Azərbaycan dövləti Səfər Əbiyev həm də ona görə vətənə qaytarmaq zorundadır ki… - Keçmiş nazir Bakıya gəlməyə hazırlaşır
Tarix: 29-08-2014, 11:28 |
Çap et
DİA.AZ: - Hazırda Avropada yaşayan və orada müalicə olunduğu deyilən Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Azərbaycana gələ bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə xəbər verib.
İnformasiyanı verən qaynaq iddia edir ki, keçmiş nazir həbs olunmuş hərbçilərin işi ilə əlaqədar Bakıya çağrılıb: «Bu isə çox ciddi məsələdir. Yəni Səfər Əbiyevə qarşı hər an hansısa tədbir görülə bilər».
Xatırladaq ki, zaman-zaman yerli KİV-lərdə sabiq nazirin həbs ediləcəyi haqda məlumatlar yayılıb. diaaz.space-a daxil olan son məlumatda isə bildirilir ki, Səfər Əbiyevin Azərbaycana çağrılması həm də dövlətçilik baxımından atılan addımdır:
«Əslində bu cür sabiq məmurlar dövlət qarşısında xüsusi öhdəlik götürürlər. Səfər Əbiyev nazir olduğu dönəmlərdə Azərbaycanın hərbi potensialına yaxşı bələd olduğundan o, həm də dövlət sirrlərinin daşıyıcısı hesab olunur. Ona görə də belə bir adamın xaricdə uzun müddətə qalması təhlükəli hesab oluna bilər».