"Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                     "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: .....                     Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                 

Sahil Babayev də Səlim Müslümovun yolunu gedir... - Müraciət
Tarix: 4-03-2019, 10:17 | Çap et
Sahil Babayev də Səlim Müslümovun yolunu gedir...
“Hörmətli Mehriban xanım!

İndi özünüz nəticə çıxarın, mənim özümə yazığım gəlsin, ya gəlməsin? Yuxarıda qeyd etdiyim məsələlər, mənzillə, avtomobillə, ildə bir dəfə ƏMƏSMN-dən birdəfəlik yardım almaq da, ildə bir dəfə sanatoriya müalicəsi götürmək də mənim haqqımdır. Mən bu dövlət üçün qanımı töküb əlil olmuşam. Necə olur, bizim vəzifə sahibləri dünyanın, o cümlədən ölkəmizin hər yerində dəyəri milyonlarla ölçülən imarətlər tikib yağın-balın içində yaşayırlar, ailələri bahalı avtomobil kolleksiyası yığır, mən və mənim kimi insanlara da zülm verməkdən isə yorulub dayanmırlar? Doğurdanmı, mən bu ölkədə heç bir hüququ olmayan qul, köləyəm?”

“Hurriyyət” xəbər verir ki, bu sətirlər 2-ci qrup Qarabağ əlili Məstəliyev Kamal İslam oğlunun I Vitse-prezident Mehriban Əliyevaya yazdığı məktubdandır.

Məktubunda yaşadığı acınacaqlı durumdan bəhs edən əlil çarəsiz vəziyyətdə problemlərinin həll ediləcəyi günü gözləyir. Əlilin ürək yanğısıyla və gözlədiyimizdən xeyli səliqəli, əsl peşəkar yazar kimi qələmə aldığı məktubu oxuduqdan sonra onu redaksiyamıza dəvət etdik və müsahibəsini aldıq. Yaxın günlərdə sağlamlığını vətən uğrunda fəda edən bu dəyərli insanın müsahibəsini də təqdim edəcəyilk. Hələlik isə, yazı üslubu ilə bizi heyrətləndirən həmin məktubu nöqtə-vergülünə toxunmadan yayımlayırıq.

Məktubda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin keçmiş komandası barədə bəzi ağır ifadələr olsa da, əlilin müəlliflik hüququna hörmət etdiyimizdən yazı üzərində hər hansı korrektə aparmamağa qərar verdik:



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədova

Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 30/97, 3 saylı Evtikmə Kombinatının həyətində məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili Məstəliyev Kamal İslam oğlu tərəfindən

Ə R İ Z Ə

Hörmətli Mehriban xanım!

Bu müraciəti sizə ürək ağrısı ilə yazıram, ona görə ürək ağrısı ilə yazıram ki, özümə yazığım gəlir. Səbəbini isə çalışacağam ki, mümkün qədər aydın, açıq şəkildə sizə çatdıra bilim.

Mən sovet ordusunda hərbi xidməti başa vurandan sonra əlimə silah alaraq, yenidən hərbi paltar geyərək Qarabağ müharibəsinə getmişəm. Torpaqlarımız uğrunda gedən müharibədə başımdan, sinə nayihəmdən, qolumdan və omba çanağından yaralanaraq sağlamlığımı itirmişəm. Yuxarıda qeyd olunan ünvanda uzun illərdir ki, qeyri-insani şəraitdə yaşayıram. Özüm bir neçə xroniki xəstəliklərdən əziyyət çəkirəm və daim müalicə kursu keçirəm. Həyat yoldaşım isə bir dəfə ağır cərrahiyyə əməliyyatı keçirib və ikinci cərrahiyyə əməliyyatına ehtiyac var. Mənim aldığım təqaüdün çox hissəsi, demək olar ki, ancaq dərman pereparatlarının alınmasına sərf olunur. Qarabağ müharibəsində ağır yaralanan mənim kimi əlillərə ildə bir dəfə 200-300 manat birdəfəlik maddi yardım verilir. Mən bundan heç vaxt yararlanmamışam. 2018-ci ilin oktyabr ayında ailəmizdə maddi durumun ağır olması ilə əlaqədar ilk dəfə olaraq mənə də birdəfəlik maddi yardım göstərilməsi üçün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yanında Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etdim. Bir müddət cavab almadığımdan Dövlət Sosial Müdafiə Fonduna getdim və Cavid Hüseynov adlı bir əməkdaş məni qəbul edərək bildirdi ki, ərizəni mənə əlbəəl verməyibsən k? Get, təzədən müraciət elə. Üstündən bir müddət keçəndən sonra mənə həm gülməli, həm də ağlamalı bir cavab gəldi. 10 yanvar 2019-cu ildə üstündən 2 aydan çox bir müddət keçəndən sonra direktor müavini Səfər Mehdiyevin imzası ilə aldığım cavabda göstərilib ki, ailəmizin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün mən elektron müraciət etməliyəm.

Hörmətli Mehriban xanım!

Özümə yazığım gəlməsinin elə səbəblərindən biri də budur. Hansı ünvanlı sosial yardımdan söhbət gedə bilər? Məgər mən onlardan ünvanlı sosial yardım istəmişəm? Doğrudanmı, bizim taleyimiz oxuyub dərk edə bilməyən gerizəkalıların əlindədir?

Yuxarıda qeyd etdiyim kimi mən Qarabağ müharibəsində bir neçə yerimdən yaralanmışam, hərəkətimdə məhdudiyyət var. Lənətəgəlmiş Səlim Müslümov nazir olan vaxtlar avtomobil növbəsinə götürmədilər. Mən də yazılı müraciət edərək Səlim Müslümovla görüşüb məsələyə aydınlıq gətirmək istədim. Məni və mənimlə birgə müraciət edən Qarabağ veteranı və illərlə müharibəni ən qaynar nöqtələrində olan zabit, müharibə veteranı Hüseynov Nurəddin Muxtar oğlunu Firudin adlı bir əxlaqsız nazirliyə dəvət etdi, biz 4 saat orada gözləyəndən sonra qapıda duran polisdən soruşduq ki, Firudin bizə deyir ki, tədbirdəyəm, gözləyin, tədbir qurtarmadı? Polis gülə-gülə dedi ki, Firudin 20 dəqiqə tədbirdə olub, 3 saatdır ki, yerində oturub. Sonra biz Firudinin otağına daxil olub onun bu hərəkətinin adını soruşduq. Səlim Müslümova əshabəlik eləyən bu canlı varlıq bu yaramaz hərəkətinə cavab tapa bilmədi. Biz də öz sözümüzü onun sürtülmüş sifətinə deyərək nazirliyi tərk etdik.

Hörmətli Mehriban xanım!

Qeyd etdiyim kimi mənim ailəm uzun müddətdir ki, zavodun həyətində qeyri-yaşayış sahəsində məskunlaşıb. Dəfələrlə, bəlkə də yüzə yaxın müraciətlər edərək mənim və həyat yoldaşımın sağlamlıq durumunu, mənim Qarabağ əlili kimi imtiyazlı olduğumu nəzərə alaraq mənim də ailəmə məcburi köçkünlər üçün inşa edilən binalardan mənzil verilməsini xahiş etmişəm. Məni futbol topu kimi bir-birinin üstünə atıblar. Azərbaycan Respublikasının Qanunu var, həmin Qanunda açıq-aşkar qeyd olunur ki, müharibə əlilləri güzəştli əsaslarla birincilər sırasında mənzillə təmin olunur. Düz, 20 ildir ki, “mənə bu qanun şamil edilir”. Yaxşı mənzil olmaz, avtomobil növbəsinə dayanmaq olmaz, onda bəs nə olar? Bu sualın cavabını kimdən alım?

Başqa bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. 2019-cu ilin əvvəllərində Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə müraciət edərək mənə bir ədəd Naftalan sanatoriyasında müalicə kursu keçmək üçün putyovka verilməsini xahiş etdim. Mənə konfederasiyadan zəng edib soruşdular ki, iş yerin haradır? Mən də cavab verdim ki, Qarabağ əliliyəm, mən sovetlər dövründə kalxozda işləmişəm, sonra sovet ordusuna, oradan da Milli Orduya gedib 4 ilə yaxın müharibədə olmuşam, indi əliləm, işləmirəm. Bundan sonra mənə başqa bir yerdən, Azərbaycan kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri (Kənd-Qida-İş) Həmkarlar İttifaqının Federasiyasından məktub gəldi. Bu məktub da həm gülməlidir, həm ağlamalı. Cavabda bildirilir ki, növbəyə alınmağım üçün iş yerindən arayış və s. təqdim etməliyəm. İş yerim kalxoz olub, sovetlər də dağılıb, kolxoz da, kolxozun yerləşdiyi Cəbrayıl rayonu da.

Hörmətli Mehriban xanım!

İndi özünüz nəticə çıxarın, mənim özümə yazığım gəlsin, ya gəlməsin? Yuxarıda qeyd etdiyim məsələlər, mənzillə, avtomobillə, ildə bir dəfə ƏMƏSMN-dən birdəfəlik yardım almaq da, ildə bir dəfə sanatoriya müalicəsi götürmək də mənim haqqımdır. Mən bu dövlət üçün qanımı töküb əlil olmuşam. Necə olur, bizim vəzifə sahibləri dünyanın, o cümlədən ölkəmizin hər yerində dəyəri milyonlarla ölçülən imarətlər tikib yağın-balın içində yaşayırlar, ailələri bahalı avtomobil kolleksiyası yığır, mən və mənim kimi insanlara da zülm verməkdən isə yorulub dayanmırlar? Doğurdanmı, mən bu ölkədə heç bir hüququ olmayan qul, köləyəm? Məhz başıma bu neçə ildə gələn haqsızlıqları yadıma salanda özümə yazığım gəlir, özüm diri-diri özümə ağlayıram. Nə edim, başqa əlillər kimi çəliyi əlimə götürüb 20-30 nəfərlə yolları kəsək? Axı buna vicdanım yol vermir, mən bunu istəmirəm. Məni elə bir vəziyyətə salıblar ki, artıq görmə qabiliyyətim zəifləyib. Başıma gələn müsibətlərdən sadəcə birini nəzərinizə çatdırıram. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bir arayış almaq üçün 14 ay qapılarda sürünüb zülm çəkdim.

İndi isə ikinci bir zülmün içindəyəm. Belə ki, mən təqaüdə çıxanda pulun miqdarı düz hesablanmayıb. Mən 1994-cü ilin yanvar ayından 1996-cı ilin fevral ayına qədər Murovdağ yüksəkliklərində vuruşmuşam, ancaq təqaüd hesablananda mənim yüksəklikdə hərbi xidmətim nəzərə alınmayıb. Təqaüdün yenidən hesablanması üçün 2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciətlər etmişəm. Bundan əlavə Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəisi cənab Kişiyevə yazılı müraciət edərək qəbuluna getdim. Onun işçisi Emil adlı kapitan heç məndən ərizəni də götürmədi, 10 gün məni gözlədəndən sonra bildirdi ki, Rauf Kişiyevin qəbuluna təzədən yazılmalıyam. Daha sonra 18.02.2019-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Rəşad Qənbərovun imzası ilə aldığım məktubda göstərilib ki, 172 №-li hərbi hissənin pul təminatlarının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün arayış verə bilməzlər. Mənim xidmət etdiyim hərbi hissə bu gün də Murovdağ yüksəkliklərində yerləşir. İndi Müdafiə Nazirliyindən bu haqda bir arayış almaq böyük bir problemə çevrilib.
Hörmətli Mehriban xanım!

Sizdən rica edirəm ki, nümayəndəniz məni qəbul edib dinləsin, bəlkə bu haqsızlıqlara bir son qoyula. Mənim başqa sözüm yoxdur.

Qoşma – vərəq

İmza: Məstəliyev Kamal İ.

II qrup Qarabağ əlili









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru