“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" .....                     Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq .....                     Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? .....                     Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır .....                     İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq .....                     “Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? .....                     İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                     Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir .....                     Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                 

Ölkənin baş baytarından prezidentə şikayət - İTTİHAM VAR
Tarix: 28-01-2016, 10:04 | Çap et
Ölkənin baş baytarından prezidentə şikayət
Elchi.az – a Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən Prezidentə ünvanlanan şikayət məktubu daxil olub. Surəti digər yüksək qurumlara ünvanlanan məktubu şükayətçinin xahişi ilə oldugu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: -Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına

-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov cənablarına

-Azərbaycan Respublikasının Iqtisadiyyat naziri Şahin Mustafayev cənablarına

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs Şahverdiyev Sərdar Mirsahib oğlu tərəfindən

AÇIQ MƏKTUB
Hörmətli cənab Prezident!
Himayəmdə işləməyən xəstə həyat yoldaşım və iki xəstə oğlum var. Özüm də həmişə həkim nəzarəti altında müalicə alıram. Üzürlü səbəblərdən vaxtında normal təhsil ala bilməmişəm. Xəstə olmağıma baxmayaraq ailəmizim yeganə qazanc gətirəni olduğum üçün hər bir çətinliklərə qatlaşaraq işləyir və ailəmi birtəhər dolandırıram. Bununla yanaşı kiçik bir sahibkar kimi iş tapa bilməyən bir neçə həmyerlilərimi də başıma yığıb qəsəbəmizdə icarəyə götürdüyüm “heyvan kəsimi” sexində işləyirik. Tam qanuni fəaliyyət göstəririk. Bütün tələbatlara cavab verən və respublikamızda demək olar ki, analoqu olmayan, müasir üslubda tikilmiş seximizdəki bütün proseslərə Abşeron Rayon Baytarlıq İdarəsinin ayırdığı həkim də nəzarət edir.
Ünvanınıza müraciət etməyimin başlıca səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis əvəzi işləyən və işlədiyi “Xidmət”ə şəxsi obyekti kimi yanaşan Azər İdris oğlu Süleymanovun vəzifə səlahiyyətlərini aşaraq öz şəxsi marağı naminə son vaxtlar mənə qarşı qərəzli cinayət xarakterli hallara yol verməsi və haqqımda bir sıra KİV-də böhtan dolu materiallar səsləndirməsi barədə Sizləri məlumatlandırmaqdır.

