"TƏZƏ BAZAR" ƏTRAFINDA QALMAQALLI OLAY
Tarix: 5-12-2013, 11:04 | Çap et
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, «Təzə Bazar» adı ilə tanınan alış-veriş mərkəzində çalışan bir qrup şəxs bazar rəhbərliyindən aidiyyəti orqanlara şikayət ünvanlayıb. Belə ki, məsələ ilə bağlı «Gündəlik Bakı» qəzetinə edilən müraciətdə deyilir ki, «Təzə Bazar» MMC-nin direktoru Məmmədağa İbrahimov 100-ə yaxın kiçik sahibkarı aldadıb, onların adlarına mağaza veriləcək bəhanəsilə kiçik sahibkarlara boş ağ kağızlara, yəni müqavilələrə imza atdıraraq böyük məbləğdə pullarını mənimsəyib.
Bununla əlaqədar sahibkarlar Azərbaycan Respublikasının baş prokuroru, cənab Zakir Qaralova müraciət ünvanlayıblar. Müraciətdə deyilir: «Hörmətli cənab baş prokuror, nəzərinizə çatdıraq ki, bizim fəaliyyət göstərdiyimiz bazarda «Təzə Bazar» MMC-nin rəhbəri Məmmədağa İbrahimov tikdiyi mağazalarla bağlı bizə boş müqavilələrə qol çəkdirib. Bildirib ki, bu müqavilələr bizim tərəfimizdən doldurulacaq və gələcəkdə sənədləşmə işində sizə təqdim ediləcək. Uzun müddət gözləməyimizə baxmayaraq, alınan pulların müqabilində bizə heç bir sənəd verilmir, yalan vədlərdən başqa heç nə görmürük. Belə çıxır ki, ödədiyimiz pulların müqabilində bizə heç nə çatmayacaq. Sonradan məlum olub ki, bu pulların heç bir hüquqi təyinatı yoxdur və bizim ödədiyimiz pulların, yeni mağazalar alacağımızla bağlı heç bir sənəd ortada olmayacaq. Daha sonra Məmmədağa İbrahimova müraciət edəndə ki, bizim məsələ ilə bağlı pullarımızı geri qaytarın, yaxud da bizə bu haqda bir sənəd verin. Onda bildirdi ki, mən sənəd verən orqan deyiləm. Bazar açmışıq gedin işlədin. Dərhal biz sahibkarlarla toplaşaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdik». Budur, artıq ölkənin baş prokuroru, cənab Zakir Qaralova ünvanlanmış müraciət öz təsirini göstərib. Belə ki, ötən gün «Təzə Bazar» MMC-nin direktoru Məmmədağa İbrahimovun əməllərindən şikayətçi olan kiçik sahibkarları Baş Prokurorluqda yetkili şəxslər qəbul edib, onların problemlərilə maraqlanıblar. Odur ki, məsələ ilə əlaqədar ətraflı məlumat almaq məqsədilə zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Rüstəm Zülfüqarovla əlaqə saxladıq.
«Mən iki nəfərin - Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlunun vəkiliyəm. Onlar zərərçəkmiş şəxs olduqlarına görə, qanunda vəkil yox, nümayəndə gedir. Bu şəxslər sahibkarlardır. Onlar «Təzə Bazar» MMC-də kommersiya fəaliyyətilə məşğul olurlar» deyən Rüstəm Zülfüqarov adıçəkilən bazarda ticarətlə məşğul olan 74 nəfər şəxsin Nəsimi Rayon Prokurorluğuna MMC-nin rəhbəri Məmmədağa İbrahimovun qanunsuz hərəkətlərilə bağlı şikayət ünvanladıqlarını bildirdi: «Həmin 74 nəfər sahibkar şikayətlərini belə əsaslandırırlar ki, «Təzə Bazar» MMC-nin direktoru İbrahimov Məmmədağa Əlmürsəl oğlu uzun müddətdir ki, onlara boş müqavilə blanklarına imza atdırır. Lakin onlardan çox miqdarda pul alır, rəsmiləşdirmədə isə məbləğ az göstərilir. Bu məsələ sahibkarlara bu yaxınlarda məlum olub və bununla əlaqədar Nəsimi Rayon Prokurorluğuna müraciət ediblər. Həmin şəxslərdən 15-20 nəfərindən prokurorluğun müstəntiqi izahat alıb. Sonradan müəmmalı şəkildə işi Bakı Şəhər Prokurorluğuna yönəldiblər. Bizdə olan məlumata görə, Bakı Şəhər Prokurorluğu da işi Baş Prokurorluğa göndərib. Bu gün (dünən-red.) isə hüquqlarını müdafiə etdiyim Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlunu Baş Prokurorluğun nümayəndələri qəbul etdilər. Əslində, şikayətçilərin sayı çox idi. Lakin həmin iki nəfəri Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov və Nəsimi rayonuna nəzarət edən zona prokuroru qəbul edib. Görüş zamanı hüquqlarını müdafiə etdiyim sahibkarlar izah etdilər ki, 2004-cü ildən bəri onlardan alınmış əlavə pulların geri qaytarılması ilə bağlı Məmmədağa İbrahimova dəfələrlə müraciət etsələr də, o, bildirib ki, mənim adamım da var, pulum da çoxdur. Gedin hara şikayət edirsinizsə edin, onsuz da onun heç bir xeyri yoxdur. Hara şikayət etsəniz mən məsələni bağlayacam. Bu, zərərçəkmişlərin özlərinin bu gün (dünən-red.) Baş Prokurorluqdakı qəbul zamanı səsləndirdikləri fikirlərdir. Onlar açıq-aydın şəkildə qeyd etdilər ki, Məmmədağa İbrahimov heç kimdən, heç nədən qorxmayaraq, deyir ki, gedin hara istəyirsinizsə ora da şikayət edin. Bunların heç bir xeyri olmayacaq».
