Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... .....                     Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib .....                     Azərbaycan 16 min manata 6 baş eşşək aldı .....                     "Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" .....                     "O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." .....                     “Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı .....                     “Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” .....                     Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! .....                     Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə .....                     Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib .....                     Ermənistan sülh əleyhinə silahlanır .....                     ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... .....                     Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır .....                     Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb .....                     SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... .....                     Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib .....                     Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir .....                     Ermənistanda məhbus dilini kəsib .....                     Mollalardan daha bir təxribat: .....                     Bakı və İrəvan razılığa gələ bilər, amma... .....                     “Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...” .....                     Sabiq nazir müavininə ağır itki .....                     Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: .....                     Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... .....                     Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib .....                     Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR .....                     Paşinyan xalqını hələ də inandıra bilmir .....                     Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək .....                     `Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... .....                     “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən .....                     Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... .....                     İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... .....                     Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır .....                     Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR .....                     Su müharibələri genişlənir: ilk qalib Bakıdır! .....                     Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... .....                     Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? .....                     Qəzadan sonrakı iki dezinformasiya… .....                     AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU .....                     Daha bir qazi adam bıçaqladı .....                 

"Bunu mənə hər yerdə həm deyirlər, həm də yazırlar..."
Tarix: 10-12-2024, 00:25 | Çap et
"Bunu mənə hər yerdə həm deyirlər, həm də yazırlar..."
“Aztv və İtv-nin efirində bayağı, sənəti olmayan müğənniləri görə bilməzsən”

“Hər zaman gördüyüm işlərin hesabatını verirəm. Dekabr ayında sözləri Teymur Elçin, musiqisi Fikrət Əmirovun olan “De görüm, neyləmişəm” adlı mahnım dinləyicilərin ixtiyarına verildi. Noyabrın 8-i zəfər gününə özəl sözləri Rəsul Rza, musiqisi Rauf Hacıyevin “Vətən dedim” parçası işıq üzü gördü. Oktyabrda söz və musiqisi Gülşən Rafiqqızının olan “Bu günlə yaşa” treki, sentyabrda isə söz və musiqisi Elnarə Xəlilovaya aid “Elin Şadı” mahnım dinləyicilərin ixtiyarına verilib. Ən son klip avqust ayında-sözləri Mərhəmət Mehdiyev, musiqisi Məryəm Əlibəyliyə aid “Günəbaxan” mahnısına həyat yoldaşım Rövşən Cahangirov tərəfindən Laçında çəkildi. Məşhur “Kukla” mahnısına çəkilən klip isə youtube platforması üzərindən qısa zaman kəsiyində orqanik olaraq 3 milyon yarıma yaxın baxış sayı toplayıb. Bu son 6 ayın hesabatıdır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib.

O daha sonra bildirib ki, bu gün yazıb-yaradan bəstəkarlarımız, onların yazdıqlarını ifa edən sənətkarlarımız çoxdur. Lakin onlar da bayağı musiqi ilə bir o qədər də mübarizə apara bilmirlər:

“Böyük bəstəkarlarımız Faiq Sücəddinov, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Sevda Məmmədli, Məryəm Əlibəyli bu gün də yazır və yaradır. Ən son H.Əliyev adına sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq yubileyində bütün əsərlər simfonik orkestr üçün yazılmış partituralarla ifa olundu. Bəstəkarlar İttifaqının 90 illik yubileyində Sevda Məmmədli və DSX xalq çalğı alətləri ansamblı ilə canlı 2 nömrə ifa etdik. Muğam ifaçılarımızdan Mənsum İbrahimovla avqust ayında bir duet ərsəyə gətirdik. Əsl sənətkarlar heç vaxt nə musiqimizi, nə mədəniyyətimizi korlanmağa qoymurlar. Onlar həqiqətən də sənətə karı, xeyri, faydası olanlardır. Bu mənada Aztv və İtv-nin bu sənət nümunələrini seçərək göstərməyində çox böyük xidmətləri var. Bu 2 kanalın efirində də biz heç vaxt sənəti olmayanları görə bilmərik. Ancaq təəssüf ki, azlıq çoxluğa tabe olduğundan və sosial şəbəkələrin əksəriyyətində Afrika xalq mahnılarının baxış sayı pulla alındığından bəzən insanlarda yanlış fikir formalaşa bilir ki, zövqlər dəyişib, ancaq elə deyil. Azərbaycan Musiqisi Üzeyir Hacıbəyovlar, Qara Qarayevlər, Fikrət Əmirovlar, Səid Rüstəmovlar, Elza İbrahimovalar, Ramiz Mirişlilər, Vaqif Mustafazadələr, Rafiq Babayevlər, Müslüm Maqomayevlər, Rəşid Behbudovlar, Şövkət Ələkbərovalar, Fidan və Xuraman Qasımovalar, Əlibaba Məmmədovlar, Arif Babayevlər, Zeynəb Xanlarovalar, Flora Kərimovalar yetişdirən musiqi mədəniyyəti olub həmişə. Ona görə də biz hamımız əksər vaxt onlardan nümunə götürməliyik, afrikalılardan yox” deyə sənətçi bildirib.