Bir neçə gün öncə, yəni 9 yanvar 2016-cı ildə gecə məlumat aldım ki, Azər Süleymanov bir dəstə adamla sexə gəlib. Onların yanına gedəndə Azər müəllim bildirdi ki, monitorinq keçiririk, sexi yoxlayacağıq. Onlara etiraz etmədim və işdə hər şey öz qaydasında olduğu üçün yoxlayıcılara şərait də yaratdım. Soyuducularda həkim nəzarətindən keçmiş və rəy alınması üçün ertəsi gün həkim yoxlamasından keçiriləcək başqa ətlər də var idi. Azər müəllim dedi ki, aldığımız məlumatlara görə burada at əti də var. Mən ona belə haram işlərlə məşğul olmadığımızı və dindar olduğumuzdan sexdə belə şeylərin olmamasını bildirdim. Eləcə də ona xatırlatdım ki, dəfələrlə buraya rəsmi və ya qeyri-rəsmi nəzarət etdirmisiniz, həmin vaxtlar nə ortaya çıxıb ki, indi də elə deyirsiniz. Seximizin baytar həkimi Nizami də ona iradlar tutdu. Azər bundan daha da əsəbiləşdi və sexdən kənarda hansı yollasa gəlib dayanmış “Qazel” və “Jiquli” markalı avtomobillərdəki ətlərində də sexə boşaldılmasını əmr etdi. Mən buna etiraz edəndə, tanımadığım ətin sexə boşaldılmasına icazə verməyəndə Azər şahidlərin yanında məni təhqir edərək mənə hədə-qorxular gəldi və nəticədə mənşəyini özü bildiyi kənar ətləri də sexə boşaltdırdı. Məni isə kənara çəkib bildirdi ki, siz indiyə qədər məni saymayıb yanıma gəlməyəndə məndən bundan artıq nə gözləyirsiniz? Sonda Azər Süleymanov mənə dedi ki, sən mən deyən qaydada Abşeronun baş baytar həkimi Fəxrəddinin üzünə durmasan səni burada işləməyə qoymayacağam. Onsuzda nazirlə danışmışam, Fəxrəddinin yerinə tələbə yoldaşım Kamranı qoyacam və s.
Azər müəllim ekspertiza üçün ətlərdən on yeddi adda nümunə götürtdürdü və ekspertizanın cavabına qədər sexi bağlatdırdı. Qeyd edim ki, Azər Süleymanov nümunə üçün ətlərin bəzisini bizə heç bir aidiyyəti olmayan və özlərinin sifarişi ilə əvvəlcədən gətirilib küçədə dayandırılmış “Qazel”dən boşaltdırdığı ətlərdən götürtdürdü. Mən də başqa yerdə neytral ekspertiza keçirtdirmək üçün sexdə bizə məxsus olan ət nümunələrindən istəsəm də onlar buna əhəmiyyət vermədilər. Sonda isə məni aldadaraq və mənim savadsız olduğumdan, latın qrafikasını oxuya bilməməyimdən istifadə edərək mənə tərtib etdikləri məzmununu başa düşmədiyim akta imza etdirdilər.

Azərgilin başıma gətirdiklərini ertəsi günlər yaxın tanışım və nümayəndəm Savalan Məmmədova danışdım, o, məndən aktın surətini istədi. Mən DBNX-nin idarəsinə getdim və aktı yazmış Ramiz Salmanovdan aktın surətini istədim. Ramiz müəllim rəis əvəzi Azərlə danışıb dedi ki, aktda işçiniz Ağalətif Məcidovun imzası yoxdur, onu gətir, akta imza etsin, sonra gəl surətini apar.
Nəticədə eşitdiyimizə görə Azər Süleymanovun sifarişi və tapşırığı ilə onlarla bir nazirliyin tabeçiliyində fəaliyyət göstərən laboratoriya həqiqəti kənara qoyub Azərə sərf edən ekspertiza rəyi veribdir. Bundan istifadə edən A.Süleymanov isə izi itirmək, sübutları yoxa çıxartmaq üçün tezbazar seximizdəki yararlı ətləri yararsız kimi məhv etdirdi. Bunlar azmış kimi isə Azər müəllim istər mənə, istərsə də nümayəndəmə bu günə qədər ekspertizanın cavabını və ətin məhv edilməsi haqqında qərarın surətlərinin verilməsinə imkan vermir. Düzdür, biz aktın surətini onun yazılmasından altı gün sonra çətinliklərlə ala bildik. Aktı oxutdurarkən mənə məlum oldu ki, Azər öz qanunsuzluqlarına qanuni don geyindirmək üçün hansı böhtanlara əl atıb, öz yalanlarına nazir Heydər Əsədovu necə inandırıb, barəmdə mənfi rəy yaratmaq üçün mənim fikrimi soruşmayan bəzi televiziya kanallarını necə ələ alıb və s.

Möhtərəm cənab Prezident!

