Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                 

Casus qalmaqalı və Kremlə açıq mesaj: - “Əməllərinizə dözməyəcəyik artıq”
Tarix: 1-08-2023, 11:32 | Çap et
Casus qalmaqalı və Kremlə açıq mesaj:
Kişinyov Moldova Respublikasında akkreditə olunmuş rus diplomatlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib. Moldova hökuməti Rusiya səfirliyinin 45 əməkdaşını ölkədən çıxarıb.

Xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun sözlərinə görə, bu, ölkədə vəziyyətin sabitliyini pozmaq üçün daha az adamın hərəkətə keçdiyi vəziyyət yaratmaq məqsədilə edilib. O, həmçinin qeyd edib ki, Moldova uzun illər, hətta onilliklər ərzində Rusiyanın Kişinyovdakı səfirliyi də daxil olmaqla, Rusiyanın bir neçə fəaliyyətinin və kifayət qədər düşmənçilik siyasətinin hədəfinə çevrilib.

Moldovanın IPN xəbər agentliyinin məlumatına görə, Kişinyovun reaksiyası Rusiyanın Kişinyovdakı səfirliyinin damındakı antenaların və ötürücü qurğuların sayının ildən-ilə artdığına dair jurnalist araşdırmalarının dərcindən sonra olub. Bundan əlavə, orada davamlı olaraq görünən sirli insanların sayı da artır.

Səfirliyin damında hərəkət prezident, parlament seçkiləri və ya xarici nümayəndə heyətlərinin səfərləri öncəsi daha da aktivləşir. Bu, 1 iyun Avropa Siyasi Birliyinin sammiti ərəfəsində və hakerlərin hökumət şəbəkələrinə hücumundan sonra minlərlə məxfi sənədin hücumçuların əlinə keçdiyi vaxt da belə idi.

Jurnalistlər Rusiya səfirliyinin damında olan şəxslərin Angela Merkel, Emmanuel Makron və Hillari Klintonun elektron poçtlarını sındıran haker qrupları ilə yaxın əlaqələri olan Baş Kəşfiyyat İdarəsi (QRU) və Xarici Kəşfiyyat Xidmətinin (SVR) zabitləri olduğunü üzə çıxarıblar.

Rus diplomatlarının akkreditasiya sayının azaldılmasından danışan Popesku bu jurnalist araşdırmalarının da rol oynadığını vurğulayıb. Jurnalist araşdırmasından sonra Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Kişinyovun qərarını ikitərəfli münasibətlərin pozulmasına yönəlmiş daha bir addım adlandırıb və bunun “cavabsız qalmayacağını” bildirib.

Moldova hökumətinin sözçüsü Daniil Voda Rusiya diplomatlarının sayının 10-a, texniki işçilərin sayının isə 15-ə endiriləcəyini bildirib. KİV-in məlumatına görə, 22 diplomat və 23 texniki xidmət əməkdaşı Moldovanı tərk etməli olacaq.

Bütün bunlar nə deməkdir? Buna nə ad vermək olar? Avropa Birliyinə inteqrasiya kursunu açıq şəkildə elan etmiş Moldova hakimiyyətinin Moskvanın zəhlətökən diqqətindən öz paytaxtlarında qurtulmağa başlaması gec deyilmi?

DİA.AZ bildirir ki, baş verənləri AYNA-ya moldovalı politoloq, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andrievski şərh edib:

“Moldova uzun müddətdir ki, Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətindən narahatdır. Amma bu fəaliyyəti dayandırmaq üçün siyasi iradə yox idi. Söhbət təkcə texniki kəşfiyyatdan deyil, həm də Moldovanın müxtəlif regionlarında siyasi partiyalarla işləməkdən gedir.

Dnestryanı Ali Sovetin deputatı Andrey Safonov bu məsələ ilə bağlı çox açıq məlumat verdi. Rusiyanın Moldovadakı “Sputnik” agentliyinə müsahibəsində Rusiya səfirliyinin işçilərinin ixtisarı barədə danışarkən o deyib: “Aydındır ki, bu qərarın praktiki vəzifəsi Rusiyanın Moldovadakı səfirliyinin işini iflic etməkdir. Ona görə ki, o, nə pasport paylaya, nə Moldovanın özünün rusiyayönlü siyasətçiləri ilə işləyə, nə də Dnestryanı və Qaqauziyaya fiziki səfər edə biləcək”.

Sual olunur: əslində Rusiyanın Moldovadakı səfirliyi nə etməlidir? Məntiqlə Rusiya ilə Moldova arasında siyasi, iqtisadi, humanitar əlaqələr qurmalıdır. Amma yox. Sən demə, Rusiya pasportlarını verməli, rusiyayönümlü siyasətçilərlə işləməli, Qaqauziya və Dnestryanıya səfər etməlidir. Bütün bunlar nə üçündür? Yalnız bir cavab var: Moldovada vəziyyəti destabilizasiya etmək üçün.

Moldova bundan bezib. Casus qalmaqalı Kişinyovdan Moskvaya bir siqnaldır ki, hakimiyyət Rusiyanın Moldovanın daxili işlərinə qarışmasına daha dözməyəcək. Hakimiyyət Moldovada rusiyayönlü siyasi layihələrin maliyyələşdirilməsinə və informasiya dəstəyinə göz yummayacaq. Hakimiyyət Moskvanın Rusiya Qoşunlarının Dnestryanı Bölgədəki Əməliyyat Qrupunu Moldova ərazisindən çıxarmaq istəməməsinə cavab olaraq susmayacaq.

Hakimiyyət Rusiya Xarici İşlər Nazirliyinin MDB və digər problemlərlə bağlı mənəviyyat dərslərinə dözməyəcək. Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarının Moldova ərazisində fəaliyyətinə dözməyəcək. Casus qalmaqalı Kremlə açıq mesajdır. Belə səslənir: Moldova öz seçimini edib. Və bu seçimdə Rusiyaya yer yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru