Qaraşovla bağlı qərar veriləcək... - İDDİA
Tarix: 10-08-2023, 09:48 |
Çap et
DİA.AZ: - Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı. Belə ki, ötən il R. Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu.
1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardandır.
Amma bunlar ehtimal olaraq qaldı və qaımaqdadır.
Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, lakin Qaraşovun sürəsi artıq dolmaq üzrədir.
Mənbə bildirir: "Taleh Qaraşovun çevrəsi yetərincə budandı, adamları həbs də olundu. Özünü qoruya bildi. Amma indi nə səhhəti, nə də imkanları yetərli deyil ki, Qaraşov həm yenidən təyinat alsın, həm də vəzifədə qalsın".
Məlumat görə, gələn həftə Taleh Qaraşovla bağlı qərar veriləcək: "Həbsi gözlənilmir, amma ondan hesabatın istəniləcəyi şübhəsizdir".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...