Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                 

İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da - NƏ BAŞ VERİR?
Tarix: 11-05-2022, 15:13 | Çap et
İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da
Ermənistanda 10 gündən çoxdur ki, Nikol Paşinyan hökumətinə itaətsizlik yürüşləri keçirilir. Aksiyaların əsas təşkilatçıları olan Ermənistan Parlamentinin "Şərəfim var" və "Ermənistan" müxalif fraksiyaları olsa da, yürüşlərə müxtəlif hərəkatlar, tələbələr qoşulurlar. Aksiyalarda əsas tələb Paşinyanın istefaya getməsidir. Müxalifət hesab edir ki, hazırkı hökumət Azərbaycanla sülh danışıqları aparmaqla Ermənistanın maraqlarını satır.

Paşinyan hakimiyyəti isə aksiyaların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edir, bir çox hallarda zorakılığa əl atılır. Paytaxt İrəvan küçələrində erməni polislə etirazçılar arasında mütəmadi toqquşmalar yaşanır. Eyni zamanda, yürüş iştirakçılarının həbsləri davam etməkdədir.

Ermənistanda baş verənlərlə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, fikir üstünlüyü Paşinyanın hakimiyyətini saxlaya biləcəyinə verilir. diaaz.space-ın məlumatına görə, politoloq Sədrəddin Soltan AYNA-ya bildirib ki, hazırda Ermənistanda müxalifətin varlığı belə şübhəlidir. Onun sözlərinə görə, bu gün Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir, ordusu dağılmış, cəmiyyəti parçalanmış durumdadır.

Analitik qeyd edib ki, İrəvan küçələrində bu gün baş verənlər ötən əsrin sonlarında baş verənlərin oxşarıdır: "1998-ci ildə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfəsində Xocalı cəlladı Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan bundan narazı oldular. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Ter-Petrosyanın istefasına nail ola bildilər. Köçəryan hakimiyyətə gəldi, ardınca da Sarkisyan və bu adamlar Qarabağla yanaşı, Ermənistanı da yağmaladılar. İndi yenidən həmin vəziyyətin baş verməsinə çalışırlar".

"Ermənistanda özünü müxalif adlandıran qüvvələr Azərbaycanla normallaşma proseslərinə mane olmağa çalışırlar. Belə haray-həşirlə guya danışıqlarda Ermənistan təmsilçilərinin əlini gücləndirdiklərini də zənn edirlər. Başqa sözlə, koçaryanlar normallaşma prosesini əngəlləmək, hökumət isə bu etirazlardan özünü gücləndirmək üçün istifadə edə bilər. Ancaq Ermənistandakı hadisələr 24 il əvvəlki ilə eynidir, - S.Soltan vurğulayıb.

Politoloq bu aksiyalarda xarici qüvvələrin maraqlı olduğunu istisna etməyib. Onun sözlərinə görə, proseslər eyni ssenari ilə həyata keçirilir: "1998-ci ilin fevralında Köçəryanı xaricdən dəstəkləyənlər yenə də baş roldadır. Baxın, aksiyaları işıqlandırmaq üçün Rusiyanın aparıcı, rəsmi informasiya vasitələri daha çox canfəşanlıq göstərirlər. Onların informasiya və şərhlərini izləyən hadisələrdən xəbərsizlərdə də elə təəssürat yaranır ki, bu qüvvələr Ermənistan və ermənilərin yolunda ən fədakar insanlardır. Əslində isə məqsəd Paşinyanı devirib yerinə "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanesyanı gətirməkdir. Necə ki, vaxtilə Ter-Petrosyanı devirib yerinə Rusiyanın regionda əsas adamı sayılan, Putinin dostu Köçəryanı gətirdilər. İndi də məqsəd Paşinyanı istefaya göndərib yerinə Rusiya FTX-sinin məzunu olmuş Vanesyanı gətirməkdir. 24 il əvvəldə olduğu kimi, dalğa da eynidir, koordinat da".

"Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma prosesinə təkbaşına nəzarəti ələ keçirmək istəyir. Fikir verin, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub. Rəsmi İrəvan xarici siyasi kursunun Qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu, Rusiyanın xoşuna gəlmir. Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənub Qafqazda fəaliyyətinin, təsirinin azalmasına yönəlmiş hadisədir. Ona görə də erməni müxalifləri rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır", - deyə analitik vurğulayıb.

Politoloq İlyas Hüseynov da hesab edir ki, Paşinyana etimadsızlıq aksiyalarının artmasında kənar qüvvələrin rolu var. Analitikin sözlərinə görə, sülh danışıqlarının kövrək olmasından erməni müxalifəti də, maraqlı xarici qüvvələr də istifadə etməyə cəhd edirlər: "Sülhə doğru addımlar atılan kimi Ermənistanda vəziyyət gərginləşir. Paşinyandan öncəki iqtidarlar da bu yoldan istifadə edirdilər".

"Hazırkı prosesləri ötən ilin fevral-mart ayları ilə müqayisə etdikdə deyə bilərik ki, Paşinyan tərəfdarlarını yenidən ətrafında toplaya biləcək. Nikol bununla mövcud Ermənistan hakimiyyətinin tərəfdarlarının daha çox olmasına və erməni xalqı tərəfindən dəstəklənməsinə vurğu edəcək. Bu, Ermənistanın "demokratiya" imici üçün də vacibdir. Bütövlükdə, cərəyan edən prosesləri Paşinyanın tarazlaya bildiyini görürük", - politoloq qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru