ADİU-ya eksperimental sosial laboratoriya kimi baxmağın acı nəticəsi… - ARAŞDIRMA
Tarix: 8-02-2016, 11:17 | Çap et
…Son vaxtlar ölkə KİV-lərində böyük tarixi ənənələri olan Azərbaycan Dövlət İqtisad Universiteti barədə bir-birinin ardınca dərc olunan məqalələri oxuduqca bu təhsil ocağının bünövrəsini qoymuş iqtisadçı alimlərə, bu universitetə rəhbərlik etmiş 14 rektora-sağ olanlara səbr, dünyasını dəyişmişlərə isə rəhmət oxumalı oluruq… Ona görə ki, bir müddətdir ki, bu Ali təhsil ocağının “başında dəlləklik” öyrənmək yarışı başlayıb. Amma “çanaq” kimin başında çatlayacaq, bunu artıq görməmək mümkün deyil… Və Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə rektor vəzifəsinə təyin edildiyi gündən və hal-hazırda bu universitetdə bütün baş verənləri aydın məqsədi, vəzifələri və əsasları olmayan sosial eksperiment kimi xarakterizə etmək olar. “Təzadlar”ın Araşdırma Qrupu bütün baş verənlərin təhsilimizin, xüsusən də ölkəmizin iqtisadi qüdrətlənməsinə töhvə vermək naminə burada yetişdirilən kadrların gələcəyinə nə verəcəyini araşdırmaq qərarına gəldi… Xatırladaq ki, ötən saylarımızda bu təhsil ocağı ilə bağlı konkret fakt və sənədlər əsasında dərc olunmuş yazılardan sonra redaksiyamıza xeyli sayda məlumat, şikayət və mövqe sərgilənən materiallar göndərilmişdir. Əksəriyyəti elə ADİU-da çalışan və baş verənlərə vicdanının səsi ilə dözə bilməyən professorlar və müəllimlərdir… Onları nə narahat edir? Bu barədə aşağıda dərc olunacaq yazılardan görəcəksiniz. Biz də “Təzadlar” olaraq bunlara susa bilmədik. Ən azı bu bizim vəzifə borcumuzdur. İkincisi və bəlkə də ən vacibi, qətiyyən belə anlaşılmasın ki, biz rector Ədalət Muradovun əleyhidarları cərgəsindəyik. Əsla! İstənilən vaxt onun da mövqeyini dərc etməyə hazırıq. Allaha şükür, “Təzadlar”da və qəzetin rəsmi saytında da ADİU barədə bu təhsil ocağının mətbuat xidmətindən göndərilən məlumatları xoşməramlı olaraq dərc edirik, bundan sonra da dərc edəcəyik… Amma bu o demək deyil ki, ADİU-da son günlər baş verən, xüsusən də 85 yaşlı universitetin adının heç bir hüquqi əsas olmadan dəyişdirilməsinə susmaq borcumuzdur. Beləliklə, hesab edirik ki, qərəzdən uzaq, rektor Ədalət Muradovun gələcək fəaliyyətinə, universitetin samballı adına töhfə verəcək məqamlara kömək məqsədli aşağıdakı yazını təqdim edirik. Və indidən bəyan edirik ki, istənilən qarşı tərəfin söz və mövqe haqqını tanıyırıq, dərc etməyə hazırıq…
ADİU-nun adını niyə yaddaşlardan silmək lazımdır?
“Təzadlar”a daxil olmuş bir yazının müəllifi belə bir məqama toxunur: “Tariximizi unudanların diqqətinə çatdırıram ki, ADİU-nun keşməkeşli tarixi var Azərbaycan Dövlət İqtisad Universiteti 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib. 1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi mövcud olub. 1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib. Bu adla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətini 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb. 1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub. 1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır. 349 saylı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. ADİU-nun həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur... İndi bu Ali təhsil ocağının hər bir daşı, divarı, auditoriyası Ulu Öndərin xatirəsini yaşadır. Azərbaycan Dövlət İqtisad Universiteti kimi, UNEC kimi yox!!! Amma rektor Ədalət Muradov buraya gələndən bu adı silməyə, yaddaşlara UNEC adını yazmağa başlayıb. Məqsədi nədir? Axı indiyədək yüz minlərlə məzunun diplomunda “Azərbaycan Dövlət İqtisad Universiteti” sözü var. Kökünü və keçmişini baltaladığımız Sovet hökuməti belə bu adı dəyişmədi, dəyişdirmədilər. Ədalət Muradov isə bütün cəhdi ilə buna çalışır. Biz buna təəssüf edirik... Mən “Təzadlar”da oxudum, Prezident Ədalət Muradovu rektor təyin edəndə onu ADİU rektoru kimi təyin edib, UNEC rektoru kimi yox. Ola bilsin kimsə Ədalət Muradova SOKAR-ARDNŞ adını misal göstərib, yoldan çıxarıb... Amma SOKAR sözündə Azərbaycanın adı var, mənsubiyyəti var...”.
Rektordan narazılıqların kökü nədədir?
