BAKIDA MAVİLƏRİN PARADI İLƏ BAĞLI ŞOK XƏBƏR
Tarix: 12-01-2012, 12:08 |
Çap et
GEY-PARAD MÜZAKİRƏLƏRİ GƏRGİNLİYƏ SƏBƏB OLDU!
İki gün əvvəl 22-26 may 2012-ci il tarixində Bakıda gey-parad keçiriləcəyi ilə bağlı məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Azərbaycanda keçiriləcək Avroviziya-2012 mahnı yarışmasından əvvəl paytaxt Bakıda İngiliscədə adı "gay pride parade" ("homoseksualların qürur paradı") olan aksiya keçiriləcək. Bu barədə geylərin rəsmi saytında da məlumat yerləşdirilmişdi.
Bu xəbərdən sonra ölkədə böyük ajiotaj yaranmışdı. Və dünən demək olar ki, bütün Facebook qruplarında ciddi müzakirələr aparılaraq, aksiya sərt şəkildə pislənilmişdi.
Aldığımız məlumata görə, məsələ ilə bağlı hakimiyyət daxilində də ciddi narahatçılıq yaranıb və bu məsələnin böyük problem yarada biləcəyi gündəmə gəlib.
Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, bu gün gey-paradla bağlı Azərbaycan hakimiyyəti yekun söz deyərək, aksiyanın keçirilməməsi qərarını verib. Və bu yöndə ilkin addım da atılıb. 26 may 2012-ci il tarixində Azərbaycan keçiriləcək Avroviziya-2012 yarışması ərəfəsində, yəni 22-26 may tarixində Bakıda gey-paradın keçiriləcəyinin açıqlandığı saytdan Azərbaycanın adının çıxarılması göstərişi verilib. Bu gün səhərdən artıq həmin saytdan Azərbaycanın adı çıxarılıb.
Yəqin ki, bu xəbər demək olar bütün Azərbaycan üçün sevindiricidir. Çünki Vətənini sevən heç kəs bu cür yürüşlərdə ölkəsinin adının hallandırılmasını istəməz.