «vurmaq» üçün növbəti qanunsuzluğa əl atdı. Belə ki, Təhsil Nazirliyinin 400 saylı əmrinə əsaslanaraq, rektorun ətrafından ibarət komissiyanın müzakirəsinə seçkinin nəticələrinin çıxarılmasını istəmədim. Amma, o, yenə də qanunsuzluq etdi. Təsəvvür edin ki, 25 oktyabrda xidmətlərimi göylərə çıxaran və mənə səs verən kafedranın üzvləri bu tarixdən 6 gün sonra tam heyətlə mənə qarşı qaldırıldı. Razılaşaq ki, bu təsadüf ola bilməzdi. Rektor belə səviyyəyə enməklə aqoniya vəziyyətində olduğunu təsdiqləyir. Bir dəfə də olsun xəstəlik bülletini götürmədiyim, töhmət almadığım və işimin öhdəsindən layiqli gəldiyim halda, saxta əsaslarla məni işdən azad etməsi göstərir ki, rektorun sağlam tənqid, real faktlar qarşısında duruş gətirmək qabiliyyəti yoxdur. Əksinə, o, belə cılızlığa yol verməklə, özünü biabır edir. İnsan gərək cəsarəti olub, mərdanə desin ki, gəlin birlikdə Bədirxan Musayevin ittihamlarını araşdıraq. Əgər o, bunu bəyan edərsə, məmuniyyətlə istənilən şəxslərin iştirakı ilə obyektiv araşdırmanın iştirakçısı ola bilərəm. O zaman aydın olar ki, kim düz danışır, kim böhtanla məşğul olur. Ancaq əminəm ki, o, buna da razı olmaz.
- Niyə? - Çünki o, normal polemika aparmaq gücündə deyil. İkincisi və ən əsası o, özünün və şəbəkəsinin qanunsuzluqlarını necə inkar edə bilər, axı? Mənim əlimdə onun korrupsiya əməllərini təsdiqləyən faktlar, sənədlər var. Qəzetiniz vasitəsi ilə ona demək istəyirəm ki, Damətin, Əsədin və belə tiplərin arxasında az gizlənsin. Kişi kimi, ortaya çıxıb, ümumi deyil, konkret faktlara münasibətini açıqlasın. Durub, məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, universitetdə 4-5 otağı hansı məqsədlə istifadə etməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin. Rektor arzu edərsə, elə Sizin redaksiyanızda onunla debata da hazıram. Hətta ona da razıyam ki, yazdığım faktları universitetdə jurnalistlərin iştirakı ilə birgə araşdıraq. Düz adamdırsa, məhkəmələrin qondarma qərarlarına arxayınlaşıb, haqlı olduğunu düşünürsə, bundan çəkinməməlidir. Əgər mənim faktlarım təsdiqlənməzsə, üzr istəməyə də, bütün şikayətlərimi də geri götürməyə hazıram. Yox, əgər təsdiqlənərsə, kişiliyi çatarsa, istefa verib, evinə getsin…».
P.S. Istər professorun söylədikləri, istərsə də İqtisad Universitetində cərəyan edən digər sensasiyalı hadisələrlə bağlı arasdırmalarımız davam edəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.
Eldəniz – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
|