Bu suala ətraflı cavab tapmaq üçün təhlillərə ölkə ictimaiyyətinin istifadəsində olan elektron və yazılı KİV-lərdən başladıq... Məlum olur ki, ADİU-da bütün qəbul edilən qərarlar spontan, kortəbii xarakter daşımış və daşıyır, dəqiqəlik, saniyəlik, konyunktur populyarlığa və ucuz reklama hesablanmışdır. Şübhəsizdir ki, ali təhsil sisteminin ciddi islahatlara ehtiyacı vardır, lakin bu islahatlar tədricən, təkamül yolu ilə həyata keçirilməlidir, sanballı elmi və metodoloji bazaya malik olmalıdır, eləcə də kollektivin əksəriyyətinin dəstəyinə söykənməlidir. Lakin ötən dövrlər ərzində Ədalət Muradovun idarə üsulu birmənalı şəkildə deməyə əsas verir ki, onun bütün "rəhbərliyi", mahiyyətcə, ADİU-nun professor-müəllim və texniki heyətinə neobolşevik hücumu, onilliklərlə formalaşmış müsbət ənənə və münasibətlərin məhv edilməsini, əvvəlki dövrlərdə qazanılmış uğurlara və nailiyyətlərə qara yaxılmasını və universitet tarixini yenidən yazmaq cəhdlərini əks etdirir. Faktiki olaraq, ADİU-da açıq-aydın şəkildə işə salınmış aqressiv və amansız cəza maşını vasitəsilə kollektivin tarixi yaddaşının zorakılıqla manqurtlaşdırılması siyasəti həyata keçirilir. Rəhbərliyin kollektivə münasibəti heç bir mənəvi-elmi dəyərlərə malik olmayan, iradəsiz və sözsüz şəkildə rəhbərliyin iradəsinə tabe olan yeni növ "kompyuter" insanların, kiborqların yaradılması məqsədilə bioloji eksperiment həyata keçirən yalançı alimlərin münasibətini xatırladır. Ədalət Muradovun sosial eksperimenti nəticəsində ADİU-nun kollektivi amorf, yarımdağılmış vəziyyətə düşmüş, özünün məziyyətlərini, həmrəylik, birlik və qarşılıqlı dəstək hisslərini tamamilə itirmişdir. Qorxu və inzibati diktat atmosferi kollektivin iflicinə, tam süstlüyünə və sosial depressiyasına, dövlət institutlarına inamsızlığına, motivasiyanın yox olmasına və soyuqluq münasibətinin yaranmasına səbəb olmuşdur. Hər gün müəllimlər, laborantlar, texniki heyət qorxu hissi ilə yeni cəza mexanizmlərini, bürokratik qərarları, lazımsız yeni arayışların, hesabatların, məlumatların və s. istənilməsi tələblərini gözləyirlər. Belə vəziyyətdə susmaq və susdurmaq çox asan olur… Məsələn, universitetdə bir gün belə işləməyən, doktorluq işi plagiat hesab edilən, AAK-da dosentliyi mövcud olmayan keçmiş maliyyə naziri Əvəz Ələkbərov (məlum qalmaqallı doktorluq işinin referatı “Təzadlar”a təqdim olunub) birdən-birə neçə-neçə tanınmış, uzun illər ADİU-da işləmiş, ömrünü bu Ali təhsil ocağına bağlamış alimlərin bağı üstündən burada 3 kafedra bağlanaraq yeni yaradılmışa kafedra rəhbəri qoyulur! Absurd vəziyyət: onu namizəd etmiş professorlar indi Əvəz Ələkbərovun əlinin altında, alimliyinin təsirində işləməlidir??? Ona görə ki, Əvəz Ələkbərob rektorun, rektor isə təhsil nazirinin yaxın dostudur??? Axı elm, elmi quruculuq və Azərbaycan naminə perspektivli islahatlar dost-yaxın prinsipini tanımır, tanıya da bilməz… (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24 |
|
|
|
• Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17 |
|
|
|
• “Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04 |
|
|
|
• İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02 |
|
|
|
• “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10 |
|
|
|
• İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58 |
|
|
|
• Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02 |
|
|
|
• İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01 |
|
|
|
• İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00 |
|
|
|
• Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58 |
|
|
|
• ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53 |
|
|
|
• Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50 |
|
|
|
• Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42 |
|
|
|
• Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39 |
|
|
|
• Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35 |
|
|
|
• Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27 |
|
|
|
• AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25 |
|
|
|
• Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17 |
|
|
|
• Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16 |
|
|
|
• “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14 |
|
|
|
• Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07 |
|
|
|
• Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04 |
|
|
|
• Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58 |
|
|
|
• Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55 |
|
|
|
• NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54 |
|
|
|
• Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40 |
|
|
|
• Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32 |
|
|
|
• Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28 |
|
|
|
• "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21 |
|
|
|
• Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18 |
|
|
|
• ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16 |
|
|
|
• Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15 |
|
|
|
• Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14 |
|
|
|
• Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02 |
|
|
|
• “Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59 |
|
|
|
• “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55 |
|
|
|
• Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46 |
|
|
|
• Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• “Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36 |
|
|
|
• Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29 |
|
|
|
• İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24 |
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
|