İŞ ADAMI FHN ŞEFİNİN ADINDAN İSTİFADƏ EDİR
Tarix: 15-08-2013, 12:57 | Çap et
Virtualaz.org saytının redaksiyasına Bakının Alatava qəsəbəsindəki daş bazarı ilə bağlı ilginc məlumat daxil olub. Xəbərdə bildirilirdi ki, Alatava, 2 ünvanında yerləşən daş bazarı narkomanların məkanına çevrilib. Axşamlar daş bazarındakı səyyar kafelərə toplaşan narkomanlar səhərədək yüngülxasiyyətli qadınlarla əylənir, qumar məclisləri də təşkil edirlər.
Adının açıqlanmasını istəməyən yük maşını sürücülərindən bir qrupunun sözlərinə görə, kafe əməkdaşları hər gün səhər tezdən bazar ərazisinə atılmış birdəfəlik şprisləri toplayaraq torpağa basdırırlar. Bununla da daş bazarının narkomanların oylağı olduğunu göstərən izləri və dəlil-sübutu gizlətməyə çalışırlar...
Bu məlumat bizə çox maraqlı gəldiyi üçün deyilən ünvana üz tutduq. Uçub-dağılmış yollar, ətrafı basmış zibil tayaları, köhnə, yararsız maşınlarla və dəmir-dümürlə dolu olan bu ərazi ilk baxışdan xarabalığa bənzəyir. Bir qədər irəlidə isə sayı-hesabı bəlli olmayan səyyar satış obyektləri sıralanır.
Bazardakı antisanitariya vəziyyəti ərazini daha da dözülməz edib. Qeyd etdiyimiz kimi, bazarda saysız-hesabsız, pinti görkəmli səyyar və oturaq çayxana, pivəxana və kafelər də fəaliyyət göstərir. Ətrafı bürümüş kabab iyi bazara girənlərə “gəl-gəl” deyir. Amma sanki illərdir silinməyən masalar, sınıq və çirkli qablarda təqdim edilən yeməklər adamı iyrənməyə salır.
Amma kafe və çayxanalarda müştərilər kifayət qədərdir. Çünki bazarda alver edənlərin başqa seçim imkanı yoxdur. Müştərilərə təqdim edilən yeməklərdə istifadə olunan ərzaqlarla, mətbəxin durumu ilə maraqlanmaq istəyirik. Aldığımız cavab isə... Çəkiliş aparmağımıza imkan vermirlər. Amma bu arada öyrənirik ki, müştərilərə təklif edilən ərzaqlar elə bazarlardan alınaraq birbaşa qazana tökülür. Yuyulub təmizlənmədən... Ərzaqların saxlanma şəraiti də elə bişirmə şəraiti qədər iyrənc və ürəkbulandırandır.
Kafe əməkdaşlarının tibbi müayinədən keçib-keçmədiyinə gəldikdə isə sualımızı istehza ilə qarşılayırlar. Bir sözlə, bazardakı çayxana və kafelərdə zəhərlənmələrdən tutmuş vərəm, brüsellyoz və digər yoluxucu xəstəliklərə yaxalanma ehtimalı çox yüksəkdir.
Bu arada kafelərlə maraqlanmağımız yaxınlıqdakı avtomobil təmiri sexində çalışanların diqqətini çəkir. Onların rəhbəri, obyektin sahibi olduğunu deyən şəxs bizə yaxınlaşır. Adını deməkdən israrla imtina edən şəxs əvvəlcə jurnalist vəsiqəmizi yoxlayır, sonra isə bizə vəziyyətdən “çıxış yolu” təklif edir. “Gəl sizə 100 manat verək, gedin çörəkpulu edin” - deyir.
Bizə rüşvət təklif edən həmin şəxs puldan qətiyyətlə imtina etdiyimizi görüb şantaja keçir: “Polisə də, vergiyə də, Nəsimi Rayon İcra Hakimiyyətinə də, hələ nazirə də pul veririk. Bura Kəmaləddin Heydərovundur, biz də onun adamları. Sizin yazmağınızla heç nə dəyişməyəcək”.
Bəs bizə 100 manat təklif edən “obyektin sahibi, həmin şəxs” dediyimiz adam kimdir? Öyrənirik ki, bu adam daş bazarının Ələkrəm adlı müdirinin, necə deyərlər, sağ əli, pulyığanı və yaxın qohumudur. Onun adını dəqiqləşdirmək heç cür mümkün olmadı. Bunu isə öyrənirik ki, ərazi heç də fövqəladə hallar naziri Kəmaləddin Heydərova deyil, Afaq Yavər qızı Məmmədovaya məxsusdur. Bu bazara “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyəti nəzarət edir. Ərazi SC-nin mülkiyyətindədir. SC-nin əsas səhmləri də Afaq Məmmədovaya və onun yaxınlarına məxsusdur. Sadəcə olaraq bazar rəhbərliyi öz qanunsuz əməllərini ört-basdır etmək üçün həmişə gah K.Heydərovun, gah da digər nazirlərin adından istifadə edir.
“Buradakı obyektlər icarəyə verilib”. Bunu da avtomobil təmiri məntəqəsinin adını demək istəməyən əməkdaşı söyləyir. Lakin ərazidəki çayxana və kafelərin, avtotəmir və mebel sexlərinin, istilik sistemləri mərkəzinin sahibləri icarə müqaviləsini bizə təqdim edə bilmədilər.
Ümumiyyətlə, obyektlərin hansına yaxınlaşdıqsa, satıcılar və servis əməkdaşları müdir və rəhbərlərinin orada olmadığını və ona görə də sənəd təqdim edə bilməyəcəklərini dedilər.
Bəs vergi? Bu obyektlər vergi ödəyirmi? Hər vasitə ilə araşdırmamıza mane olmağa çalışan avtotəmir məntəqəsinin əməkdaşı bu daş bazarının paytaxtın ən böyük bazarlarından olduğunu təsdiqləyir. Elə müşahidələrimiz də burada qızğın alverin getdiyini söyləməyə əsas verir. Diqqətimizi çəkən digər məqam isə ərazidə olan maşınlardan yer haqqı alınmasıdır. Maşın sahibləri həm də dayanacaqdan istifadə etdikləri üçün bir növ havayı pul ödəməyə məcburdur.
Bəs bu pullar hara, kimin cibinə gedir? Bunu bilən yoxdur. Alqı-satqıdan, icarədən dövlətə ödənilən verginin məbləğini öyrənə bilmirik. Bəllidir ki, hər gün on minlərlə manat dövriyyəsi olan bazardan dövlət büdcəsinə də sanballı vergi ödənilməlidir. Və jurnalistin ödənilən verginin məbləği ilə bağlı sualı az qala dövlət sirrinin açılması kimi qəzəblə qarşılana bilməz.
Suallarımızı cavablandırmaqdan çəkinən bazar əməkdaşlarından bəzi məlumatları öyrənməyə nail oluruq. Onların sözlərinə görə, təxminən 4 hektar ərazini əhatə edən bazar Afaq Yavər qızı Məmmədovanın adına rəsmiləşdirilsə də obyekt faktiki olaraq onun həyat yoldaşı, iş adamı Fəraməz Nurulla oğlu Məmmədova məxsusdur. F.Məmmədov vaxtilə iqtisadi cinayətkarlıqda ittiham edildiyindən və ona açılan cinayət işi hələ də açıq qaldığından maraqlı bir fənd işlədib. İş adamı həyat yoldaşı Afaq Məmmədovadan məqsədli şəkildə rəsmi olaraq ayrılıb ki, cinayət işinin təzələnəcəyi təqdirdə əmlakı müsadirə olunub əlindən çıxmasın. Yəni o, əmlakının itirilməsi ehtimalını nəzərə alaraq bazarı sonradan kağız üstündə boşandığı xanımının adına rəsmiləşdirib. F.Məmmədov vergidən gizlətdiyi pullar hesabına “Yüksəl-inşaat” MTK yaradaraq hazırda 7-ci mikroyayon ərazisində (habelə xaricdə) çoxmərtəbəli binaların tikintisi ilə məşğuldur. Vergidən gizlətdiyi pullarla biznesini genişləndirir. Daş bazarını isə F.Məmmədovun Ələkrəm adlı kürəkəni işlədir.
Onu da öyrəndik ki, ərazinin abadlaşdırılması, heç olmasa bazarın ərazisinin asfaltlanması təklif edilsə də F.Məmmədov bununla razılaşmayıb. O deyib: “Əgər bazarı abadlaşdırsam, bu səliqə-sahman diqqəti tez cəlb edər. Onda verginin əlindən qurtara bilmərəm. Hər gün gələcəklər ki, vergi ödə”.
Bir daha qeyd edək ki, F.Məmmədov və adamları bazara gələn dövlət qurumlarının, məsələn, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrini ayrı-ayrı iri nazirlərin adını çəkməklə qorxudub geri qaytarırlar.
Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda daş bazarının hansı maxinasiyalarla özəlləşdirilməsi, bu zaman digər səhmdarların hüquqlarının necə pozulması ilə bağlı məlumatlar verəcəyik. Həmçinin Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, hüquq-mühafizə orqanlarının münasibətlərini təqdim edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
|