Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş prezident Levon Ter-Petrosyanla əlaqələrinin gərginləşməsinin səbəbi ikincinin müavininin “xidmətləridir”.
Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” yazır.
“80 yaşı tamam olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan səhhətinə görə özünü siyasi proseslərdən tamamilə kənarlaşdırıb.
Nikol Paşinyanla Ermənistan Milli Konqresi Partiyası arasında münasibətlərin az qala savaş xarakteri daşımasının səbəbi də budur ki, Ter-Petrosyan bəzən Paşinyanın bu və ya digər addımlarına loyal olubsa, Levon Zurabyan daha sərtdir.
Nikol Paşinyan və Levon Zurabyan arasında uzun müddətdir bir-birlərinə qarşı çox ciddi şəxsi ədavət var. Üstəlik, Paşinyan Ermənistan Milli Konqresinin öz kreslosunu saxlatmaq üçün Qərblə əlaqələrindən istifadə edə biləcəyindən çəkinir”, - məlumatda deyilir.
Xatırladaq ki, Levon Zurabyan Petrosyanın rəhbəri olduğu Ermənistan Milli Konqresi Partiyası sədrinin müavinidir. Ölkənin birinci prezidenti Paşinyan çevrilişlə hakimiyyətə gələrkən onu dəstəkləsə də, tərəflər arasında əlaqələr son illərdə gərginləşib.