“AENT-E” MMC NARAZILIQ YARADIR... - Hökumət “süd verən inəkləri” kəsməyə başlayır…
Tarix: 9-02-2021, 11:15 | Çap et
“Mən bir süd verən inəyəm. Süd verən inəyi kəsməzlər”. Bu fikirlərin müəllifi “AENT-E” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Cəfərov Əkbər Qurban oğludur. Hansı ki, internetdə araşdırma apardıqda, barəsində onlarla dələduzluq faktı ortaya çıxır. Məsələn, onun bir mənzili 6 nəfərə satması, 400 nəfərə yaxın vətəndaşa qarşı dələduzluq etməsi və s. haqda çoxsaylı iddialar var. Ən maraqlısı isə odur ki, bu kimi qanunsuz əməlləri ilə bağlı dəfələrlə həbs atılsa da, adam hələ də azadlıqda gəzir.
Sonuncu dəfə 28 fevral 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl isə 6 noyabr 2017-ci ildə barəsində 11 il müddətinə həbs qərarı verilmişdi. Hansı ki, hələ 23 yanvar 2015-ci ildə Baş Prokurorluq “AENT-E” MMC-nin direktorunun qanunsuz əməlləri barədə rəsmi açıqlama yaymışdı. Prokurorluğun açıqlamasında bildirilirdi:
“Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar var. Buna görə də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb”.
Qeyd edək ki, 2015-ci ildə məlum dələduzluq əməlləri ilə bağlı barəsində Xətai rayon Məhkəməsi tərəfindən xüsusi qərardad çıxarılan Ə.Cəfərov həmin vaxt ilk dəfə olaraq cinayətə yol vermirdi. Belə ki, o, bu qəraradək artıq bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub, hətta 9 il həbsdə yatmışdı. Həmin dönəmdə isə “AENT-E” MMC ən çox şikayət olunan tikinti şirkətlərindən biri, bəlkə də birincisi idi. Çünki həbs olunmaq üzrə “ixtisaslaşmış” Ə.Cəfərov “süd verən inəyi kəsməzlər” prinsipi ilə hərəkət edərək (o, şikayətçilərə belə deyirdi – müəl.), tikdiyi binalardakı mənzilləri ən yaxşı halda 2-3 nəfərə, bəzi hallarda isə daha çox şəxsə satmaqdan çəkinmirdi. O, əmin idi ki, “yuxarı”nın hesabını vaxtı-vaxtında çatdırmaqla, Azərbaycanda nəinki 400 nəfəri, bundan dəfələrlə çox vətəndaşı dolandıra, hətta onlara başqa planetlərdə mənzil də sata bilər və bu zaman kimsə ona dəyib-toxunmayacaq. Onu da bilirdi ki, ən pis halda barəsində hansısa məhkəmə orqanı həbs qərarı verəcək, amma hökumətdəki “sağıcıları” onun uzun müddət türmədə yatmasına imkan verməyəcək. Necə ki, 2017-ci ildə barəsində 11 il, 2019-ci ildə 10 il müddətinə həbs qərarı verilsə də, o, cəmi 1 il sonra azadlığa çıxdı. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilən Əkbər Cəfərovun şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi 02 fevral 2000-ci ildə 11 illik məhkəmə hökmünü şərti cəza ilə əvəz etdi və dələduz şirkət rəhbəri həbsdən azad olundu. Baxmayaraq ki, hələ 2017-ci ildə “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə 400 nəfər vətəndaş zərərçəkmiş kimi tanınmışdı.
Beləliklə, Əkbər Cəfərov hazırda azadlıqda gəzsə də, çox güman ki, yeni-yeni “qurbanlar” axtarışında olsa da, onun dolandırdığı vətəndaşlar illərdir qəpik-qəpik yığıb Ə.Cəfərova verdiyi pullarını qaytarmaq üçün hələ də məhkəmə qapılarında qalıblar. Bu vətəndşlardan biri də Məmmədov Qorxmaz Hüseyn oğludur. “Hürriyyət”ə müraciət edən Qorxmaz Məmmədov “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovla yanaşı, bəzi hakimlərin ədalətsiz, sifarişli qərarlarından da şikayətçidir.
Q.Məmmədov deyir ki, 2013-cü ildə Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsindəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzili alıb. 23.11.2013-cü ildə “AENT-E” MMC tərəfindən həyat yoldaşı Məmmədova Sənubər Tofiq qızının adına çıxarış (Foto 1) və mənzilin müqavilə dəyərinin tam ödənilməsi haqda maliyyə arayışı (Foto 2) verilib. Bir müddət sonra, təxminən 2013-cü ilin axırı, 2014-cü ilin əvvəlində həmin mənzili tanışı Rəhimov Vaqif Tağı oğluna satmaq qərarına gəlir. Həmin mənzil V.Rəhimovun xoşuna gəlsə də, sonradan xanımı Rəhimova Arzu Həsən qızı divarın nəm çəkdiyini deyərək, həyat yoldaşına başqa mənzillə dəyişilməsini təklif edib. Onlar iki dəfə alqı-satqı edilməsinə əlavə xərc çəkilməməsi üçün belə qərara gəlirlər ki, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovla danışıb, Sənubər Məmmədovanın onlara satdığı mənzilin əvəzinə, başqa mənzili onun adına sənədləşdirsinlər. Bu məqsədlə Vaqif Rəhimov Əkbər Cəfərovla görüşərək, ona fikrini bildirir. Onun təklifini qəbul edən şirkət rəhbəri V.Rəhimova 2-ci blok, 7-ci mərtəbədəki ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzilin əvəzinə, həmin binanın 1-ci blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 79,11 kvadrat/metr olan mənzili verir.
Lakin bir neçə gün sonra məlum olur ki, Əkbər Cəfərovun təklif etdiyi mənzilin başqa sahibi var. Baxmayaraq ki, “AENT-E” MMC tərəfindən Rəhimova Arzu Həsən qızının adına da həmin mənzilə dair çıxarış verilib. Ən maraqlısı isə odur ki, bu zaman “satıcı” kimi Məmmədova Sənubər Tofuq qızının adı qeyd olunur. Halbuki, Sənubər Məmmədova binanın 1-ci blok, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 79,11 kvadrat/metr olan mənzili deyil, 2-ci blok, 7-ci mərtəbədəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzili satıb. Sadəcə, yüzlərlə vətəndaşa saxta sənədlərlə mənzil satan Əkbər Cəfərov növbəti qanunsuzluğa imza ataraq, Sənubər Məmmədovun imzasını saxtalaşdırmaqla, onun olmayan mənzili Arzu Rəhimovanın adına sənədləşdirib. Üstəlik, Ə.Cəfərov bu “alqı-satqı” zamanı “AENT-E” MMC tərəfindən S.Məmmədova verilən 2-ci blok, 7-ci mərtəbədəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzilə dair maliyyə arayışının əslini də cırıb atıb. Hansı ki, Qorxmaz Məmmədov mənzili Vaqif Rəhimova satarkən, digər sənədlərlə yanaşı, maliyyə arayışının əslini də alıcıya verib.
Beləliklə, Əkbər Cəfərovun dələduzluğu ilə üzləşən Vaqif Rəhimov tanışı Qorxmaz Məmmədovdan aldığı mənzilə qayıtmağa məcbur olur. O, qısa müddət ərzində həmin mənzili təmir etdirir və içərisində yaşamağa başlayır. Lakin günlərin birində həmin mənzilin də ikinci “sahibi” peyda olur.
Məsələnin kökünü aradşırdıqda aydın olur ki, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərov Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasındakı əksər mənzillər kimi, 2-ci blok, 7-ci mərtəbədəki, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzili Məmmədova Sənubər Tofiq qızından sonra, 05 iyun 2014-cü ildə daha bir vətəndaşa – Abbasov Mir Sadıx Mir Damət oğluna satıb. Odur ki, tərəflər bu problemi hüquqi yolla çözməyi qərara alıblar. Nəticədə Xətai Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində, ümumi sahəsi 75,46 kvadrat/metr olan 2 otaqlı mənzilin hüquqi mülkiyyətçisi kimi Məmmədova Sənubər Tofiq qızı tanınıb. Lakin sonradan Prezident Administrasiyasında yüksək vəzifədə çalışan qızının vasitəsilə bütün məhkəmə qərarlarını öz xeyrinə dəyişən Abbasov Mir Sadıx Mir Damət oğlu mənzili ələ keçirib. Nəticədə isə Rəhimov Vaqif Tağı oğlu və ailə üzvləri polis gücünə mənzildən çıxarılıb…
(Ardı var)
Hazırladı: KƏNAN
P.S. “Baku Steel Company”nin direktoru Rasim Məmmədovun, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun, eləcə də sözügedən nazirliyin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyevin həbsi və s. bu kimi faktlar göstərir ki, hökumət artıq “süd verən inəkləri” kəsməyə başlayıb. Odur ki, “AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovun da, gec də olsa, layiqli cəzasını alacağına və onun “sağıcıları”nın tezliklə ortaya çıxacağına şübhə etmirik…
Növbəti sayımızda biləcəksiniz:
– Abbasov Mir Sadıx Mir Damət oğlunun Prezident Administrasiyasında yüksək vəzifədə çalışan qızı kimdir?
– Prezident Administrasiyası rəsmisinin sifarişi ilə hansı hakimlər əldalətsiz qərar verib?
– Abbasov Mir Sadıx Mir Damət oğlu öz mühafizəçisi (köməkçisi) vasitəsilə kimə və nə üçün hədə-qorxu gəlib?
– Mübahisəli mənzillə bağlı hazırda hansı məhkəmə çəkişmələri gedir?.. hurriyyet.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02 |
|
|
|
|