Elnarə Xəlilova bildirib ki, indiyə qədər fəxri adının olmaması onun sənətə qarşı olan həvəsini qətiyyən azaltmır. Əksinə:

“Hər bir halda özümə həvəsdən düşməyi qadağan etmişəm və bu minvalla son 6 ildə ayda bir layihə edən yeganə sənətçiyəm. Hər bir işdə niyyət önəmlidir. Mən bu sənətə gələndə əsl sənətin nə olduğunu öyrənə bilmək üçün Azəri cazla başladım, ritm və bluzla davam etdim, hip-hop nümunələri göstərdim, daha sonra muğamlarımıza yiyələnmək üçün Milli Konservatoriyada oxudum, daha sonra 2 il rok ifa etdim və yenidən musiqinin pop janrına qayıtdım. Məqsədim və niyyətim hər zaman bu sənətin bütün incəliklərinə dərindən yiyələnmək olub-ona görə də mən bu amal uğrunda çalışıram-vuruşuram, hətta 6 ildir fəaliyyət göstərən “El” yaradıcılıq mərkəzinin yaradılması belə bu missiyanı daşıyır. Həm xalq arasında mən bu adı çoxdan qazanmışam. Bunu mənə hər yerdə həm deyirlər, həm də yazırlar. Odur ki, mən halımdan və yerimdən məmnunam” deyə müğənni bildirib.

Elnarə Xəlilova bildirib ki, dəvət aldığı hər toya getmir:

“Məni və sənətimi, əxlaqımı sevən hər bir kəs iki dünya bir olsa məni öz məclisinə dəvət etməyin yolunu tapır. Allaha şükür, bu gün dövlət tədbirlərində orkestrlə canlı ifalar da edirəm, xalq çalğı alətləri ansamblı ilə də canlı ifalar edirəm. Yeri gələndə rəqqaslarla şou da göstərirəm, necə deyərlər, hərəsinin öz yeri var. Bircə fonoqramla baş aldatmıram ki, o da mənim baş ucalığımdır. Odur ki, tamamilə zövq məsələsidir” deyə müğənni bildirib.

Müğənni bildirib ki, bu qədər qaçaqaçın içində ailəsinə də, ev işlərinə də vaxt ayıra bilir:

“İnandırım sizi, Elnarə Xəlilova hər işinə vaxt ayıra bilir. Bəlkə köməkçilərin ümidinə qalsaydım, yaxud sürücü aparıb gətirsəydi heç mən bu nəticələri verə bilməzdim. Maşallah, enerji var, potensial var, istedad, bacarıq və qabiliyyət də öz yerində. Odur ki, fərqlənə bilirəm və il ərzində gördüyüm bütün işlərdə, ailə, məişət, dövlət işi, yaradıcılıq məsələlərində xüsusi fərqlənməyi bacaranlardanam” deyə Elnarə Xəlilova bildirib.

Ötən gün sosial şəbəkələrdə ölkəmizdən parlaq ulduz adı ilə “Altın Kelebek”-ə qatılan sənətçilərimizi sərt tənqid etmişdilər. İzləyicilərin bir çoxu həmin şəxslərin ölkə miqyasında belə tanınmadığını bildirmişdi. Elnarə Xəlilova açıqlamasında “Altın kelebek”-ə qatılan sənətçiləri müdafiə edib:

“Mən Rilayanı da tanıdım, kifayət qədər istedadlı ifaçıdır, ancaq bizdə keyfiyyətli ifaçılar nisbətən az parlayır. Allah bütün gənclərin yolunu hər zaman açıq etsin, hər kimdilərsə hamısı öz azərbaycanlılarımızdır və qardaş Türkiyədə bizi təmsil edirlər. Əminəm, Sənubər xanım başda olmaqla, özlərini mədəniyyətimizin ən yaxşı təbliğ vasitəçiləri kimi göstərməyi bacarıblar” deyə müğənni bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... - MƏHKƏMƏ
Bu gün, 11:43
Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 11:42
Azərbaycan 16 min manata 6 baş eşşək aldı - Hər bir eşşək 2.663 manata başa gəlib
Bu gün, 11:40
"Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Bu gün, 11:34
"O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20
“Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17
“Gədəbəyin icra başçısı Orxan Mürsəlov şikayətçi olduğuma görə məni təngə gətirib” - ŞƏHİD ATASI GİLEYLƏNİR
Bu gün, 11:15
Zülfiyyə Xanbabayevadan ilin ilk layihəsi! - VİDEO
Bu gün, 11:06
Mərkəz Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Bu gün, 11:04
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:03
Ermənistan sülh əleyhinə silahlanır - Prezidentdən 2025 XƏBƏRDARLIĞI!
Bu gün, 11:02
ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:55
Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır - 250 min xərcləyəcək
Bu gün, 10:49
Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb
Bu gün, 10:48
SOCAR-da ALAÇİY KADR İSLAHATLARI... - Araşdırma aparıldığı deyilsə də...
Bu gün, 10:45
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:38
Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir - İLGİNC FAKTLAR...
Bu gün, 10:35
Ermənistanda məhbus dilini kəsib
Bu gün, 10:32
Mollalardan daha bir təxribat: - Bu dəfə də Bakı və Ankara “hədəf” alınıb
Bu gün, 10:30
Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi
Bu gün, 10:27
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Bu gün, 10:23
Sabiq nazir müavininə ağır itki
Bu gün, 10:16
Laçın istiqamətindəki erməni təxribatının ŞOK SƏBƏBİ: - 5-ci kolon...
Bu gün, 10:14
Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... ONA KÖMƏK OLA BİLƏCƏKMİ?
Bu gün, 10:09
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:51
Ülvin Əliyev və Fuad İsayev yüksək vəzifəyə TƏYİN OLUNDULAR - ƏMR
Bu gün, 09:49
Paşinyan xalqını hələ də inandıra bilmir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:38
Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək – Avetisyan
Bu gün, 09:34
`Azercell`də işlənmiş nömrəni təzə adı ilə sırıyırlar... - ETİRAZ
Bu gün, 09:31
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:23
Neftçilərə daim diqqət və qayğı olmalıdır: BİZDƏ İSƏ... - ƏMƏKHAQQI DAVASI...
Bu gün, 09:20
İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur... - Ekspert danışır...
Bu gün, 09:10
Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...
Bu gün, 09:06
Şəhid qardaşını buna görə İŞDƏN QOVDULAR - MÜRACİƏT
Bu gün, 08:58
Su müharibələri genişlənir: ilk qalib Bakıdır! – Növbəti döyüş burada başladı
Bu gün, 08:53
Döşək üstündə bayraq qaldıranların "lotu"luğu... - AXI NİYƏ?..
Bu gün, 08:51
Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası
Bu gün, 08:50
Qəzadan sonrakı iki dezinformasiya… - elə bir həssas dönəmdəyik ki...
Bu gün, 08:47
AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU - “G1”
Bu gün, 08:45
Daha bir qazi adam bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:42
Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Bu gün, 08:37
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
Bu gün, 07:38
"Azərbaycan Dəmir Yolları"nda qanunsuzluq, yoxsa... - Departament rəhbəri məhkəməyə üz tutub
Bu gün, 07:35
“Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı” - İNCƏLƏMƏ
Bu gün, 07:17
Trampın hakimiyyəti müharibələr və xaos gətirəcək? - Yeni dünya xəritəsi cızılır
Bu gün, 07:14
Petrosyan etirafı ilə Sarkisyan və Köçəryanın qəbrini qazmış oldu - FAKT BUDUR!
Bu gün, 07:11
"Dəmir Cargo" vətəndaşı niyə narazı salıb? - GİLEY
Bu gün, 07:08
Paşinyanın real Ermənistanı: “Onu Qafqazda yox, Hindistanda axtarsın” - GƏLİŞMƏ
Bu gün, 07:05
Bu, Azərbaycan xalqına nifrətin izharıdır - Mixaylov
Bu gün, 07:03
Qubada bələdiyyə seçkisi TƏLAŞI... - İTTİHAM VAR...
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru