“Şərurlu İsfəndiyar” 10 milyonluq krediti kimin tapşırığı ilə götürüb? - İLGİNC GƏLİŞMƏ
Tarix: 26-03-2021, 11:29 | Çap et
Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində beş il əvvəl fəaliyyəti dayandırılan “Zaminbank” ASC-nin Müdafiə Şurasının dələduzluqda, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan sabiq sədri Nadir İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə virtulaz.org-un yaydığı informasiyada deyilir ki, iş üzrə dörd nəfər zərərçəkmiş var və onlardan biri tikinti maqnatı, “Şərur MTK”-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur.
Belə ki, İsfəndiyar Axundov 2013-cü ildə Bakıda tikinti dələduzlarının toruna düşən və pul ödədikləri halda mənzillərini ala bilməyən minlərlə sakinin probleminin həlli üçün Mərkəzi Bankdan “Zaminbank” vaitəsilə güzəştli kredit alıb. Oliqarx həmin pullarla yarımçıq binaların tikintisini tamamlayıb zərərçəkənləri mənzillə təmin etməliydi. Lakin iş elə gətirib ki, indi həmin kreditin mənimsənilməsi işi üzrə məhkəmədə zərərçəkmiş statusundadır.
“İsfəndiyar Axundov 5 milyona 2 “Lamborgini”, 2 “Ferrari” alıb, indi burada danışır, amma çox şeyləri açıb demir”
Prosesdə şərurlu oliqarxın dindirilməsi davam etdirilib. İsfəndiyar Axundov tərəflərin suallarını cavablandırarkən təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətləri olduğunu, sonuncunun onu aldatmasını bağışlaya bilmədiyini məhkəmənin diqqətinə çatdırıb. Ona ayrılan 10 milyon kreditin 5 milyonunu aldığını və ödədiyini deyib, yerdə qalan 5 milyonun isə Nadir İsmayılovun rəhbərlik etdiyi “Zaminbank”da qaldığını bildirib: “Zəng vurub dedim ki, 5 milyonu götürüm. Dedi ki, bank bağlanır, üç aya verərəm. Dost olmuşuq, çörək kəsmişik, mən də onun sözlərinə inandım”. Təqsirləndirilən şəxsin vəkili iş adamının adına 2 kredit olduğu qeyd edib. Vəkilin suallarını cavablandıran zərərçəkmiş “70 yaşım var, çox şey yadımda qalmayıb” deyib. Vəkil iş adamının istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib. İsfəndiyar Axundov adına 10 milyon kredit yazıldığını, ödəniş qəbzlərin onda olduğunu vurğulayıb. Bildirib ki, 10 milyondan artıq pul ödəsə də sonradan öyrənib ki, əmlakları Mərkəzi Banka girob qoyulub, amma pullar ora ödənilməyib.
Nadir İsmayılovun vəkili zərərçəkmişə “siz ölkədə tanınmış iş adamısınız, krediti götürəndə, sənədə imza atanda heç baxmadınızmı?” deyə soruşub. Zərərçəkmiş cavabında savadsız olduğunu, aralarındakı dostluq, səmimi münasibətə görə Nadir İsmayılova inandığını söyləyib. Əlavə olaraq bütün işlərin hamısını Nadir İsmayılovun gördüyünü diqqətə çatdırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili ilə iş adamının arasında qısa dialoq yaranıb.
Vəkil: “Siz çox imkanlı adamsınız, fakt qarşısında qalanda isə deyirsiniz ki, savadsızam”.
İsfəndiyar Axundov: “Mən ağıllı adamam, ona görə də imkanlıyam. Əgər ağıllı olmasaydım, indi mən də orada (müttəhimlər kürsüsünü göstərib-red.) oturardım”.
Təqsirləndirilən Nadir İsmayılov iş adamını aldatmadığını, İsfəndiyar Axundovun məhkəmədə düzgün ifadə vermədiyini deyib: “Ona 10 milyon pul ayrılmışdı ki, get tikintini başa çatdır. Pulları hara xərclədiyini özü yaxşı bilir. Birinci dəfə 5 milyon götürdü, birinci xanımından olan oğlu üçün Türkiyəyə göndərdi. İkinci götürdüyü 5 milyona iki “Lamborgini”, 2 “Ferrari” aldı, 300 min manat qudası Məhərrəmə verdi. İndi burada danışır, amma çox şeyləri açıb demir”.
İş adamı isə öz növbəsində, təqsirləndirilən şəxsin bu açıqlamasına “məni iki tərəfli oyuna saldınız, mənim borcum yoxdur” cavabı verib. İsfəndiyar Axundov həmçinin, 10 milyonluq kreditə görə 12 milyon 800 min manat ödəniş etdiyini də bildirib. Nadir İsmayılov isə İsfəndiyar Axundovun 5 milyon borcu olduğunu ona xatırladıb.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxsin vəkilinin “siz nə zərər çəkmisiniz?” sualına İsfəndiyar Axundov belə cavab verib: “Mənim mülkümü (“Flaminqo” restoranı və “Milyonerlər məhəlləsi”ndəki villa nəzərdə tutulur-red.) girov qoyub, Milli Bank məndən pulunu istəyir”.
“Çox güman ki, bu vəsait hansısa bir tapşırıqla, kimlərinsə banka zəngiylə və ya digər qeyri-qanuni prosedurlarla ödənilib”
Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə danışan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu qədər böyük məbləğdə – 10 milyonluq kreditin götürülməsi zaman mütləq zamin olmalı, banka girov qoyulmalıdır: “Bu girov daşınan və ya daşınmaz əmlak ola bilər. Yaxud da hesabında yüklü miqdarda vəsaiti olan şəxslərin zaminliyi ola bilər. Belə ki, bunlar olmadan adi vətəndaş hər hansı bankdan 10 min manat kredit istədikdə, bank həmin şəxsə kredit verməkdən imtina edir. Yəni, kredit almaq üçün müəyyən prosedurlar var. Bankın ayırdığı kreditin hara və necə xərclənməsinə nəzarətə gəlincə, qeyd edim ki, bu, müqavilə şərtlərindən də asılıdır. Belə ki, əgər bu, biznes kreditidirsə, o zaman mütləq biznes plan, vəsaitin hara xərclənəcəyinə, istiqamətlərinə dair məlumatlar olmalı idi. O cümlədən, gəlirlilik səviyyəsinə nə vaxt çıxacağı, faizləri nə zaman qaytara bilməsi ehtimalı biznes planda öz əksini tapmalıdır. Aydın görünür ki, bu şəxsə (İsfəndiyar Axundov nəzərdə tutulur-red.) kredit ya tapşırıqla, ya da hər hansı bir qeyri-qanuni prosedurla verilib. Çünki bu boyda böyük məbləğdə kreditin verilməsi zamanı ən azından verilən kreditin dəyərindən yüksək səviyyədə girov götürməliydi. Azərbaycanda bu prosedur başqa cür işləmir. Əslində, dünyanın hər yerində belədir. Lakin Azərbaycanda bank sistemində girovsuz, zaminsiz böyük məbləğlərdə kredit götürmək mümkün deyil. Çox güman ki, bu vəsait hansısa bir tapşırıqla, kimlərinsə banka zəngiylə və ya digər qeyri-qanuni prosedurlarla ödənilib. Bu səbəbdən də həmin vəsaitin hara xərcləndiyinə heç bir nəzarət olunmayıb”.
“Əgər qiymətləndirmə bankın özü tərəfindən həyata keçirilibsə və nəticədə bu qədər vəsaitin ödənilməsinə qərar verilibsə, deməli günah məhz bankdadır”
İqtisadçı ekspert hesab edir ki, “Zaminbank“ın müvafiq sənədlərində İsfəndiyar Axundovun kreditə nə qədər vəsait götürdüyü və həmin məbləği hansı istiqamətlərdə xərclədiyinə dair məlumatlar olmalıdır: “Yəni, burda tərəflərin bir-birini ittiham etməsinin, günahı bir-birinin üzərinə atmasının heç bir mənası yoxdur. Çünki bankın müvafiq sənədlərində kimin hansı tarixdə və nə qədər vəsait götürməsi öz əksini tapmalıdır”.
İş adamına kredit ayrılan zaman ona məxsus “Flaminqo” restoranı və “Milyonerlər məhəlləsi”ndəki villasının girov qoyulmasına gəlincə, Natiq Cəfərli qeyd etdi ki, sözügedən əmlakların 10 milyon edib-etməməsi qiymətləndirmədən asılıdır: “Azərbaycanda belə bir prosedur var ki, əgər tapşırıqla, kimlərinsə adamısansa, onda bankın qiymətləndirmə komissiyası tərəfindən girov qoyulan əmlaka istənilən qiymət yazıla bilər. Təəssüf ki, bu, Azərbaycanda adi bir praktikadır. Əgər qiymətləndirmə bankın özü tərəfindən həyata keçirilibsə və nəticədə bu qədər vəsaitin ödənilməsinə qərar verilibsə, deməli günah məhz bankdadır. Yəni bank özü dəyərləndirmə aparmalıydı və həmin girovun məbləği ilə bağlı araşdırma apararaq, bazar dəyərinə uyğun olaraq kredit müqaviləsinin bağlanmasına razılıq verməli idi. Əgər şişirdilmiş qiymətlərdirsə, deməli bankın özündə günah var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
|