Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                 

Xurafat eyni, siyasət fərqli… - Tehranın “Taliban” dərdi
Tarix: 13-08-2023, 06:50 | Çap et
Xurafat eyni, siyasət fərqli…
Əfqanıstandakı “Taliban” hökuməti ilə İrandakı rejim mahiyyət və davranış baxımından bir-birindən o qədər də fərqlənmir.

İranda teokratik rejim 44 ildən çoxdur mövcuddur. Çoxsaylı etirazlara və sanksiyalara baxmayaraq, bu rejim hərbi-polis qüvvələrinin, Rusiya və Çinin dəstəyi sayəsində mövcudluğunu saxlayır. Heç şübhəsiz, bura Avropa İttifaqı ölkələrinin İrandakı hakimiyyətə loyal münasibətinin də əlavə etmək olar.

“Taliban”ı isə Əfqanıstana ikinci dəfədir gətirirlər. Qeyd edək ki, birinci dəfə 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olublar. 2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror hadisəsindən sonra onları hakimiyyətdən qovdular. İkinci dəf isə 2021-ci il avqustun 15-də hökuməti ələ keçirdilər.

Elə zənn edilirdi ki, bu dəfə onlar daha mütərəqqi olacaqlar. Ancaq qadağaları və davranışları ilə dəyişmədikləri məlum olub. Bunu onların tətbiq etdikləri qadağalar da təsdiqləyir. “Taliban”ın qadınlara qarşı 30 maddəlik qadağaları Tehran hakimiyyətinin tətbiq etdiyi yasaqların az qala eynisidir. Məsələn, kollektiv təhlükəsizlik və həyatı vacib məsələlər baxımından Əfqanıstan İnqilabının Qadınlar Birliyi qadınlar üçün yasaqlanan məsələlərin siyahısını tərtib edib. “Taliban” iddia edir ki, qadınların təhlükəsizliyi üçün mühit yaratmağa cəhd göstərirlər. Həmin qadağalardan bəzilərini diqqətinizə çatdırmaqla, Tehran rejimi ilə uyğunluqlarını göstərmək istərdik: Qadınların ayağından tutmuş saçınadək heç bir yeri görünməməlidir;

Qadınlarla kişilər nəqliyyatda bir yerdə gedə bilməz;

Kişi həkim qadınları müalicə edə bilməz;

Qaydalara uyğun geyinməyən qadınları təhqir etmək olar;

İctimai yerdə topuğu açıq olan qadınlar əhalinin gözü qarşısında şallaqlanmalıdır;

Ər və ya digər yaxın kişi qohumu olmasa, onunla danışa və ya əl sıxa bilməzlər;

Qadının səsini başqa kişi eşitməməlidir, ona görə də onlara nəinki danışmaq, hətta ictimai yerlərdə gülmək də qadağandır;

Dabanlı ayaqqabı geyinmək qadağandır, çünki kişi qadının addımlarını eşitməməlidir;

Radioda, televiziyada, internetdə, ictimai yığıncaqlarda danışmaq olmaz;

Qızlar və qadınlar idman salonlarına və ya fitnes mərkəzlərinə gedə bilməzlər; Velosiped və ya motosiklet sürmək olmaz;

Parlaq rəngli paltarlar cinsi cəlbedici olduğundan onları geyinmək qadağandır; Coğrafi və digər adlarda “qadın” sözü olmamalıdır. Məsələn, Kabildəki “Qadınlar bağı”nın adı dəyişdirilərək, “Bahar bağı” adlandırılıb.

Hər iki rejimin tətbiq etdiyi qaydalara görə, yeni doğulan uşaqlara ancaq müsəlman adları verilə bilər. Qəzetlərdə və kitablarda qadınların fotoşəkillərini dərc etmək, eləcə də evdə və iş yerində onların portretlərini asmaq qəti qadağandır. “Taliban” musiqinin dinlənilməsini də yasaqlayıb. Musiqi alətlərini müsadirə edərək, yandırırlar. Bundan başqa, “hökumət” nümayəndələri avtomobillərdən maqnitofonları və flaş-kartları da yığışdırırlar. Qadınların rəqs etməsi, mahnı oxuması yasaqlara daxildir.

Bunlar İranda da qadağan olunan məsələlərdir. Düzdür, bəziləri ilə bağlı rejim göz yumur, ancaq təzyiq göstərmək üçün pozulan qaydalardan bəhanə kimi istifadə edir.

Ötən il sentyabrın 17-də İranda başlayıb, bu günədək davam edən etiraz aksiyaları Tehranın “Taliban”dan fərqlənmədiyini bir daha təsdiqlədi.

Bu qədər yaxın olan rejimin bir-biri ilə əlaqəsi və əməkdaşlığı çox aşağı səviyyədədir. İran hakimiyyəti “Taliban”ı hökumətə gələndə sərt qarşılamadı, hətta yardım əlini uzada biləcəyini belə vəd elədi.

Bu qədər yaxın olmalarına baxmayaraq, Tehranla “Taliban” bir-birindən bir o qədər uzaqdır. Onların yaxınlaşması və ya bir yerdə olması isə çox çətin məsələdir.

Bu ilin mayından Əfqanıstan-İran münasibətləri gərginləşib. “Taliban”ın İrana su verməməsi səbəbindən tərəflər arasında gərginlik daha da ağırlaşıb.

İmam Xomeyni adına İmdad Cəmiyyətinin Əfqanıstan ərazisində fəaliyyətinin qadağan edilməsi və ofisinin bağlanması tərəflər arasında münasibətlərin normallaşması, yaxınlaşması ilə bağlı yaxşı heç nə vəd etmir.

Yayılan məlumatlara əsasən, Komitənin Kabil, Məzari-Şərif və Heratdakı ofisləri bağlanıb. “Taliban” Tehranın Xomeyni komitəsinə Almaniya, Böyük Britaniya və Türkiyə şirkətləri ilə eyni mövqedən yanaşıb. Halbuki hər ikisi islamı “təmsil etdiklərindən” komitəyə münasibət fərqli ola bilərdi. Yaxud, xeyriyyəçi sayılan bu qurum elə fəaliyyət göstərərdi ki, “tələbələr” onu saxlayıb, o birilərini ölkədən çıxarardı.

Bu istiqamətdə də “Taliban”la Tehranın ulduzu barışmır.

Ehtimal etmək olar ki, İran rejimini təmsil edən bu qurum Əfqanıstanın, daha doğrusu, “Taliban”ın fəaliyyətinə mane olur, daxili işlərinə müdaxilə edir. O da istisna deyil ki, “tələbələr” ayrı-seçkilik etmədiyini digər xarici missiyalara göstərmək üçün təşkilatı ölkədən çıxarıb. O biriləri ilə İranın komitəsini müqayisə etmək istəmirik. Ancaq İmdad cəmiyyətinin Azərbaycandakı fəaliyyətindən xəbərdar olanlar onun məşğuliyyət sahəsini unutmayıblar.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub. Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib.

Ancaq sirr deyil ki, Xomeyni komitəsi Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmayıb. İranın Azərbaycandakı səfirliyi yanında mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onun başçısı da daxil olmaqla, İranın 4 diplomatının ölkədən qovulması Tehran rejiminin müsəlman ölkəsindəki fəaliyyətinin, yaxud mandata uyğun olmayan əməllərinin göstəricisi sayıla bilər. Bu baxımdan, ehtimal etmək olar ki, hətta “Taliban” belə Xomeyni komitəsinin fəaliyyətində Əfqanıstanın təhlükəsizliyinə zidd amillər aşkarlayıb Bu səbəbdən də onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Yeri gəlmişkən, Komitə Əfqanıstanda 18 il fəaliyyət göstərib. Yəni “Taliban” hökuməti birinci dəfə ələ keçirəndə də bu cəmiyyət ölkədə olmayıb.
Sədrəddin Soltan - Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Bu gün, 22:39
"İçim parça parçadır"
Bu gün, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru