Dehli Rusiyadan neft, Amerikadan silah alır - GƏLİŞMƏ
Tarix: 28-02-2024, 10:09 | Çap et
Hindistanda aprel və may aylarında parlament seçkilər keçiriləcək. Hindistanın baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin beynəlxalq aləmdə mövqelərini gücləndirəcəyini vəd edib. Modi qələbəsinə əmindir. “Bharatiya Janata” Partiyası 2014-cü il seçkisindən bu yana hakimiyyətdədir. Bu patiya 542 nəfərlik parlamentdə 323 mandata sahibdir. Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığını davam etdirmək istəyir. Seçkinin aprel və may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabr aylarında müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisinsə qələbəsinə əmindirlər. Münhen Təhlükəsizlik Konfransında iştirak edən Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar “necə olur ki, Dehli Rusiyadan neft, eyni zamanda ABŞ-dan hərbi texnika alır” sualına belə cavab verib ki, bu ölkəsi üçün problem deyil. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib. Dehlinin Rusiyadan neft almasına baxmayaraq, Hindistan hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Donanma Baş Komandanı David Isom Hindistanın ABŞ və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını vurğulayıb. David Isom bildirib ki, Hindistan bu beynəlxalq ortaqlıqların qorunmasında həqiqətən mühüm rola malikdir. “Münasibətlər böyüməyə davam edir” deyən yüksək rütbəli amerikalı hərbçi ölkəsinin bölgədə Avstraliya ilə də əməkdaşlığını genişləndirdiyini bildirib. Bu arada, Avstraliya Hərbi Hava Qüvvələrinin rəisi hava marşalı Robert Çipman Hindistan-Avstraliya əlaqələrinin zamanla daha da güclənəcəyini vurğulayıb. O Hind-Sakit Okean haqqında danışarkən, bölgədə gərginlik artdığı üçün Çini çəkindirmənin təmin edilməsinin vacibliyini bildirib. Dehlinin önəm verdiyi digər istiqamət Avropadır. Hindistan və Avropa İttifaqı prioritetlər siyahısında birinci yerdə olan ticarət, turizm və müdafiə ilə əlaqələrini dərinləşdirib. Dehlidə keçirilən Raisina Sammitində çıxış edən Avropa İttifaqı Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino Hindistanla əlaqələri yüksək qiymətləndirib. Sannino bildirib ki, Dehlidəki görüş və müzakirələrin əsas məqsədi iki tərəfin əməkdaşlığını necə inkişaf etdirə və dərinləşdirə biləcəyini müəyyənləşdirməkdir. “Biz azad ticarət sazişi, Hindistan və Avropa İttifaqı arasında investisiya mübadiləsi və dəniz sektoru da daxil olmaqla bir sıra sahələr üzərində işləyirik” deyib Sannino. Avropalı diplomat həmçinin bildirib ki, Avropa İttifaqı üçün Rusiyanın Ukraynaya təcavüzü ekzistensial təhlükədir. “Rusiya postsovet məkanında təsirini bərpa etməyə çalışır” deyən Sannino Avropa Birliyinin Çinlə münasibətlərini idarə etmək üçün Brüsselin strategiyasının hazırlandığını xatırladıb: “Çin rəqibdir və Pekini iqtisadi layihələrdə siyasi müdaxilələrdən çəkindirməyə çalışırıq. Biz iqtisadiyyatımızda riskləri azaltmaq və Çindən asılılığını azaltmaq istəyirik”. Hindistan xarici siyasətlə yanaşı hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır. Buna misal olaraq Dehlinin Hindistanın silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar. “The Economic Times” qəzetinin məlumatına görə, bu sırada Hindistan Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü də daxildir.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30 |
|
|
|
• Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22 |
|
|
|
• İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14 |
|
|
|
• Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09 |
|
|
|
• Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06 |
|
|
|
• Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02 |
|
|
|
• Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50 |
|
|
|
• “Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42 |
|
|
|
• Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36 |
|
|
|
• Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33 |
|
|
|
• Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30 |
|
|
|
• Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26 |
|
|
|
• Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24 |
|
|
|
• Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23 |
|
|
|
• Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20 |
|
|
|
• Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18 |
|
|
|
• AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06 |
|
|
|
• Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00 |
|
|
|
• Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55 |
|
|
|
• AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50 |
|
|
|
• Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45 |
|
|
|
• Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32 |
|
|
|
• Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27 |
|
|
|
• “TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24 |
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
|