MTN-çi generallar azadlıqda: bəs milyonlarla ölçülən zərəri kim ödəyəcək? - MÜƏMMA
Tarix: 9-04-2020, 12:47 | Çap et
Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generalları Akif Çovdarovla Sübahir Qurbanova qarşı mülki iddialar havada qalıb. Mövcud qanunvericiliyə görə, 30 il ərzində belə iddialar üzrə icraat başa çatdırılmalıdır. Yəni Akif Çovdarovla Sübahir Qurbanov vəzifədə olarkən vətəndaşlara vurduqları ziyanın qarşılığını 30 il müddətində ödəməlidirlər.
Artiq bəllidir ki, eks-generallar “koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin müraciətlərinə” baxıldıqdan sonra azadlığa çıxıblar. Onların hər ikisi digər MTN-çilərlə birgə 2015-ci ilin oktyabrında məlum olaylardan sonra həbs edilmişdilər. Bundan sonra barələrində prokurorluğa yüzlərlə şikayət daxil olmuşdu.
Şikayətçilərin böyük əksəriyyəti də vaxtilə MTN əməkdaşları tərəfindən şərlənib həbs olunduğunu, yaxud həbslə, gizli videolarla hədələnib, əmlakının, külli miqdarda pulunun əlindən alındığını iddia edənlər idi. Həmin şikayətçilərin bir qismi sonradan cinayət məsuliyyətinə cəlb olunmuş sabiq MTN-çilərin işində zərərçəkmiş qismində tanındılar, dindirildilər, pullarını əllərindən aldığını iddia etdikləri adamlarla üzləşdirildilər, məhkəmədə iştirak etdilər, mülki iddiaçılar kimi tanındılar.
“MTN işi” ilə bağlı bu nazirlikdən 21 nəfər cinayət məsuliyyətinə cəlb olundu. Onların arasında nazirliyin müxtəlif idarələrinə rəhbərlik etmiş generallar – Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, Əməliyyat-Texniki İdarənin rəisi Natəvan Mürvətova da var idi. Həmin 21 nəfərin 20-si həbs olundu, təqsirləndirilənlər arasında yeganə qadın olan Natəvan Mürvətova barəsində isə istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.
Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun MTN-dəki əməliyyatı nəticəsində həbs olunanlardan biri – nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən az sonra – 2015-ci il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar etdi. Qalan 20 nəfərin barəsindəki cinayət işi isə bir neçə yerə bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərildi. Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş 3 nəfər birlikdə mühakimə olundu. Elçin Quliyev də sabiq işçisi Azər Mehdiyevlə birlikdə məhkəmə qarşısına çıxarıldı. MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsində sabiq şöbə rəisi Mirəziz Əsgərovun hər birinin işinə ayrıca baxıldı. Qalan 12 nəfərin, o cümlədən generallar S.Qurbanov, T.Quliyev və N.Mürvətovanın işinə isə birlikdə baxıldı. Onlara 3 ildən 12 ilə qədər həbs cəzası verildi. Eyni zamanda, rütbələrinin geri alınması üçün müvafiq dövlət orqanlarına təqdimat göndərilməsi də hökmdə öz əksini tapıb.
Onu da qeyd edək ki, Sübahir Qurbanov və digərilərinin cinayət işi üzrə 25 nəfər zərərçəkən şəxs mülki iddia ilə bağlı vəsatət qaldırmışdılar. Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulmuşdu.
Həbsdəki MTN-çilərin bir neçəsinin məhkəməsi yekunlaşan ərəfədə Eldar Mahmudovun əmisi oğlu və köməkçisi Vüqar Mahmudov həbsə alınmışdı. Ən sonda həbs olunan Vüqar Mahmudovu digər MTN-çilərdən daha erkən azad etdilər. Onun azad olunması Eldar Mahmudovun ad gününə təsadüf elədi...
MTN-çilərin işi ayrılanda zərərçəkmişlər də epizodlar üzrə bölüşdürülmüşdü. Yəni hər qrupun işi üzrə zərərçəkmişlər fərqli idi. Zərərçəkmişlər təqsirləndirilən şəxslərin əleyhinə ifadə verib cəzalandırılmalarını tələb etsələr də, ən əsas istəkləri vaxtilə onlardan alındığını iddia etdikləri pulların geri qaytarılması idi. Bunu məhkəmədə də dönə-dönə tələb edirdilər. Əksəriyyət ona dəymiş ziyanın ödənilməsi üçün məhkəmədə mülki iddialar da qaldırmışdılar.
MTN işində mülki iddiaçılar arasında zərərçəkmiş şəxslərlə yanaşı, bu nazirliyin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti də var. Çünki ittiham epizodlarından biri də agentura və əməliyyatlar üçün büdcədən ayrılmış milyonlarla vəsaitin mənimsənilməsi ilə əlaqədar idi. Akif Çovdarova qarşı mülki iddia qaldıranlar sırasında Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov da vardı. Tağı Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın generaldan tutularaq geri qaytarılmasını tələb etmişdi. Bundan başqa “Karvansaray-2010” MMC-nin təsisçisi Nizami Quliyev MTN generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdı. İttiham aktına əsasən, göstərilən təhdid və təzyiqlər nəticəsində onun obyektinə əl qoyulub və “Karvansaray” Ticarət Mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncə yoluyla alınıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə “Karvansaray” epizodu sübuta yetirilməyib və həmin epiozod üzrə cinayət təqibinə xitam verilib, bu işdə zərərçəkmişlərin mülki iddiası təmin olunmayıb.
Çovdarovun cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdı. Onun ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulmuşdu. Çovdarovgilin işində DTX 2 milyon 917 min manat, E.Quliyevin məhkəməsində 7 milyon 736 min, S.Qurbanov və daha 11 nəfərin məhkəməsində 1 milyon manatlıq mülki iddia qaldırıb. A.Çovdarov, S.Qurbanovun, E.Quliyevin məhkəməsinin sonunda DTX-nın mülki iddiaları təmin olunub, təqsirləndirilən MTN-çilərin əmlaklarının müsadirə olunub, dövlət nəfinə keçirilməsinə qərar verilib.
Məsələnin maraqlı tərəfi odur ki, DTX-nın mülki iddiaları təmin olunsa da, zərərçəkmişlərə bu məsələdə fərqli münasibət göstərilib. Yüzdən artıq zərərçəkmişdən yalnız birinin mülki iddiası təmin olunub. O da MTN polkovniki Vüsal Ələkbərovun işi üzrə zərərçəkmişlərdən biri Akif Qurbanovdur. Bir neçə tikinti şirkətinə rəhbərlik edən Akif Qurbanov eyni zamanda, Sabunçu rayonu, 13-cü polis bölməsinin keçmiş rəisi Vüqar Qurbanovun atasıdır. Hadisə baş verən vaxt da polis rəisi olub. İş materiallarına görə, atasının MTN-dən buraxılmasından ötrü 1 milyon manatı da elə o dövrdə Vüqar Qurbanov özü aparıb Vüsal Ələkbərova verib. Elə Ələkbərovun işində bir xeyli başqa zərərçəkmişlər də vardı. MTN 2012-ci ildə “Texnikabank” işini araşdıranda həmin zərərçəkmişlərdən bir neçəsinin o bankda böyük məbləğdə pulu olduğunu üzə çıxarmışdı. Bundan sonra o adamlar həbs olunmuşdular. Cinayət işinin materiallarında yazılanlara görə, onlar ay yarım-iki ay həbsdə saxlanılıblar, yaxınları tələb olunan məbləği toplayıb, gətirib verəndən sonra azadlığa çıxıblar. Həbsdə olmuş zərərçəkmişlərdən Nizami Kazımov, Hüseyn Səfərov iddia edir ki, o vaxt yaxınlarından 2 milyon pul alınıb. Məhkəmədə də bu məbləğdə mülki iddia qaldırmışdılar, amma təmin olunmadı.
Ümumiyyətlə, zərərçəkmişlər MTN işi üzrə zərərçəkmişlər bu prosesin nəticəsindən, çıxarılan hökmlərdən narazı qalıblar. Onları narazı salan əsas məqam isə dəymiş ziyanın ödənilməməsidir.
Zərərçəkmiş iş adamlarının mülki iddialarının təmin olunmamasını məhkəmə belə əsaslandırıb ki, keçmiş MTN-çilər onlardan pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər. Zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin olunmasına gəlincə, məhkəmə belə nəticəyə gəlib ki, ondan pul hədə-qorxu ilə alınıb. Məhkəmənin hökmündə zərərçəkənlərə tövsiyə edilib ki, təqsirləndirilənlərə qarşı mülki qaydada şikayət etsinlər. Bu da zərərçəkənləri narazı salıb.
Məsələn zərərçəkmişlərdən Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşları da MTN işi üzrə nəticədən narazı olanlardandır. Cinayət işinin materiallarında yazılıb ki, Səfərov qardaşlarını zorla MTN-ə gətirib, orada onları döyüb-söyüb, “8-ci kilometr” bazarını əllərindən alıblar. Bazar Akif Çovdarovla keçmiş nazir müavini Hilal Əsədov arasında bölüşdürülüb. Səhmlərin 50 faizi Çovdarovun qızının, qalan yarısı da Əsədovun həyat yoldaşının adına keçirilib. Amma Çovdarovgilin işi üzrə hökmdə bazarın Səfərov qardaşlarına qaytarılması yox, dövlət nəfinə keçirilməsinə qərar verildi. Bu da Səfərov qardaşlarıın etirazına səbəb olub. Salman Səfərovun sözlərinə görə, məhkəmə belə nəticəyə gəlib ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həmin bazarı gerçək sahibinin əlindən zorla alaraq, idarə eləmək üçün qardaşlara verib. Amma S.Səfərov bu haqda yazılanlarla razılaşmır: “Bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Məhkəmə ortaya bunu təsdiqləyən bir sübut qoya bilmədi. Amma hökmdə yazdılar ki, bazar Fərhad Əliyevindir, ona görə də dövlətə keçir. Əgər bazar Fərhad Əlievindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər. Eləmədilər. Faktiki quldurluqla əlimizdən alınan bazarı Fərhad Əliyevin adına çıxarmaqla dövlətə keçirdilər...”
Zərərçəkmişlər məhkəmənin A.Çovdarova 12 il həbs cəzası verilməsindən də narazı idilər. Ona görə apelyasiya şikayətində Çovdarovun cəzasının ağırlaşdırılmasını, onun ömürlük azadlıqdan məhrum edilməsini tələb edirdilər. Səfərovların tələblərindən biri də keçmiş nazir müavini Hilal Əsədovun barəsində xüsusi qərar çıxarılması və onun cinayət məsuliyyətinə cəlb olunması idi...
Zərərçəkmişlərin bir çoxu məhkəmədə ifadələrində keçmiş nazir Eldar Mahmudov və MTN-in İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin məsuliyyətə cəlb olunmamasına etirazlarını bildiriblər. MTN polkovniki V.Ələkbərovun işi üzrə hökmdə adları çəkilən generallarla bağlı məsələ də öz əksini tapıb. Onların barəsində araşdırma aparılması üçün xüsusi qərar çıxarılaraq, prokurorluğa göndərilib. Bu qərarın qəbulundan yarım ilə qədər vaxt keçsə də, hələ də ortada heç bir nəticə yoxdur... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58 |
|
|
|
• Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43 |
|
|
|
• Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17 |
|
|
|
• Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11 |
|
|
|
• 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10 |
|
|
|
• Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08 |
|
|
|
• Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05 |
|
|
|
• Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04 |
|
|
|
• Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01 |
|
|
|
• Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00 |
|
|
|
• Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58 |
|
|
|
• “Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55 |
|
|
|
• Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51 |
|
|
|
• Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48 |
|
|
|
• Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43 |
|
|
|
• ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40 |
|
|
|
• "Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37 |
|
|
|
• Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34 |
|
|
|
• "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33 |
|
|
|
• AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31 |
|
|
|
• “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24 |
|
|
|
• Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14 |
|
|
|
• Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
• “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08 |
|
|
|
• Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04 |
|
|
|
• Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00 |
|
|
|
• Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59 |
|
|
|
• Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57 |
|
|
|
• Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56 |
|
|
|
|