32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                     Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri .....                     “Sülh üçün konstitusiyamızı dəyişməliyik” .....                     Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR .....                     Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ .....                     Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib .....                     Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi .....                     Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq .....                     Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq .....                     Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb .....                     Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                 

Navalnının başına nə iş gəlib? – ARAŞDIRMA
Tarix: 21-02-2024, 00:59 | Çap et
Navalnının başına nə iş gəlib?
Rusiya hakimiyyəti siyasətçi Aleksey Navalnının həbsxanada öldüyünü elan etdi: guya gəzinti zamanı halı pisləşib. Son illər müxalifətçinin səhhətində ciddi problemlər vardı və bu, əsasən Rusiya hakimiyyətinin təqibləri ilə bağlı idi.

BBC Navalnının həbs düşərgələrində hansı şəraitdə saxlanılmasını və son illər səhhəti ilə baş verənləri xatırladır.

2017-ci ildə gözünü itirəcəkdi

Uzun siyasi karyerası ərzində ailəsi və silahdaşları Aleksey Navalnının tam sağlam olmasını dəfələrlə vurğulayıblar. Siyasətçi “həmişə öküz kimi sağlamdır”, qaçişla mütəmadi məşğul olur və heç vaxt alkoqola ifrat meyl salmır — silahdaşı Lyubov Sobol bir neçə il əvvəl təsvir edirdi.

Navalnının sağlamlığı bir neçə il KİV-in diqqət mərkəzində olub. Müxalifətçinin yaşadığı problemlər adətən son illər — hələ həbsə düşməmiş — Rusiyada məruz qaldığı təqiblərlə sıx bağlıdır.

Onun səhhətinə görə ilk ciddi əndişə 2017-ci ildə yarandı. Moskvada forumda çıxış edəndən sonra naməlum şəxs onun üzünə kimyəvi maddə — ehtimal ki, nə iləsə qarışdırılmış yaşıl məhlul (“zelyonka”) — səpdi. Həmin vaxt Aleksey növbəti il prezident seçkisində iştirak edəcəyini bildirmişdi.

O zaman Navalnı hücumda hakimiyyətyönlü SERB hərəkatının fəallarını ittiham etdi. Maye kimyəvi yanıq yaratdı, sağ göz xüsusilə xəsarət aldı; siyasətçi yazırdı ki, həkimlərin fikrincə, həmin göz görmə qabiliyyətini tam itirə bilər.

Navalnı müalicə üçün İspaniyaya getməli idi, amma xarici pasportu yox idi: daha əvvəl kəsilən şərti cəzaya görə bu Zəhərlənmə, aclıq, cərimə təcridxanası və müəmmalı ölüm… vermirdilər. Yalnız prezident yanında İnsan hüquqları şurasına müraciətdən sonra pasport verildi və o, Barselonaya uça bildi. Əməliyyat nəticəsində göz xilas edildi, amma görmə qabiliyyəti xeyli zəiflədi.

Həmin hücumdan iki il sonra Navalnı zəhərlənmə cəhdindən xəbər verdi. 2019-cu ildə Navalnını mitinq çağırışlarına görə bir aylıq həbs etmişdilər. Saxlanılandan dörd gün sonra onu təcili xəstəxanaya apardılar. Siyasətçinin dərisi qızarmış, üzü şişmişdi. Moskvalı həkimlər bunu allergiya ilə izah etdilər.

2020-ci ildə “Noviçok”la zəhərlədilər

Daha bir il sonra, 2020-ci ilin avqustunda Navalnı az qala öləcəkdi. O, Sibir səfərində idi, özünün “Ağıllı səsvermə” layihəsindən namizədləri dəstəkləməyə getmişdi. Olduğu sonuncu şəhər Tomsk idi. Avqustun 20-də oradan Moskvaya uçdu.

Havaya qalxandan dərhal sonra Navalnı özünü pis hiss etdi və tezliklə huşunu itirdi. Göyərtədə baş verənlərin videoçəkilişi mövcuddur, sərnişinlərdən biri çəkib, orada inilti eşidilir. Təyyarəni təcili Omskda endirdilər. Komada olan Navalnını birbaşa uçuş zolağından xəstəxanaya qaldırdılar. Həkimlər artıq o zaman toksik zəhərlənmədən şübhələndilər. Siyasətçini toksikoloji bölməyə yerləşdirərək, ağciyərlərin süni ventilyasiyası aparatına qoşdular.

Ancaq artıq ertəsi gün Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirdi ki, Navalnının analizlərində zəhər izinə rast gəlinməyib. İlkin diaqnoz olaraq “karbohidrat balansının pozulması”nı səsləndirdi, başqa sözlə, guya siyasətçi maddələr mübadiləsinin pozulması üzündən komaya düşüb.

Ailə və silahdaşları bu versiyaya inanmadılar. Onlar Navalnının müalicə üçün xaricə buraxılmasını istədilər. Alekseyi Omskdan Almaniyaya aparmaq üçün xüsusi təyyarə gəldi. Amma rus həkimlər xəstəni yerindən tərpətməyin mümkünsüz olduğunu əsas gətirərək, buraxmaqdan imtina edirdilər.

Axırda siyasətçinin arvadı icazə üçün şəxsən Vladimir Putinə müraciət etdi. Nəticədə avqustun 22-də, zəhərlənmədən iki gün sonra hələ də komada olan Navalnını Berlinin “Şarite” klinikasına gətirdilər.

Daha iki gün sonra alman həkimlər siyasətçinin zəhərləndiyini söylədilər. Onun analizlərində döyüş təyinatlı zəhərlərə aid olan xolinesteraza inqibitorları qrupuna aid maddələr tapıldı. Alman hərbi laboratoriyasında analizlərdən sonra, sentyabrın əvvəllərində bildirildi ki, söhbət “Noviçok” növünə aid maddədən gedir. Bu döyüş təyinatlı zəhər keçmiş QRU zabiti Sergey Skripalın və onun qızı Yuliyanın 2018-ci ilin yazında Solsberidə zəhərlənməsindən sonra məşhurlaşıb.

Kreml zəhərlənməyə aidiyyatını əvvəldən inkar edirdi, həm də nümunələrin və analizlərin nəticələrini istintaq üçün Rusiyaya verilməsini tələb edirdi. Amma faktla bağlı cinayət işi açılmadı.

Navalnının komadan çıxması iki həftədən çox çəkdi. Sentyabrın 22-də onu “Şarite”dən buraxdılar. O zaman həkimlər tam sağalmanın mümkün olduğunu bildirdilər, amma xəbərdarlıq etdilər ki, “ağır zəhərlənmənin uzunmüddətli fəsadlarına yalnız sonradan qiymət vermək olar”.

Navalnı ailəsi ilə bir neçə ay Almaniyada qaldı. O, hərəkət funksiyalarını bərpa etmək üşün mütəmadi fizioterapiyaya gedirdi.

“Bellingcat”, “Der Spiegel” və CNN-in 2020-ci ilin dekabrında açıqladıqları birgə araşdırmaya görə, Sibir səfəri zamanı Navalnını Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları izləyib. Siyasətçi özü isə həmin adamlardan biri, FSB-nin Kriminalistika institutundan hərbi kimyaçı Konstantin Kudryavtsev ilə telefon danışığını paylaşdı. Navalnı ona Rusiya Təhlükəsizlik şurası katibi köməkçisinin adı ilə zəng etmişdi. Danışıq zamanı Kudryavtsev müxalifətçinin xüsusi xidmət agentləri tərəfindən zəhərləndiyini faktiki təsdiqləyir. Onu özü isə, öz etirafına görə, Navalnının alt paltarından zəhərləyici maddənin izlərini təmizləyib.

Rusiya hakimiyyəti isə hadisəyə aidiyyatını inkar etməkdə davam edirdi. Vladimir Putin FSB-nin “berlinli pasiyent”i (Navalnını adı ilə yox, məhz belə adlandırdı) zəhərləməsi haqda araşdırmaları şərh edərkən bunu “Amerika xüsusi xidmətlərinin materiallarının leqallaşdırılması” adlandırdı. Əlavə də etdi ki, ABŞ dəstəyi üzündən onu xüsusi xidmətlər izləyir: “Amma bu, heç də o demək deyil ki, onu zəhərləmək lazımdır. Kimə lazımdır o? Lazım olsaydı, işi sona çatdırardılar”.

2021-ci ilin yanvarında Navalnı Rusiyaya qayıdacağını açıqladı: “Artıq bir neçə aydır etdiyim təmrinləri bu gün də edərkən anladım ki, demək olar, tam sağlamışam. Qalan şeyləri evdə sağaldaram. Bunu anlayanda hansı reyslər olduğuna baxmağa başladım”.

O, yanvarın 17-də Moskvada yerə endi. Bu, azadlıqda son günü idi: onu hava limanında dərhal saxladılar.

Həbsdə tibbi yardım olmadığına görə aclıq edirdi

Moskvaya qayıdan kimi Navalnını həbs düşərgəsinə göndərdilər – əvvəlcə “İv Roşe” işi üzrə şərti cəzanı dəyişdirdilər, daha sonra isə digər cinayət işləri əsasında müddətlər əlavə etdilər.

Siyasətçi həbsdə sağlamlığı ilə bağlı müxtəlif problemlər yaşayırdı. 2021-ci ilin yazında Vladimir vilayətindəki İK-2-yə (2 saylı İslah koloniyası) yenicə düşən Navalnıya normal yatmaq imkanı verilmirdi. Onu “qaçışa meylli” hesab etmişdilər və profilaktik qeydiyyata salmışdılar. Buna görə də düşərgənin əməkdaşı gecə hər saat onun üzünə işıq salır və dustağın yerində olması barədə ucadan hesabat verirdi.

Siyasətçi düşərgəni məhkəməyə vermişdi: “Mən qeydiyyatdan çıxarılmaq və normal yatmaq istəyirəm”.

2021-ci il martın sonlarında Aleksey yanına həkim buraxılmadığı üçün aclıq elan etdi. O, belindəki kəskin ağrılardan və ayağının keyləşməsindən şikayət edirdi. Amma vəkilin sözlərinə görə, tibbi hissədə siyasətçiyə iki ibuprofen həbi verilmişdi.

Navalnı bir neçə həftə aclıq etdi, vəziyyəti pisləşdi. Həkimlər onun ölə biləcəyini deyirdilər. Apreldə Navalnıya dəstək mitinqləri keçirildi, 30-dan çox həkim isə tibbi yardım göstərilməsini tələb edən açıq məktubu imzaladılar. Bundan sonra Navalnının yanına həkim buraxıldı.

Son illər cərimə təcridxanasından, demək olar, çıxmırdı

Navalnının mətbuat katibi Kira Yarmış fevralın 14-də, müxalifətçinin ölümündən iki gün əvvəl xatırladırdı ki, onu 27 dəfə cərimə təcridxanasına salıblar. Həbsi müddətində ümumən 308 gün CT-da keçirib.

Navalnını xırda qəbahətlərə görə CT-yə göndərirdilər: nəzarətçi ilə salamlaşmayıb, gödəkçəsinin yaxası açıq olub, icazəsiz vaxtda yuyunub, hasarı yumaqdan imtina edib, AİHM hökmünü sitat gətirib.

CT təkadamlıq kameradan ibarətdir, buraya şəxsi əşyalarını götürə və dükandan yeyəcək sifariş edə bilməsən. Aleksey CT-də xəstə vaxtı da olub: hərarətlə, titrətmə ilə, öskürəkli. CT-də gündüz uzanmaq olmaz, çarpayı divara qatlanır.

2023-cü ilin iyununa kimi BBC-nin Rusiya xidməti Navalnı və vəkillərinin Vladimirdə olduğu iki düşərgəyə qarşı ən azı 70 məhkəmə iddiasını sayıb. Məhkəmələr bu iddialardan heç birini təmin etməyib.

Navalnının hökmləri və düşərgələri

2013-cü il, israfçılıq haqda “Kirovles” işi üzrə 5 il şərti;

2014-cü il, fırıldaqçılıq haqda “İv Roşe” işi üzrə daha 3,5 il şərti, amma Almaniyadan qayıdan kimi şərti cəzanı real cəza ilə əvəzlədilər ki, sınaq müddətində qeydiyyatdan keçməyib və Navalnı Vladimir vilayətindəki İK-2-yə göndərildi;

2022-ci il, İkinci dünya müharibəsi veteranına böhtan atdığı üçün 850 min rubl cərimə;

İyul 2022-ci il, Vladimir vilayətindəki İK-6-ya köçürülür;

2023-cü il, ianələrin xərclənməsi və hakimi təhqir işi üzrə cəzanı ciddi rejimli düşərgədə çəkilməklə 9 il;

2023-cü il, ekstremist cəmiyyət yaratmağa görə cəzanı xüsusi rejimdə çəkilməklə 19 il;

2023-cü ilin dekabrında Yamaldakı İK-3-ə köçürülür.

2023-cü ilin yanvarında Navalnı CT-da ciddi xəstələndi. Onun yüksək hərarəti, titrəməsi və öskürəyi vardı. Dərman ötürmək istəyən vəkilinə icazə verilmədi. Xəstəxanaya da yerləşdirilmədi. O zaman Rusiya həkimləri Putinə açıq məktub yazaraq, dustaq müxalifətçi üzərində qeyri-insani rəftara son qoymağı tələb etdilər.

Yamaldakı yeni düşərgədə onu dörd dəfə CT-na göndərdilər. İki dəfə “özünü doğru təqdim etmədiyinə görə”. Silahdaşları deyir ki, İK əməkdaşlarının fikrincə, Navalnı “tərbiyə işinə reaksiya vermir, lazımi nəticələr çıxarmır”.

“Universal izahat”

Federal Cəzaların İcrası Xidməti (FSİN) Navalnının ölümünü fevralın 16-da gündüz xəbər verdi. “A. A. Navalnı gəzintidən sonra özünü pis hiss edib və dərhal huşunu itirib”, – idarədə bildiriblər.

FSİN-də əmin edirlər ki, düşərgənin həkimləri Navalnının yanına təcili gəliblər, eləcə də təcili yardım briqadası çağırıblar. “Həkimlər reanimasiya tədbirləri görüblər. Bu, yarım saatdan çox davam edib. Amma pasiyent vəfat edib”, – “İnterfaks”a yerli xəstəxanada belə deyiblər.

Təbliğatçı RT-nin mənbəsi Navalnıda guya trombun qopduğunu iddia edir. Kremldə isə belə informasiyaya malik olmadıqlarını deyirlər.

SOTAvision nəşri Navalnının bir gün əvvəl Vladimir vilayətindəki Kovrov məhkəməsi ilə əlaqəyə çıxan zaman çəkilən videosunu yayıb. Orada Navalnı sağlam görünür.

RT-nin qopmuş tromb haqqında versiyasına tibbi və hüquq-müdafiə cameəsində heç də hamı inanmadı. Keçmiş FSİN əməkdaşı, indi İctimai Nəzarət Komissiyasının üzvü Anna Karetnikova deyir ki, tromb – məhbusların ölümü zamanı həbsxana həkimlərinin istifadə etdikləri “universal izahat”dır.

Onun sözlərinə görə, “ağciyər arteriyasının trombemboliyası”nı sübut etmək çətindir, buna görə də ondan istifadə edirlər, çünki “kimdir araşdıran?”.

“Burada şərh edəcək heç nə yoxdur. Tromb təcili yardım işçilərinin standart diaqnozudur. Belə diaqnozu yarılmadan sonra da qoymaq çətindir. Əslində isə nə baş verib, bilinmir. İstənilən şeyi yazmaq olar”, – İsraildən anestezioloq Mixail Fremderman BBC-yə deyib.

2020-ci il zəhərlənməsindən sonra Navalnını müalicə edən həkim-reanimatoloq Aleksandr Polupan da tromb versiyasına şübhə ilə yanaşır. O, belə diaqnozun yalnız yarılmadan sonra qoyula biləcəyini deyir.

Jurnalist Dmitri Muratov bildirir ki, müxalifəçinin ölümü “CT-da sayca 27-ci müddətin nəticəsidir”. “Aleksey Navalnını üç il işgəncəyə və iztirablara məruz qoydular. Navalnının həkimi bədənin buna dözə bilməyəcəyini mənə demişdi”, – Muratov deyib.

Hüquq müdafiəçisi Yeva Merkaçova da Msk1-ə müsahibəsində Navalnının ölümünü CT-da olması ilə əlaqələndirib.

“CT-da çox ağır şərtlər mövcuddur… İnsan orada daha çox üşüyür, daha çox acır. Məhz buna görə qaydalar var ki, müəyyən sutkalardan çox adamı orada saxlamaq olmaz. Amma CT-na göndərməyin özünün məhdudiyyəti yoxdur. Yəni bir cəza müddəti bitir, adamı dəstəyə buraxırlar, dərhal da çağırıb deyirlər ki, yeni pozuntusu var və elə həmin gün də yenidən CT-na göndərirlər. Bu dəhşətdir, anlayırsınızmı?”, – Merkaçova deyib. Msk1 onun sözlərini az sonra silib.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru