AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                 

“Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar” - Ekspert danışır
Tarix: 9-05-2022, 10:38 | Çap et
 “Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar”
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və yenidən azad ölkəyə çevriləcəyini deyib. O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışı zamanı bəyan edib.

“Ukrayna Putinin yenilməz olması haqqında mifə son qoydu və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf etdi. Hazırda ukraynalılar XXI əsrin ən böyük qəhramanlıq salnaməsini yazırlar və Putinin tarixi səhvini ifşa edirlər”, - deyə o bildirib.

Bu arada məlumatlar yayılıb ki, Rusiya Ukraynada faktiki məğlubiyyətə uğrayıb və bu səbəbdən geri çəkilmək üçün məqam gözləyir. Məlumata görə, Kreml hazırda minimum itkilərlə Ukraynaya təcavüzü kompensasiya etməyə çalışır. diaaz.space xəbər verir ki, AYNA mövzu ətrafında Fransada yaşayan bloger-jurnalist Elnur Məcidli ilə həmsöhbət olub.

- Ukrayna böhranı dünya gündəmini məşğul edən əsas mövzudur. İddialar var ki, Rusiya Ukraynada strateji məğlubiyyətə uğrayıb. Bu haqda hansı qənaətdəsiniz?

- Hələ bir neçə il öncə belə bir müharibənin olacağını anons etmişdim. Hələ o zaman demişdim ki, Putin bu müharibəyə uzun müddətdir hazırlaşır. 2014-cü ildə Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalından sonra Moskvanın Ukraynaya təcavüz edəcəyi məlum idi. Sadəcə koronavirus pandemiyası, o cümlədən Qarabağ müharibəsi və digər səbəblər bu münaqişəni bir qədər yubatdı. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət Moskvanı xəbərdar edir, belə bir səhvə yol verməməyə çağırırdı, Putin işğalçı xislətindən əl çəkmədi. Nəticədə faktiki olaraq məğlub duruma düşmüş oldu.

Rus ordusunun paytaxt Kiyevdən çəkilməsi müharibənin birinci mərhələsinin başa çatması və Moskvanın məğlubiyyəti kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə Rusiya israrını davam etdirsə də, ciddi nəticələrə nail ola bilmir. Əksinə, sərt sanksiyalarla üzləşərək, ciddi iqtisadi problemlərlə qarşılaşıb. May ayının əvvəlindən etibarən sanksiyaların ciddi təsirləri müşahidə olunmağa başlayıb.

Nəzərə alanda ki, həm Rusiya, həm də Ukrayna eyni kökdən olan xalqlardır, bu döyuşü Çaldıran döyüşünə bənzətmək olar. 1500-cü illərdə səfəvilərlə osmanlıların etdiyi səhvi bu gün Rusiya təkrar edir. Bu müharibənin fəsadları illərlə davam edəcək və Rusiya bu itkilərdən yayına bilməyəcək. Qərbin Ukraynaya vahid şəkildə dəstək nümayiş etdirməsi Moskva üçün gözlənilməz oldu və məğlubiyyətini şərtləndirən başlıca amillərdən biridir. Putin strateji səhvə yol verdi və nəticələri ilə qatlaşmalı olacaq.

- Baydenin “demokratiya-avtoritarizm döyüşü” adlandırdığı bu müharibədə ABŞ hara qədər israrlı olacaq?

- Heç bir inkişaf etmiş ölkə - istər Qərb, istər Çin, istərsə də digərləri olsun - Rusiyanı bu bataqlıqdan xilas etməkdə maraqlı deyil. Çünki onların hər birinin siyasi və qlobal maraqları var və hər kəs məsələyə öz maraqları kontekstindən yanaşır. Moskvanın son illərdə nümayiş etdirdiyi hərbi aqressiya kifayət qədər narahatedici məqam idi. Hesab edirəm ki, Qərbin dəstəyi nəticəsində bu müharibə davam edəcək və Ukrayna geri çəkilməyəcək. Artıq Kremldə də başa düşürlər ki, nəzərdə tutduqları məqsədlərə nail ola bilmədilər və bu müharibəni uduzublar. Sadəcə Putin öz reputasiyasını qorumaq üçün hərbi müdaxiləni davam etdirir.

- Münaqişənin əhatə dairəsi böyüyə, digər ölkələri də təsir dairəsinə ala bilərmi? Misal üçün, Finlandiya, Polşa, İsveç və sair...

- Finlandiya tərəfindən yeni cəbhənin açılması ehtimalı hər zaman öz aktuallığını qoruyur. Bəziləri bunun baş verməyəcəyini söyləsələr də, heç bir halda bu faktoru nəzərdən qaçırmaq olmaz. Hazırda Rusiyaya qarşı yönələn beynəlxalq koalisiya fəaliyyətdədir. Onlar vahid və koordinasiyalı qərar və addımlarla Rusiyadan gözlənilən təhlükələri neytrallaşdırmağa çalışırlar. Finlandiyanın NATO-ya üzv olacağı variantı da bu xüsusda istisna olunmur. Rusiya özünə müttəfiqlər tapa bilmir və növbəti cəbhə açması inandırıcı görünmür. Bir daha qeyd edim ki, Moskva artıq məğlub duruma düşdüyünün fərqindədir. Belə bir şəraitdə isə növbəti ölkələrə təcavüz cəhdləri inandırıcı görünmür. Bu, onun intiharı olardı.

- Putinin SSRİ-ni yeni formada bərpa etmək niyyətində olduğu və məhz bunun qarşısını almaq üçün Qərbin hərəkətə keçdiyini söyləyənlər var. Haqlıdırlarmı?

- Putinin Rusiya dövlətçiliyinin, imperiya ənənələrinin davam etdirilməsində maraqlı olduğunu nəzərə alsaq, bu zaman onun hər hansı formada SRRİ-ni yenidən bərpa etmək niyyətinin olması təbiidir. Digər yandan bu il SSRİ-nin yaranmasının üzərindən 100 il ötür. Simvolik əhəmiyyət kəsb edən bir ildə Putin çox istəyirdi ki, imperiyanı hansısa formada yenidən bərpa etsin. O, simvolik rəqəmlərə qarşı çox həssasdır. Mövcud şəraitdə isə artıq bu cəhdlər mənasızdır. Qazaxıstanda başlanan proses Putinin əminliyini artırsa da, Ukraynada onun arzuları suya düşdü. Ukraynasız imperiya cəhdi süquta məhkumdur və Ukraynadakı məğlubiyyəti ilə Putin imperiya maraqlarından əl çəkməli olacaq. Beynəlxalq birlik heç bir halda bunun baş tutmasına imkan verməyəcək.

- Mövzudan bir qədər kənara çıxaq. Fransadakı son prezident seçkilərindən sonra bu ölkənin Azərbaycana qarşı siyasətində hər hansı dəyişiklik gözlənilirmi?

- Fransa ilə Azərbaycan arasında mədəni, siyasi və tarixi əlaqələr mövcuddur. Təbii ki, bu əlaqələrdən narahat olan qüvvələr var. Bu qüvvələrin içərisində isə Rusiyanı və onun ölkəmizdəki dayaqlarını xüsusi qeyd etmək olar. Müharibə dövründə erməni lobbisinin səyləri nəticəsində arada müəyyən soyuqluqlar yaransa da, münasibətlər yenidən bərpa olunmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu gün Fransada kifayət qədər azərbaycanlı yaşayır və onların koordinasiyalı fəaliyyətinə, diaspor quruculuğu istiqamətində fəaliyyətlərinin genişlənməsinə xüsusi ehtiyac var.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Rusiyanın təsir dairəsindən çıxaraq, həm də Avropa İttifaqı çərçivəsində davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Düşünürəm ki, Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. Bu mənada hər hansı bir narahatlığa əsas görmürəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru