Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın mövqeyinə ciddi təsir göstərəcək. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı Mehriban Vəliyeva “Sherg.az”a bildirib ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya hələlik kağız parçasından başqa bir şey deyil:
“Xartiya yanvarın 14-də- Bayden administrasiyasının hakimiyyətdən getməsindən 6 gün öncə imzalandı. 6 gün ərzində sazişin müddəlarını icra etmək praktiki cəhətdən mümkün deyil. Ötən gün hakimiyyətə gələn Donald Tramp administrasiyasının isə bu sənədə necə yanaşacağını indidən söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma müşahidələr göstərir ki, Donald Tramp sələfinin imzaladığı bəzi qərarları ləğv edir və onları səhv adlandırır. Ümid edək ki, Tramp eyni münasibəti ABŞ ilə Ermənistan arasından imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyaya da göstərəcək”.
Deputatın sözlərinə görə, bütün hallarda Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir: “Ermənistanın hansı ölkə ilə hansı formada əməkdaşlıq etməsi onun suveren hüququdur. Amma biz görürük ki, İrəvan bu hüquqdan sui-istifadə edir, revanşizmə meyllənir, gərginliyi artırır. Mətbuatda yayılan son məlumatlara görə, Ermənistan ordusu Zəngəzurda yeni hərbi hissə tikir. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu faktla ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya arasında hansısa əlaqələrin olması barədə qəti fikir səsləndirmək çətindir. Lakin görünən odur ki, məlum sazişdən sonra ermənilərdə ruh yüksəkliyi, fəallıq yaranıb. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin gücləndiyi bir vaxtda özünü vasitəçi hesab edən bir ölkənin birtərəfli qaydada İrəvana bu cür dəstək verməsi heç cür anlaşılan deyil. 44 günlük Vətən müharibəsindən dərhal sonra ABŞ konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair heç bir addım atmamaqla ölkəmizə sanksiya tətbiq etdilər. Ermənistana gələndə isə biz bunun əksini görürük. ABŞ məhv olmaq təhlükəsi ilə üzləşən, qlobal layihələrdən çıxdaş edilən, qonşuları tərəfindən etibarsız ölkə imici qazanan, nüfuzu ciddi şəkildə zədələnən Ermənistanı ayaqda saxlamaq üçün bu cür addımlar atır. Ermənistanın qlobal qarşıdurmaların poliqonuna çevrilməsi Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rusiya, İran, Avropa və ABŞ-nin qarşıdurma mərkəzinə çevrilməkdə olan Ermənistan regionda həssas olan gərginliyi bir qədər də artıracaq. İrəvan ABŞ ilə belə bir saziş imzalamaqla üzvü olduğu KTMT, Avrasiya İttifaqı və digər birliklərin maraqlarını tapdaladı. Bu isə Ermənistan xalqı üçün böyük risklər yaradır. İqtisadiyyatı əsasən Rusiyadan asılı olan, İranı özünə dost-qardaş hesab edən bir dövlətin ABŞ hərbi missiyasını ölkəyə dəvət etməsi və sərhədlərini onlara həvalə etməsi heç bir siyasi etikaya, məntiqə sığmır”.
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır: “Cənab Prezident Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində Bakının qarşıdakı dövrdə nəqliyyat xətlərinə xüsusi önəm verəcəyini bildirdi. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Azərbaycan Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dünyanın aparıcı ölkələri, o cümlədən Tramp administrasiyası bu bu nəqliyyat qovşaqlarını dəstəkləyir. Ötən gün andiçmə mərasimi olan Donald Tramp əsas proqramlarını açıqladı. Bunlar daha çox ABŞ-nin daxili məsələləri ilə bağlı idi; miqrasiya, Qrenlandiya adası, Meksika körfəzi və Panama kanalına sahiblik məsələləri, Marsa bayraq sancmaq və s. bu kimi istiqamətlər Tramp administrasiyasi üçün daha prioritetdir. O, hətta çıxışında Ukrayna-Rusiya münaqişəsinin də adını konkret olaraq çəkmədi. Ümumi olaraq qeyd etdi ki, ölkəsi münaqişələrə son qoymaq üçün imkanlara sahibdir. Bu mənada düşünmürəm ki, Tramp Ermənistanı birtərəfli qaydada gücləndirməklə regionda hərbi gərginlik yaratmaq istəyində olsun”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
|