Biz gözləyirdik ki, bizim müraciətimiz əsasında nazir Heydər Əsədov işlədiyi “Xidmət”ə rəis keçmək üçün planlı surətdə “şou”lar quran, onu aldadan, tutduğu vəzifənin və işinin incəliklərini bilməyən, nümunəvi həmkarlarının adlarına qara ləkə olan Azər Süleymanovdan bizim məsələ ilə bağlı niyə fəaliyyətində Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli, 156 saylı qərarının tələblərinə əməl etməməsini soruşacaqdır.
Biz indi gözləyirik ki, müraciət etdiyimiz aidiyyəti hüquq-mühafizə orqanlarında bundan sonra da olsa Azər Süleymanovdan soruşulsun ki, 9 yanvar 2016-cı ildə Aşağı Güzdək qəsəbəsində qanuni monitorinq keçirirdinsə niyə orada tərtib edilmiş aktda sənin və orada iştirak edən digər rəsmi şəxslərin adları göstərilməyib? Sexdəki ətlər hansı tərəzidəsə çəkimədiyi halda siz nə əsasla televiziya kanallarında həmin ətlərin çəkisini şişirtdirərək xalqa dörd ton kimi təqdim etdirirsiniz? Siz nə əsasla kəsim sexinə heç bir aidiyyəti olmayan və sexdən kənarda dayanmış avtomobillərdəki ətləri hamının gözü qarşısında sahibkarın etirazına baxmayaraq zorla sexə boşaltdırdıb və həmin ətlərdən də nümunə götürtdürürsünüz? Məgər sexdən kənarda başqalarına məxsus ətə də S.Şahverdiyev məsuliyyət daşıyır. Həmin avtomobilləri özünüz əvvəlcədən düşünülmüş surətdə oraya gətirtdirməmisinizmi? Siz sexdən ət nümunələrini niyə təlimata uyğun götürtdürməmisiniz və həmin nümunələrdən niyə sahibkara da verdirtməmisiniz? Nə ilə sübut edə bilərsiniz ki, ekspertizaya verdiyiniz ətləri məhz haradan götürmüsünüz? Siz nə əsasla sahibkara aktın surətini altı gündən sonra, ekspertizanın və ətin məhv edilməsi haqqında yazılan qərarın surətini isə bu günə qədər verilməsinə icazə vermirsiniz? Sexdəki ətlərin mənşəyini məlum edən sənədlər və həkim tərəfindən ətlərin yararlılığı möhürlə təsdiqləndiyi halda siz nə əsasla həmin ətlərə başqa adlar verirsiniz? Siz nə üçün ətin məhv edilməsində sahibkarın iştirakını təmin etməmisiniz? Siz nə üçün sexdən qanunsuz yollarla düzüb-qoşub apartdırdığınız tonlarla ətin dəyərini bu günə qədər sahibkara ödəməmisiniz? Siz nə üçün Fəxrəddin həkimi işdən çıxartmaq üçün günahsız sahibkara “torba” tikmisiniz?
Möhtərəm cənab Prezident!
Siz həmişə biz sahibkarların arxasında dayanaraq hüquqlarımızı qorumusunuz. Sizi tam məsuliyyətlə təkrarən əmin edirəm ki, Azər Süleymanov öz şəxsi iyrənc marağından və işlədiyi “Xidmət”ə rəis təsdiq olmaq üçün belə “şou”lar göstərir. Mən günahsız ola-ola Azər Süleymanov barəmdə böhtanlar yaydırır və mən şikayət etməyim deyə qabaqdangəlmişlik edərək mənə hədələr gəlir və arxasında nazir Heydər Əsədovun dayandığını deyir. Azər Süleymanov öz işini bilən mütəxəssis olsa idi onda o, yuxarıda göstərdiyim bu qədər qanunsuzluqları törətməzdi. Mən qondarma akt və ekspertizanın Azərin sifarişi ilə verdiyi cavabla da razı deyiləm və təkrar ekspertizanın keçirilməsini tələb edirəm.
Xahiş edirəm, şikayətimi şəxsi nəzarətinizə götürərək onun qanunda nəzərdə tutulan qaydada araşdırılmasına, Azər Süleymanovun mənə vurduğu ziyanların ödənilməsinə və özünün də məsuliyyətə cəlb olunmasına göstəriş verəsiniz.

DİA.AZ olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Bu gün, 15:02
“Bakı Kart”ın operatoru “K Group” ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 14:10
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru