Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                     Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... .....                     Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? .....                     Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib .....                     “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” .....                     Tramp-Putin görüşü HARDA OLACAQ? .....                     Paşinyan yaxın zamanda istefa verəcək .....                     Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi .....                     Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: .....                     Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib .....                     Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard .....                 

Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır
Tarix: 25-03-2017, 08:33 | Çap et
Türkiyə ilə Rusiya arasında gərginlik yenidən alovlanır
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, 2016-cı ilin may ayında Suriyadakı ABŞ Xüsusi Qüvvələri əsgərlərinin qollarında kürd Xalq Müdafiə Birlikləri və ya YPG-nin nişanları görünəndə Ankara buna hiddətlə reaksiya vermişdi.

“Hürriyet” yazır ki, ötən həftə YPG-nin emblemi artıq Suriyanın şimalındakı Afrin şəhərinə yeridilmiş Rusiya əsgərlərinin qollarında görünüb.

Bu ərazi Türkiyə sərhədinə olduqca yaxındır və Ruisya özünün “atəşkəsin monitorinqi stansiyasını” məhz burada, kürd qüvvələri ilə Türkiyənin dəstəklədiyi gücləri ayıran cəbhə xəttində qurublar.

“Hürriyet” qəzetinin müəllifi hesab edir ki, indiki vəziyyət faktiki olaraq Türkiyəyə “Rusiya əsgərlərini vurmaq riskinə girmək istəmirsinizsə, YPG-yə qarşı heç nə etməməlisiniz” deməkdir.

Qəzet vurğulayır ki, üstəlik sanki prezident “Recep Tayyip Erdoğanın və hakim Ədalət və İnkişaf Partiyası – AKP-nin yarasına duz basırmış kimi” Rusiya əsgərlərinin YPG qol nişanları ilə göründüyü gün, martın 22-də Pentaqon Raqqa yaxınlığında İŞİD-in arxasına paraşütlə Suriya Demokratik Qüvvələrinin döyüşçülərini atdığını bəyan edib.

Bu da xəbər verilir ki, amerikalılar bu desant dəstəsini havadan helikopterlərlə, yerdən isə artilleriya ilə dəstəkləyiblər.

“Hürriyet” yazır ki, Pentaqon bunun “Suriya ərəb qüvvələri” olduğunu desə də, kürd YPG əsgərləri paraşütçü forması geyindikləri şəkilləri sosial mediada paylaşıblar.

Qəzetin yazdığına görə senator John McCain martın 22-də deyib ki, Trump administrasiyası dilemma qarşısındadır. ABŞ qüvvələri üçün son üç ildə müttəfiqlik etdikləri YPG qüvvələri olmadan Raqqa əməliyyatını həyata keçirmək çox çətin olardı.

Senator deyib ki, hadisələrin belə inkişaflı ABŞ-ın NATO müttəfiqi Türkiyəni ciddi şəkildə narazı salacaq.

Hürriyet işarə edir ki, bu, prezident Erdoğanın böyük ümidlər bəslədiyi 16 aprel referendumu ərəfəsində o qədər də yaxşı xəbər deyil.

Lakin indi vəziyyət Erdoğan üçün daha da qəlizləşib.

TRT xəbər verib ki, YPG kürdlərinin nəzarətində olan Afrin ərazisindən snayper atəşləri nəticəsində sərhədin Türkiyə tayındakı Hatay məntəqəsində bir əsgər həlak olub.

Türkiyə bilidirir ki, martin 23-də bu hadisə baş verərkən Rusiya əsgərləri artıq Afrində idilər və snayper güllələri faktiki olaraq onların başı üstündən atılıb.

Bu hadisə ilə əlaqədar Türkiyə Rusiyanın Ankaradakı səfir əvəzini Xarici İşlər Nazirliyinə dəvət edib.

Səfir əvəzinə xəbərdarlıq edilib ki, YPG tərəfindən bir daha belə hücumlara yol verilərsə, Türkiyə cavab verməli olacaq.

Rusiya əsgərləri və Suriyadakı kürd qüvvələrin birgə Novruzu

Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu martın 23-də bəyan edib ki, Türkiyə “onun üçün həssas olan məsələlərdə Rusiyadan ehtiram gözləyir”.

Müftüoğlu qollarında YPG nişanları olan Rusiya əsgərlərinin sosial mediada yayılan şəkillərini“xoşagəlməz” hal adlandırıb.

Sözçü habelə bildirib ki, Türkiyə Rusiyanı Süriya kürdlərinin Moskvadakı nümayəndəliyini bağlamağa çağırıb.

Müftüoğlu bunu da vurğulayıb ki, Ankara ABŞ-ın dəstəklədiyi kürd YPG qüvvələrinin İŞİD-in Raqqadan çıxarılması üçün hər hansı əməliyyatda iştirakını yolverilməz hesab edir.

Newsweek məcmuəsi YPG kürd qüvvələrinin və Rusiya əsgərlərinin Afrində birgə çəkdirdikləri fotoları göstərən tvitləri dərc edib.

YPG-lilərin paylaşdıqları düşünülən bu fotolarda onların Rusiya əsgərləri ilə birlikdə Novruz bayramını qeyd etdikləri əks olunur. Bu fotoların çəkilmə tarixi martın 21-i göstərilir.

Newsweek yazır ki, martın əvvəllərində Moskva Suriyanın hökumət qoşunları ilə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında sülh sazişinin vasitəçiliyini edib. SDQ birləşmələrinin özəyini isə kürdlərin YPG birliyi təşkil edir.

Məqalədə deyilir ki, bu saziş, əslində Türkiyə qoşunlarının Mənbic şəhərini ələ keçirmək planlarını iflasa uğradıb.

Bundan əvvəl YPG qüvvələri Qərb mediasına bildirmişdilər ki, təşkilatın rəhbərliyi ilə Suriyadakı Rusiya qoşunlarının komandanlığı arasında da saziş imzalanıb.

Onlar deyirdilər ki, bu sazişə əsasən Afrində hərbi baza yaradan ruslar burada kürd qüvvələrinə təlim keçəcəklər.

Rusiyanın Müdafiə Nazirliyi bu xəbərlərə “düzəliş” edərək bildirmişdi ki, söhbət hərbi bazadan yox, “barışıq məntəqəsindən” gedir. Amma Moskva kürd qüvvələrə təlim verilməsini təkzib etməmişdi.

Suriya kürd qüvvələri Türkiyənin narahatlıqlarına hələki heç bir reaksiya verməyiblər.

Qərb mediası, ümumilikdə Rusiya və Türkiyə arasında çox ciddi ixtilafın başlandığından yazır.

Elə Rusiya mediası da bunu gizlətmir.

“Təmkinli” Putin, “çılğın” Erdoğan

“Moskovski Komsomolets” qəzeti yazır ki, “Rusiya və Türkiyə yenə də dava-dalaşın kandarındadırlar”.

Məqalədə deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyində Rusiya diplomatlarının məzəmmət edilməsi buna misaldır və əslində, Moskvada Suriyaya dair son danışıqlar da əvvəlki qədər uğurlu olmayıb.

Qəzet yazır ki, “təmkinli” Putindən fərqli olaraq, Erdoğan hər an “partlaya” bilər.

Məqalədə bu da xəbər verilir ki, Ankara ilhaq edilmiş Krımla İstanbul arasındakı bərə nəqliyyatını birtərəfli şəkildə ləğv edib.

Artıq martın ortalarından Sevastopol, Kerç, Yalta, Feodosiya və Yevpatoriyadan gələn gəmilərə nəinki Türkiyə limanlarına daxil olmaq, hətta bu orada yanacaq doldurmaq da qadağan olunub.

Erdoğan tərəfindən Rusiyaya qarşı daha bir xoşagəlməz addım martın 15-də Astanada atılıb.

Burada Rusiyanın egidası altında keçirilən Suriya sülh danışıqlarına ilk dəfə olaraq Suriya müxalifətinin nümayəndələri gəlməyiblər. Onların Astana danışıqlarında iştirakını Ankara təmin edirdi.

Qəzet yazır ki, Erdoğan Putinin Suriya sülh planını faktiki olaraq iflasa uğratdırıb.

“Moskovski Komsomolets” həm də iki ölkə arasında son günlər baş qaldırmış “taxıl qalmaqalından” yazır.

Məqalədə deyilir ki, Türkiyə qəflətən Rusiya taxılını almaqdan imtina edib. Bundan əvvəl Türkiyə taxıl idxalına 130 faizlik rüsum qoyub. Türkiyə habelə Rusiya qarğıdalısından da imtina edib.

Moskva bu addımı yeni mövsümün başlanğıcı üçün pis xəbər adlandırır. Türkiyə Rusiya taxılının ikinci ən böyük idxalçısıdır.

“Moskovski Komsomolets” yazır ki, ölkələr arasındakı münasibətlər qarşılıqlı maraqlar yox, liderlərin münasibətləri üzərində qurulursa, belə əməkdaşlığın proqnozunu vermək asan deyil. Belə olduqda ən xırda hadisə bu münasibətlərin pozulmasına səbəb ola bilər.

Pomidor-xiyar, yoxsa geosiyasət

Qəzet yazır ki, hələlik prezident Vladimir Putin iki ölkə arasında baş verənləri sankı görməməzliyə vurur. Amma gələcək tonqalın odunları artıq qalaqlanıb.

Bu da qeyd olunmalıdır ki, Erdoğana hədsiz səlahiyyətlər verəcək 16 aprel referendumunun ərəfəsində Erdoğan da “xoşagəlməz” insidentləri qabartmır.

Məsələn, Britaniyanın ticarət daşımalarından yazan Rwfreight saytı bildirir ki, Türkiyə Rusiyadan taxıl idxalını qadağan etmədiyini bəyan edib, lakin bu idxal tamamilə dayana bilər.

Türkiyənin ticarət naziri Nihat Zeybekci deyib ki, sadəcə olaraq Türkiyə şirkətləri Rusiyadan taxıl, qarğıdalı və günəbaxan yağı almaq istəmirlər.

Sayt bunu da bildirir ki, Rusiya, Türkiyə hökumətinin ötən həftə dərc etdiyi rüsumsuz idxal lisenziyası siyahısına daxil edilməyib.

“Financial Times” qəzeti isə yazır ki, heç Rusiya da hələlik Türkiyə tərəvəzinin idxalına qoyulmuş qadağanı əməldə aradan qaldırmayıb.

Türkiyə biznesmenlərinin Rusiyaya səfərləri də problemli olaraq qalır.

Türkiyənin Rusiya taxılına qoyduğu yazılmamış qadağana gəlincə isə, Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç martın 23-də bəyan edib ki, bu, iki ölkə arasında əməkdaşlığın bərpasını ciddi şəkildə əngəlləyə bilər.

Lakin siyasi təhlilçilər Moskva və Ankara arasındakı münasibətlərin əngəllənməsi səbəbini taxıl və ya pomidor-xiyar idxalında yox, konkret olaraq kürd məsələsində görürlər.

Bir sıra Qərb şərhçiləri bildirirlər ki, hazırda Suriya kürdləri məsələsində Vaşinqton və Moskva arasında “çox nadir həmrəylik” yaranıb və belə bir şəraitdə Suriyada hər hansı bir formada kürd muxtariyyətinin yaranacağı o qədər də uzaq perspektiv kimi görünmür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq! - NƏ BAŞ VERİR?
Bu gün, 11:54
Vasif Talıbov üçün özəl gün: - General oğlu fotolarını paylaşdı
Bu gün, 11:51
Polis Sənan Əsədzadə ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:48
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur... - "Gündüzlər nisbətən istilik olsa da..."
Bu gün, 11:46
Yeni supernazirlik gerçəyə çevrilir - zərurət və gözlənti
Bu gün, 11:42
Tramp seçilməsəydi, mühakimə olunacaqdı - HESABAT
Bu gün, 11:40
Azərbaycan nəqli sabah bərpa edəcək - Bolqarıstan
Bu gün, 10:41
Gəncəyə yönləndirilən sərnişinlər üçün XÜSUSİ REYS - AÇIQLAMA
Bu gün, 10:39
Suriyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri gözlənilir - "TRT HABER"
Bu gün, 10:37
Petrosyanla Paşinyanın dostluğu niyə pozuldu? - “İravunk”
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru