`ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... .....                     Deputatlar bu tarixdə .....                     Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... .....                     ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... .....                     "Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                     "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: .....                     Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                 

Türkiyə siyasi tarixində həlledici mərhələ - Son söz vətəndaşda
Tarix: 6-01-2023, 10:45 | Çap et
Türkiyə siyasi tarixində həlledici mərhələ
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi ertələnə bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb.

O, bunu seçkilərin təyin edildiyi vaxtda əhalinin məzuniyyətdə olması ilə əlaqələndirib: “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”.

Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq: “Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Türkiyədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bunu istisna etmişdi: “Türkiyədə erkən seçkilər olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın”.

Türkiyədə hakim partiya səviyyəsində erkən seçkilər mövzusunun gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub. Müxalifət təmsilçiləri hesab edir ki, Türkiyədə növbəti devalvasiya gözlənilir və məhz bu səbəbdən “Cümhur İttifaqı” seçkiləri tezləşdirməyə çalışır.

DİA.AZ-ın məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya açıqlamasında deyib ki, Türkiyədə erkən seçkilər nəticələrə təsir etməyəcək: “Hakim partiya rəsmisi Ömər Çelikin seçkilərin erkən keçirilə biləcəyinə dair açıqlaması ciddi maraqla qarşılanıb. Müxalifət hesab edir ki, seçkilərin ertələnmə səbəbi “Cümhur İttifaqı”nın situasiyasını nəzarətə almaq niyyətindən qaynaqlanır. Lakin mən bu iddialarla razı deyiləm”.

“Əvvəla, bununla bağlı yekun qərar yoxdur. Digər tərəfdən, hətta belə bir qərar olsa belə, seçkilərin bir neçə ay irəli çəkilməsindən söhbət gedir. Bir neçə ay isə ciddi dəyişikliklərə gətirib çıxara bilməz. Bu mənada iyunda gözlənilən nəticələrin ondan bir neçə ay qabaq keçiriləcək seçkilərdə də təkrarlanacağı qənaətindəyəm. Belə bir qərarın olması əslində müxalifəti də narahat etməməlidir. Əgər onlar doğrudan da uğur qazanacaqlarına əmindirlərsə, seçkilərin hətta bu gün də keçirilməsinə hazır olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, seçkilərdə “Cümhur İttifaqı”nın qələbəsi qaçılmaz görünür: “Müxalifətin “Altılı masa”sı hələ vahid namizədini açıqlamayıb. Cümhuriyyət Xalq Partiyasının daxilində də vahid namizədlə bağlı yekdil qərar yoxdur. Təkcə bu partiyadan üç iddialı mövcuddur və onlardan heç biri geri çəkilmək niyyətində deyil. Müxalifət seçkilərə fəal hazırlaşdığını və birlikdə mübarizə aparacaqlarını bəyan etsə də, onların ciddi sosial elektoratı yoxdur. Görünən odur ki, Türkiyə seçiciləri bu seçkilərdə də mövcud iqtidara etimad göstərəcəklər”.

“Bu baxımdan qarşıdakı seçkilərin qalibinin “Cümhur İttifaqı”ndan olacağı qənaətindəyəm. Seçkilər yaxınlaşdıqca siyasi mübarizə artsa da, rəqabət çoxalsa da, nəticə Ərdoğan və komandasının xeyrinə olacaq. Sadəcə Türkiyənin müstəqil siyasət yürütməsi, ABŞ və Qərbin dediyi ilə oturub-durmaması, Rusiyaya qarşı embarqolara qoşulmaması Türkiyəni öz nəzarətində görmək istəyən qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə Ərdoğan iqtidarını devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Seçkiöncəsi beynəlxalq təzyiqlərin artacağı gözlənilir. Seçkilərin ertələnəməsi həm də beynəlxalq dairələrin Türkiyəni qarışdırmaq niyyətini önləmək üçün atılan bir addım ola bilər”, - deyə Sarı vurğulayıb.

Əlavə edib ki, Türkiyədə Ərdoğanla müxalifətin deyil, həm də onunla Qərbin arasında bir mübarizə gedir: “Hesab edirəm ki, Türkiyə bu seçkilərdə milli maraqları təmsil edən namizədə - Ərdoğana etimad göstərəcək. Bunun əksi olsa, Türkiyənin siyasi həyatında çox ciddi dəyişikliklər baş verəcək”.

DİA.AZ bildirir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə seçkilərin gərgin şəraitdə keçəcəyi qənaətindədir. Onun AYNA-ya dediyinə görə, kifayət qədər gərgin siyasi mübarizə gedəcək: “Müxalifət birləşmiş və vahid komanda halında seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğan daxildə ciddi elektorat itkisinə məruz qalıb. Digər yandan, bu seçkilərə beynəlxalq maraq həddindən artıq böyükdür. Türkiyənin müstəqil xarici siyasət yürütməsi Qərbi hərəkətə gətirib. Onlar bütün təzyiq imkanlarını işə salaraq, Ərdoğan və komandasının devrilməsinə çalışacaqlar”.

“Yəni, Ərdoğan bu gün təkcə müxalifətə, “Altılı masa”ya qarşı yox, ona qarşı olan Qərbə qarşı döyüşür. Lakin bütün hallarda seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir ölkədir və qardaş ölkənin seçiciləri özləri öz iqtidarını və parlamentini formalaşdıracaqlar”, - deyə müsahibimiz söyləyib.

Sabiq dövlət müşaviri seçkilərdə “Cümhur İttifaqı”nın qələbə qazanacağı qənaətindədir: “Bir daha söyləmək istəyirəm ki, seçkilər gərgin şəraitdə keçəcək. Nəticələr barədə qəti mülahizə yürütmək çətindir. İrəliləyən aylarda vəziyyət dəyişə də bilər. Yəqin ki, müxalifət də vahid namizədini açıqlayacaq”.

“Amma Türkiyə bu kimi vəziyyətlərdən dəfələrlə üzüağ çıxıb. Hesab edirəm ki, çətinliklə də olsa, seçkilərin qalibi Ərdoğan və komandası olacaq. Türkiyə seçicilərinin hakim siyasi bloka etimad göstərəcəyi ehtimalları daha yüksəkdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50
Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45
Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42
ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru