Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                 

“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Tarix: 1-10-2024, 00:41 | Çap et
“Ərəb küçəsi”nin qəhrəmanı
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtı Beyruta zərbəsi nəticəsində Həsən Nəsrullah həlak oldu. O, 64 illik həyatının 32 ilini “Hizbullah”a rəhbərlik edib. Onun zamanında “Hizbullah” dünyadakı ən iri terrorçu təşkilatlardan birinə, eləcə də Livanda ən nüfuzlu siyasi qüvvəyə çevrilib.

Həsən Nəsrullahın uşaqlığı 1960-cı illərə, Livanın müasir tarixinin ən firavan dövrünə təsadüf edib. O zaman ölkəni “Yaxın Şərqin İsveçrəsi”, Beyrutu isə “Yaxın Şərqin Parisi” adlandırırdılar.

Lakin tezliklə vəziyyət dəyişdi. 1970-ci ildə İordaniyadakı vətəndaş müharibəsindən sonra Yasir Ərəfat başda olmaqla Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi Livana köçdü. Ölkənin cənub hissəsi “Fəthlend”ə - Livan hökumətinin faktiki nəzarət etmədiyi zonaya, İsrailə qarşı terror əməliyyatları üçün bazaya çevrildi (çətir təşkilat olan FAT daxilində FƏTH ən böyük partiyadır – Pressklub.az). Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsində FAT yaraqlıları fəal iştirak etdilər. 1976-cı ildə ölkəni Suriya ordusu işğal etdi. 1982-ci ildə də İsrail müdaxilə etdi: “Fəthlend”i məhv etmək üçün.

Nəsrullah əvvəlcə “Amal”a, nüfuzlu Sədr ailəsinin rəhbərlik etdiyi şiə siyasi hərəkatına qoşulmuşdu. 1970-ci illərin sonunda Nəcəfdə, İraqdakı mühüm şiə mərkəzində təhsil alırdı. İrandan qovulan ayətullah Xomeyni də həmin vaxt burada yaşayırdı. 1978-ci ildə İraqın vitse-prezidenti Səddam Hüseyn şiələr əleyhinə kampaniyaya başladı. Xomeyni Parisə köçdü, bir il sonra da (əslində 3,5 ay – Pressklub.az) İslam inqilabının lideri kimi İrana yollandı. Nəsrullah da Livana qayıtdı.

“Amal”ı yetərincə davakar hesab etməyən təşkilat üzvləri 1982-ci ildə, İsrail müdaxiləsinin lap başlanğıcında “Hizbullah”ı yaratdılar. Onlar bunu İranın İslam inqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaxından köməyi ilə etdilər.

Nəsrullah dərhal yeni hərəkata qoşuldu, amma orada əvvəlcə ikinci rolları tuturdu. O, yaraqlı deyildi və 1983-cü ilin terror aktlarında - Beyrutdakı ABŞ səfirliyinin və sülhməramlıların kazarmalarının partlayışında - iştirak etmirdi. Həmin vaxt əsasən əcnəbilər olan 370 nəfər həlak oldu. Bu, terrorizmdə yeni səhifə idi: İmad Muqniyə, Fuad Şükür, İbrahim Aqil və başqaları (onların hamısının 20-dən bir az çox yaşı vardı, Nəsrullah kimi) kamikadzelərdən istifadə taktikasına müraciət etdilər.

Nəsrullah 1989-cu ildə ön plana çıxdı. O zaman “Hizbullah”da parçalanma yaşanırdı. Bir fraksiya hesab edirdi ki, “Hizbullah” İsrail işğalı ilə mübarizə aparan döyüşçü təşkilat olmalıdır. Nəsrullahın rəhbərlik etdiyi digər fraksiya isə deyirdi ki, ilk vəzifə Livanda İrandakı kimi İslam respublikasının yaradılmasıdır. SEPAH da Nəsrullah və tərəfdarlarını dəstəkləyirdi.

“Hizbullah”ın baş katibi Abbas Musəvi 1992-ci ildə İsrail aviazərbəsi nəticəsində öldürüləndən sonra onun yerinə Nəsrullah seçildi. Bu nəzərəçarpmaz aparatçının öz postunda 30 il qalacağını və çoxları üçün ikonaya çevriləcəyini o zaman çox az adam təxmin edərdi.

Həmin vaxt İsrail ordusu “Fəthlend”i darmadağın etmişdi (FAT rəhbərliyi Tunisə köçdü) və Livan ərazisinin çoxundan çıxaraq, yalnız ölkənin cənubunun çoxunu əhatə edən “təhlükəsizlik zonası”nda qalmışdı. “Fəthlend”in yerində “Hizbullahlend” yarandı.

İran onu “Hizbullah”ı siyasi qüvvəyə çevirmək üçün dəstəkləyirdi və Nəsrullah bunu uğurla həyata keçirdi. Təşkilat 1992-ci ildə ilk dəfə Livan parlamentinə seçkilərdə iştirak etdi və 128 yerdən 8-ni qazandı. O vaxtdan “Hizbullah” parlamentdə, 2005-ci ildən isə həm də hökumətdə mütəmadi iştirak edir, adətən iki nazirliyi nəzarətində saxlayır.

Bununla yanaşı, hərbi və terrorçu fəallığını da azaltmır. İranın sayəsində raketlərə yiyələndi və İsrailin şimalını atəşə tutdu. Bu zaman iddia edirdi ki, işğalla mübarizə aparır, çünki israillilər hələ də “təhlükəsizlik zonası”nda dururdular.

90-cı illər ərzində İsrail “Hizbullah”a qarşı bir neçə hərbi əməliyyat keçirdi, amma atəşlər davam edirdi. Tel Əviv 2000-ci ildə qoşunlarını Livandan tam çıxardı. “Hizbullah” bunu öz qələbəsi kimi təqdim edə bildi. Məhz o zaman Nəsrullah “ərəb küçəsi”nin qəhrəmanına çevrildi.

İsrailin atəşə tutulması qoşun çıxarılandan sonra da dayanmadı. İndi “Hizbullah”ın formal bəhanəsi tərk edilmiş Şebaa fermalarıdır. Qolan təpələrində yerləşən bu 22 kv km sahəni Livan da, İsrail də özünün suveren ərazisi sayır. Nəsrullah yorulmadan iddia edirdi ki, İsraillə mübarizə “Hizbullah”ın əsas prioritetidir. Onun hətta parlament fraksiyası da “Müqavimətə sədaqət” adlanır ki, bu zaman “müqavimət” altında antiisrail qüvvələrin - İran və onun proksiləri, eləcə də HƏMAS və digər Fələstin qrupları - koalisiyası nəzərdə tutulur.
İrandan əlavə, Nəsrullah Suriyadakı Əsəd rejimi ilə sıx əlaqələr saxlayırdı. Livanlıların (xüsusən də xristianların) fasiləsiz etirazlarına baxmayaraq, Suriya qoşunları hələ də Livanda qalırdılar. 2004-cü ildə bu etirazlara keçmiş baş nazir Rafiq Həriri başçılıq edirdi. O, artıq 2005-ci ildə terror qurbanı oldu. Beynəlxalq istintaq qətli “Hizbullah”ın təşkil etdiyi qənaətinə gəldi. Livan hökuməti 2006-cı ildə Həririnin qətli ilə əlaqədar xüsusi BMT tribunalının yaranmasına razılıq verəndə, “Hizbullah” Beyrutda nəhəng etiraz nümayişləri təşkil etdi. Nəticədə Həririnin ölümünə görə kimsə cəzalanmadı.

Nəsrullahın ən yüksək təntənə məqamı, nə qədər qəribə olsa da, 2006-cı ilin İkinci Livan müharibəsi oldu. İsrail ordusu “Hizbullah”ın hücumlarına son qoymaq üçün yenidən ölkəyə girdi və təkcə hərbi deyil, mülki infrastruktura da böyük zərər vurdu. Livanlılar - həm mülki, həm yaraqlılar - arasında itkilər minlərlə ölçülürdü. Amma İsrail bir ay sonra Livana tərk edəndə Nəsrullah bunu “Hizbullah”ın yeni qələbəsi kimi təqdim etməkdən çəkinmədi.

Bu, Nəsrullahın sevimli fəndidir: deyirdi ki, düşmənin məqsədi “Hizbullah”ı və şəxsən onu məhv etmək idi, madam ki, heç birini edə bilməyib, deməli, məğlub olub. Hər belə qələbədən sonra Livan daha dərin iqtisadi və sosial böhrana yuvarlanırdı.

HƏMAS-ın İsrailə hücumunun ertəsi günü, 2023-cü il oktyabrın 8-də Nəsrullah elan etdi ki, “Hizbullah” fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsraili atəşə tutacaq. Raket atəşləri və İsrailin cavab aviazərbələri ilboyu davam etdi. Nəhayət, 2024-cü ilin sentyabrında İsrail eskalasiyaya getdi: əvvəlcə “Hizbullah” yaraqlılarının minlərlə peyceri və ratsiyası partladı, sonra da görünməmiş intensivliklə aviazərbələr endirildi.

Nəsrullah dövründə “Hizbullah” Livan ərazisinin xeyli hissəsinə nəzarət etməyə başladı: ölkənin cənubu, şərqdə Biqa vadisi, eləcə də Beyrutun cənub rayonu olan Dahiyə. Buradakı küçələrdə Livan bayrağı deyil, “Hizbullah” bayrağı, Nəsrullahın və ayətullah Xameneinin portretləri asılır. Son bir ay ərzində “Hizbullah”ın, az qala, bütün rəhbərliyi Dahiyədə həlak olub. O cümlədən, Nəsrullah...

Hazırladı: Yadigar Sadıqlı - PRESSKLUB.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Bu gün, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Bu gün, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Bu gün, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru