"Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?" - GİLEY
Tarix: 12-01-2021, 10:40 |
Çap et
DİA.AZ: - "2016-ci ilin avqustunda Yasamal r Şərifzadə küçəsi 33 ünvanında yerləşən beşmərtəbəli bina pilot layihə kimi "İNŞAAT KONSTRUKSİYALARI" MMC tərəfindən sökülərək 18 ay müddətinə yerində tikiləcək binada sakinləri mənzillə təmin etməklə bağlı müqavilə bağlanmışdır". DİA.AZ bildirir ki, bu barədə şikayətində Bakı sakini Esmira Abıyeva bildirir.
Narazı vətəndaş daha sonra yazır: "Artıq 4 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq bina hələ də yarımçıq vəziyyətdədir. Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?"
diaaz.space xatırladır ki, bir müddət əvvəl də sözügedən şirkətlə bağlı yerli KİV-də şikayətlər yer almışdı: http://www.dia-az.link/8/277937-nshaat-konstruksiyalari-mmc-nin-sakinlere-yashatdigi-cehennem.html
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...