Baş Prokurorluqda keçirilmiş görüşün əsas məzmunu barədə məlumat verən Rüstəm Zülfüqarovun sözlərinə görə, sahibkarlar «Təzə Bazar» MMC-nin direktoru Məmmədağa İbrahimovun qanuna müvafiq formada cəzalandırılmasını tələb edirlər: «Bu gün (dünən-red.) keçirilmiş görüşdə şikayətin əsas məzmunu ondan ibarət oldu ki, yəni zərərçəkmiş şəxslər hesab edirlər ki, baş prokuror, hörmətli Zakir Qaralov bu işi nəzarətə götürsə daha məqsədəuyğun olar. Sahibkarlar cənab baş prokurordan məsələnin Nəsimi Rayon Prokurorluğunda araşdırılması üçün köməklik göstərməsini xahiş edirlər. Çünki həmin prokurorluq adıçəkilən bazara - «Təzə Bazar» MMC-yə məsafəcə daha yaxındır. Zərərçəkmişlər hörmətli baş prokurordan Məmmədağa İbrahimov barəsində obyektiv və həqiqi qərarın qəbul olunmasında yardımçı olmağını xahiş edirlər. Məsələ burasındadır ki, nümayəndəsi olduğum Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlu bildirir ki, Məmmədağa İbrahimov bu gün (dünən-red.) yenidən xəbər göndərib. Belə ki, «Təzə Bazar» MMC-nin direktoru deyib ki, hara şikayət edirsiniz edin xeyri yoxdur, əksinə mənim imkanlarım geniş olduğundan mən onlara pislik edəcəm. Məmmədağa İbrahimov bildirib ki, ondan prokurorluğa şikayət edənləri vergilərlə, auditlə gəlib yoxlatdıracaq. O, məhz bu formada, bu tip üsullarla şikayətçiləri çəkindirmək istəyir. Hazırda həmin şikayətə konkret olaraq 74 nəfər öz imzasını atıb. Lakin bəlkə də Məmmədağa İbrahimovdan narazı olan insanların sayı 150-200 nəfərdir. Bəziləri «Təzə Bazar» MMC-də ticarətlə məşğul olduqları üçün, yəni qorxduqları üçün şikayətə qoşulmurlar. Amma sahibkarların çoxları bu işə qoşulmaq istəyirlər. Zərərçəkmiş şəxslərin deməsinə görə, qorxularından bəziləri bu işə qoşula bilmirlər. Hazırda ciddi, kütləvi surətdə narazılıq var və hətta onlar bu məsələ ilə bağlı ölkə başçısına müraciət etmək niyyətindədirlər. Onlar tələb edirlər ki, Məmmədağa İbrahimovun qanunsuz əməllərinə son qoyulsun və onlara vurulmuş zərər tam şəkildə təmin olunsun, pulları geri qaytarılsın. Zərərçəkmişlər qeyd edirlər ki, onlar axıradək tələblərinin üzərində dayanmaqda israrlıdırlar. Hesab edirəm ki, əgər hadisə zərərçəkmişlərin dediyi formada baş veribsə, o zaman onların tələbləri tamamilə haqlıdır». Rüstəm Zülfüqarovun bildirdiyinə görə, zərərçəkmişlərin imzaladıqları şikayət ərizəsini araşdırdıqda bu işdə həm dələduzluq, həm yeyinti, həm də mənimsəmə və rüşvət faktlarının olduğu aydın şəkildə görünür: «Sözsüz ki, qiyməti biz vermirik. Qiyməti istintaq orqanı verəcək. Əgər zərərçəkmişlərin dedikləri, şikayət ərizəsində qeyd olunan məqamlar obyektiv araşdırılarsa, bu işdə dələduzluq, mənimsəmə və rüşvət cinayətlərinin tərkibi var». Bütün bunlar onu deməyə əsas verir ki, əgər istintaq obyektiv aparılsa, o zaman «Təzə Bazar» MMC-nin direktoru Məmmədağa İbrahimovun həbs məsələsi də gündəmə gələ bilər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
|