Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib .....                     Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                     Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib .....                     "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" .....                     Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı .....                     “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     Bakıda məşhur iş adamı həbs olundu .....                     “MTN işi” üzrə zərərçəkənlər etiraz edir .....                     Diqqət sərhəddə: .....                     Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə .....                     Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: .....                     Azərbaycan ÜST-dən çıxacaq? .....                     Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır .....                     Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... .....                     Hərbçimiz vəfat etdi .....                     Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata .....                     “Çinar Park” icarə haqqını 19% qaldırdı .....                     “Sən kimsən? Mən mikrorayon uşağıyam” .....                     Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                 

“Artıq teatrlar süquta doğru gedir”
Tarix: 15-12-2020, 09:20 | Çap et
“Artıq teatrlar süquta doğru gedir”
Aktyor bədəni idmançı bədəni kimidir. Müəyyən müddət çalışmadıqca gücdən, qüvvədən düşür, əvvəlki plastikasını itirir. 9 aydır ki, teatrlarımzın fəaliyyətsiz qalması onların bundan sonrakı yaradıcılıqlarına da təsirsiz ötüşməyəcək.

Moderator.az-ın qonağı əməkdar artist, istedadlı rejissor Nicat Kazımov bizimlə söhbətində bu mövzuya toxundu.

- 28 ildir ki, Qarabağın azad olunacağı günün həsrətini çəkdirik. Nə zamansa 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunacağını desəydilər inanardınızmı?

- Açıq danışsaq, artıq Qarabağın işğaldan azad olunacağını gözləmirdim, ümidimi itirmişdim. Ali Baş Komandanımız olmasaydı təbii ki, biz bu günləri görməzdik. Əldə etdiyimiz tarixi qələbə bizim hər birimizə baş ucalığı gətirdi. Qarabağ bizə Ali Baş Komandanımızın, rəşadətli ordumuzun böyük hədiyyəsi oldu. 2020-ci il başlayanda deyirdik ki, bu il ancaq bizə ölüm, xəstəlik gətirdi, heç də yaxşı il olmadı. Ancaq ordumuzun Qarabağda göstərdiyi şücaət pandemiyanı, karantini bütün çətinliklərimizi unutdurdu. Hətta Sentyabrın 27-dən məndə bir sirkələnmə baş verdi. Həmin müddətdə bütün Azərbaycan xalqının həmrəyliyinin, birliyinin şahidi olduq. Buna görə ordumuza ölkə başçımıza, xalqımıza minnətdaram. Dəmir yumruq kimi birləşib, nəyəsə nail olduqda insan özündə bir ruh yüksəlkliyi hiss edir. Sanki yarımçıq qalmışdıq, bu qələbə ilə bütövləşdik. Biz mütəmadi olaraq xarici festivallarda, başqa dövlətlərdə olduqda özümüzü hardasa məğlub ölkənin vətəndaşı kimi hiss edirdiksə bundan sonra elə olmayacaq. İndi özümüzü torpaqlarını qorumaq iqtidarında olan millətin nümayəndəsi kimi hiss edirik.

- Sizcə qazandığımız tarixi qələbə bundan sonra Azərbaycan teatrına və incəsənətinə necə təsir edəcək?

- Bu qələbə Azərbaycan mədəniyyətində, incəsənətində teatrında, kinosunda yeni dövrün başlaması üçün zəmin yaratdı. Teatrlarımızda zəfərimizə həsr olunan tamaşalar hazırlanacaq, filmlər çəkiləcək. Bunun özü də iki hissədən ibarət olacaq. Bir indi görülən işlər, bir də 5 il sonra.

- 5 il sonra nə olacaq?

- 5 il müddətində qələbənin başqa tərəflərini göstərən sənət əsərləri hazırlanacaq.

- Bəs indi?

- İndi bildiyim qədər İlqar Fəhmi qələbə ruhunda bir pyes yazıb. İkinci pyesi də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sifarişi ilə hazırlayır. Təbii ki, bu mövzuda bir çox işlər var və bunlar zamanlar işıq üzü görəcək. Bundan sonra aydın məsələdir ki, müasir dramaturqlarımız gözəl əsərlər yaradacaqlar.
Qeyd edim ki, həmin dönəmdə İlqar Fəhminin “Balaca kişilər” şeirini səsləndirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitinin aktyorlarının iştirakı ilə həmin şeirə bir klip hazırladıq. Bu klip ajotaja səbəb oldu. Klipin özü də mini bir tamaşa rolunu oynayırdı.

- Qarabağı görmüsünüzmü?

- Təəssüf ki, Qarabağda olmamışam. 1989-cu ildə orta məktəbi bitirmişəm. 1991-ci ildə isə Ali təhsil ocağına qəbul oldum. O zaman qızğın döyüşlər gedirdi. Ancaq çox istərdim ki, həmin torpaqlarda, teatrlar binalarında olum və tamaşalarını izləyim. Qismət deyilmiş...
Şuşa işğaldan azad olunan gün Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla əlaqə saxladım və Şuşadakı Teatr binasında ilk tamaşanı hazırlamaq istədiyimi bildirdim. Çox istərdim ki, orda gözəl bir tamaşa hazırlayım. Təkcə Şuşa Teatrında deyil, Cıdır düzündə gözəl bir tədbirin rejissoru olmaq istərdim.

- Nicat müəllim, hazırda iki düşmənlə mübarizə aparırıq. Ermənilər və koronavorus. Ermənilərə qalib gəldik, amma koronavirus iqtisadiyyatımızı, mədəniyyətimizi və digər sahələrimizə zərər yetriməkdə davam edir. Bəs pandemiya teatrlarımıza hansı zərəri yetirdi?

- Pandemiya ən böyük zərbəni teatrlara vurdu. Belə ki, biz 9 aydır ki, fəaliyyəsiz qalmışıq. Artıq aktyorlarda pasdanma prosesi gedir. Bundan böyük zərbə nə ola bilər? Koronavirus yaradıcı insanlara psixoloji zərbə vurdu. Yaradıcı insanı teatrdan ayrı saxlamaq balığı sudan çıxarıb, quruda üzməsinə məcbur etmək kimi bir şeydir. Biz əvvəlki iş rejimimizə qayıtmalıyıq. Mən başa düşürəm ki, birinci növbədə insanın canının sağlam olması vacibdir. Ancaq mədəniyyəti məhv etmək olmaz. Artıq teatrlar süquta doğru gedir. Bir ilə yaxındır ki, biz səhnəyə çıxmırıq. Məşq etmirik, durğunluq dövrümüzü yaşayırıq. Əlbəttə ki, bu durğunluq bundan sonrakı yaradıcılığımza da pis təsir edəcək. Bir ay məzuniyyətdə olub, teatra qayıdanda aktyorlarda səhnəyə gec adaptasiya dönəmi olur. O axarına düşənə qədər müəyyən vaxt tələb olunur. Ona görə də məzuniyyətdən qayıdanda bir ay müddətində yalnız məşqlərlə məğul oluruq. İndi təəssəvür edin ki, bir ilə yaxın müddətdə biz səhnədən uzağıq. Bunun həm mənəvi, həm də maddi zərbləri var. Teatrdan qazandığımız məvaciblərimiz elə də çox deyil ki, pandemiya dönəmində oturub, yeyib-içək istirahət edək. Teatrla bərabər hər birmizin kənardan qazancımız olurdu. İndi isə o qazanc mənbələrinin heç biri yoxdur. Deyərdim ki, digər aktyorların, rejissorların da vəziyyəti ürəkaçan deyil. Tezliklə teatrların açılmasını gözləyirik. Əks halda dəli olmaq dərəcəsinə düşəcəyik. Eyni problem həm də ali təhsil ocaqlarımızda yaşanır. Onlayn dərslər heç bir effekt vermir. Başa düşürəm yoluxma və itkilər çoxdur amma nəsə bir əncam çəkmək lazımdır. Çox xahiş edirəm aidiyyati qurumlar buna bir əncəm çəksinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Bu gün, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Bu gün, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Bu gün, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16
Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13
Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11
Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08
Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06
“Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04
“Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru