İBRAHİMOVLAR YENİDƏN DİRÇƏLMƏ FÜRSƏTİ ƏLDƏ ETDİ
Tarix: 28-10-2013, 12:09 | Çap et
«AVESTA» ONLARI XİLAS EDƏ BİLDİ: YENİ «ƏYLƏNCƏ» KANALI ONLARINDIR
DİA.AZ: - “Avesta” konserni yerli və xarici investisiyalar cəlb etmək üçün səhmləşdirilir. İnvestisiya reytinqi amaq üçün Delloite & Touche şidkəri audit keçirir. Bildirək ki, bu barədə keçən həftə iki idman meydançasının açılışında “Avesta”nın sahibi İbrahim İbrahimov bildirib.
Səhmləşdirmə qısa müddətə bitəcək. İnvestisiyalar istiqraz buraxılışı və investisiya fondu yaratmqla cəlb ediləcək. Fondun kapitalı 500 mln manat ola bilər. Hələlik tikinti konsernin hesabına aparılır və ona $1 mlrd-dan çox xərclənib.
“Avesta”nın ilk xarici tərəfdaşı Türkiyənin “Sema” şirkəti yaşayış evləri tikintisinə $60 mln qoyur. «Khazar İslands layihəsinə xaricdə maraq artır, dünyanın müxtəlif şirkətlərindən təkliflər gəlir», deyə konsern rəhbəri bildirib.
Tələb olunan investisiyaların ümumi həcmi $100 mled-dır. İbrahimov hesab edir ki, satışdan təkrar investisiya hesabına $4 mlrd cəlb etmək yetərlidir. Khazar İslands-da dünyada ən hündür bina Azerbaijan Tower (1050 m) və ən böyük məscid (investisiya $1 mlrd) tikmək planlaşdırılır.
Khazar İslandsda tikinti sürətlə gedir. İlk binalar 2014-cü ildə istismara veriləcək. Həmin vaxta ilk restoran və idman qurğuları turistləri qəbul edəcək. Mənzil satışı başlayıb və 213 mənzil alınıb. Şəhərdə hər cür sosial infrastruktur (məktəb, uşaq bağçaları, xəstəxanalar, teatr, opera və s.) olacaq. 2023-cü ildə orda 800 min nəfər daimi yaşayacaq. 250 min mənzil tikiləcək. İdarə etmə üçün meriya yaradılacq.
İbrahimovun sözlərinə görə, ilk mərhələ 2018-ci ildə bitəcək. O vaxt şəhərdə 100 min nəfər yaşayacaq. Mənzillər ilkin hesablaşma və ipoteka (6%) ilə satılacaq. Mənzillərin 1 kv m-i 3000 manat və daha çox olacaq.
50 ada və 19 mikrorayondan ibarət arxipelaqın sahəsi 24 kv kilometr olacaq. Burda 600 min nəfər işləyəcək. Onların yarısı xaricdən cəlb ediləcək. İbrahimovun sözlərinə görə, Khazar İslands ildə dövlət büdcəsinə 20 mlrd manat gətirəcək.
Khazar İslandsda əsas nəqliyyat velosiped və su nəqliyyatı olacaq. Bulvarın uzunluğu 150 km təşkil edəcək. Yaşıllıqlar böyük ərazi tutacaq. Çirkab suları təmizlənib suvarma, məişət tullantıları elektrik enerjisi üçün istifadə olunacaq.
Onu da bildirək ki, «Avesta» konserni İbharimov qardaşlarının yeganə gəlir yeri və həmçinin yeganə uğur ünvanı deyil. Bu barədə DİA.AZ-a maraqlı məlumatlar daxil olub.
Xatırladaq ki, keçən ilin may ayında İbrahimov qardaşlarının efir məkanındakı təzahürü kimi qiymətləndirilən ATV kanalı əl dəyişdirdi və kanal İbrahimovlardan alındı.
Qeyd edək ki, bu olayı o zaman şok içində qarşılayan İbrahimov qardaşlarının nümayəndəsi Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov bildirmişdi ki, “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiləri onun ailə üzvləridir. Yəni bu həm də o demək idi ki, telekanalı kimsə onlardan ala bilməz. Amma ATV onların əlindən alındı və bu günə olan məlumat ondan ibarətdir ki, ATV-nin təsisçiləri sırasında İbrahimov soyadlı kimsə yoxdur.
Doğrudur, həmin ərəfədə İbrahimov qardaşlarının mövqeləri olduqca zəif idi və hətta Nazim İbrahimovun özünün də vəzifəsindən alınacağı deyilirdi. Amma indi vəziyyət tamamən dəyişib. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, «Khazar İslands»ın hesabına ayaqda durmağı bacaran İbrahimovlar yenidən «yuxarıların» etimadına layiq görülüblər. Mənbə iddia edir ki, artıq onlara hətta yeni fürsətlər də tanınıb:
«İbrahimov qardaşları böyük zərbələr almalarına rəğmən duruş gətirə bildilər və «Khazar İslands» layihəsinin arxasından nəinki qaçmadılar, hətta əllərində sərvətləri də bu layihəyə yönəltməklə, böyük etimada layiq görüldülər. Hazırki məqamda onlara yenidən toparnlana bilmələri üçün əlavə fürsət də tanınıb».
Mənbənin iddialarına görə, hətta İbrahimov qardaşları yenidən telekanal açma yolunda da müvafiq icazəni ala biliblər: «Onlar yenidən efir məkanına qayıdırlar. Artıq yeni kanalın adı da bəllidir. «Əyləncə» TV adlanacaq yeni kanal İbrahimov qardaşlarına məxsus olacaq».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02 |
|
|
|
|