Bu təhsil ocağı CƏHƏNNƏMİ XATIRLADIR... - ŞOK FAKTLAR
Tarix: 15-04-2019, 10:36 | Çap et
Bu gün Azərbaycanın prezidenti İlahm Əliyerv, birinci viçe prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri vətəndaşlara qayğı siyasətindən hər kəsin xəbəri var. Ölkənin ali rəhbərliyinin bu xüsusda uşaqlara qayğısı içtimaiyyət tərəfindən daim alqışlarla qarşılanır. Lakin aşağıda oxuyacağınız qeydlərdə przedentin bu siyasətini kimlərin və necə sabotaj etdiyinin şahidi olacaqsınız. Teref.az olaraq sosial media istifadəçisi Leyla Ucal xanımın Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində 2 həftə (10 dərs saatı) dərs dediyi zaman şahidi olduğu direktor və kollektivi tərəfindən anti pedaqoji və insanlığa sığmayan rəftarlar barədə təəsüratlarını təqdim edirik. Qeyd etmək istəyirik ki, oxuyacağınız qeydlərdə məktəblilərə qarşı amansızlıqlar və məktəbdə korrupsiya faktları sizləri təəccübləndirməsin. Bu gün nəzarətsiz buraxılan internat məktəblərində belə hallara tez-tez rast gəlmək olur. Ən acınacaqlısı isə Təhsil Nazirliyinin bütün bunlara biganəliyidir...Leyla xanım ürək ağrısı ilə yazır:
2017 ildə 2 həftə (cəmi 10 dərs saatı ) Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası da mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, əlimdə maddi sübutun varmı. (video və ya səs yazısı) Cavabım yox oldu. Mənə mədəni şəkildə qapını göstərdilər.
Öz gözümlə gördüklərimi sizinlə paylaşacam.
1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.
2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.
3.Şagirdlərə ən yaxşı halda kitab yalnız 45 dəqiqə ərzində paylanılıb dərs sonunda yığılırdı - Buna etiraz edəndə direktor müavini mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.
4. Sözdə məktəbin psixoloqu ,əslində olan -direktorun sürücüsü idi.
5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar ,əslində olan - direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.
6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı.( Dərsdən çıxarıb aparırdı! )
7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi. (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək daha düzgün olar) Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı. Səhərlər bütün işçilər direktorun hüzurundan keçib-ona və ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi. Düz yol gedən bircə mən olduğuma görə məni yanına çağırıb Qafqaz universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi. Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta qırmızı diplomuma lağ belə elədi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki bu qızı başa salın) Müəllim kadrosu başıma toplanıb min cəhdlə məni imtina etməyə ikna etməyə çalışdı. Gətirdikləri tək səbəb vardı. Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s. bla bla Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm...
8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı bilmirəm. Uşaqlarda bilmirdi.
9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər. Uşaqlar sabun istəyəndə onlara köhnə şampun verən nəzarətçi dayıya şampun dayı ləqəbini taxmışdılar. "Şampun dayı" yayda rəhmətə getmişdi.
10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim. O stəkanda çay içə bilmədim.
11. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi.
12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdiki bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda...
13. Direktor məktəb məsələlərinə demək olar ki , qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən-axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm yalan olmaz. 5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik axırıncı saata saldı ki , ordan çıxıb işə çata bilməyim(yolum 2 saat idi). Özünün dediyi ki, təyyarə ilə uçsamda çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib niyə belə elədiyini soruşdum. Mənə Bura Azərbaycandır dedi. Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi ki razı ol, hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə maaşımı alanda verməklə razılaşdıq. Beləliklə dərsimi 2 günə saldı. Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayətim etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb salamımı da almadan dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim içəri çağırmadı. Vaxtım yox idi deyə durub işimə getdim. 5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi. Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun icra hakimi ilə çox yaxın olduğunu, yuxarılarda çoxlu dostlarının olduqlarını dedilər.
14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki , necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cismdə zühur etməyən qəribə-qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan , adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.
15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil nazirliyinin vecinə də deyil...
16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz - qoş etməkdə köməkçisi ) yetəri qədər savadlı deyildi. 9 sinifə dərs keçə bilməzdi məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçıdan kömək istəyirdi.
17.İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə. (Heç bir qabı qırmadılar) Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər )
18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi tərflərlə boğdurmağı bacaranlar olurdu. Yəni ki reklam xətrinə çəkilmiş rəsmlər , mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.
19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi -tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu. Ardı çoxdu amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır... Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim təhsil nazirliyinin yetirdiyi direktordu. Olar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədi, insanlıq nədir? Ümumiyyətlə lazımdır insanlıq bizə? 5 il Qafqaz oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf. .. diaaz.space olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
|